Azərbaycanda tarixi döyüşlər

Azərbaycanda tarixi döyüşlər

Əziz tarix.infoçular! Sizlərə Azərbaycan tarixi ilə bağlı olaraq bir sıra tarixi döyüşlər haqqında məlumat təqdim edirəm. Abituriyentlər faydalı şəkildə istifadə edə bilərlər. [/b]

 

 

Əhəməni şahı II Kiros e.ə 530-cü ildə Azərbaycanın şimalında yaşayan və Tomrisin başçılıq etdiyi massagetlərə qarşı müharibədə məğlub olub, özü isə öldürülüb.

Makedoniya ilə Əhəməni dövlətləri arasında e.ə 331-ci ildə baş vermiş döyüşdə albanlar, sakasenlər, saklar da Atropatın başçılığı altında Əhəməni ordusunda İsgəndərə qarşı vuruşub.

Alazan çayı yaxınlığında e.ə 65-ci ildə romalılarla olan döyüşdə albanlar məğlub olublar.

Eramızın 359-cu ildə Amid döyüşündə bir tərəfdən Sasani-Alban, digər tərəfdən isə Roma-Erməni dövlətləri üz-üzə gəldi. Bu döyüşdə Sasani-Alban ittifaqı qələbə çaldı. Amid döyüşündən sonra Albaniyanın işğal olunmuş Arsak, Marlar ölkəsi (Naxçıvan) və Kaspiana vilayətləri geri alındı.

371-ci ildə Dzirav döyüşündə tərkibində erməni dəstələri olan romalılar qalib gəliblər. Bu məğlubiyyətdən sonra Albaniya Uti, Sakasena, Girdiman və Kolt vilayətlərini müvəqqəti olaraq itirib.

Xalxal şəhəri yaxınlığında 450-ci ildə baş vermiş döyüşdə alban qoşunları sasani qoşununu məğlub edib.

Ərəblərlə sasanilər arasında baş vermiş 636-cı il Kadisiyyə döyüşündə Alban şahzadəsi dəstəsi ilə Rüstəmin başçılıq etdiyi sasani qoşunu tərkibində vuruşub. Cavanşir göstərdiyi igidliyə görə sasani şahı III Yəzdəgird tərəfindən mükafatlandırılıb.

Ərəblər tərəfindən Sasani paytaxtı Ktesifon şəhəri 638-ci ildə mühasirəyə alınanda, Alban hökmdarı Cavanşir 3 minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durub.

639-cu ildə Hüzeyfənin başçılığı ilə ərəb qoşunlarının Azərbaycana hücumu zamanı Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yaxınlığında baş vermiş döyüşdə mərzban İsfəndiyar ibn Fərruxzadın başçılıq etdiyi Azərbaycan qoşunları məğlub olub.

662-ci ildə Alban hökmdarı Cavanşirin qoşunu ilə Xəzər qoşunu arasında Kür çayı sahilində baş vermiş döyüşdə alban qoşunu qələbə çalıb.

944-cü il avqustun 24-də rus dəstələri Bərdə şəhərini mühasirəyə aldı. Əhalinin müdafiəsinə baxmayaraq ruslar şəhəri tuta bildilər. Şəhərdə böyük dağıntı və qırğın törədildi. Salari hökmdarı Mərzuban ibn Məhəmməd 30 minlik qoşunla köməyə gəlsə də, Mosul hökmdarının onun torpaqlarına hücumunu eşidərək geri qayıtması rus dəstələrin 945-ci il avqustun 12-ə qədər Bərdədə qalmasına şərait yaradıb.

1088-ci ildə sərkərdə Buğanın başçılığı ilə səlcuq qoşunları Gəncəyə hücum edib, sonuncu Şəddadi hökmdarı Fəzli əsir götürüb. Bununla da Şəddadilər dövlətinə son qoyulub.

Teymur qoşunları Naxçıvanda Əlincə qalasını 1387-ci ildə mühasirəyə alıb. Əlincəlilər 14 il qalanı hücumdan qoruya biliblər. 1401-ci ildə müdafiə rəhbərlərinin arasında olan ixtilaf nəticəsində qala işğal olunub.

1408-ci il aprelin 21-də Cənubi Azərbaycanda Sərdurud adlı yerdə qaraqoyunlularla Teymurun oğlu Miranşah arasında baş vermiş döyüşdə qaraqoyunlular qalib gələrək Təbrizdə möhkəmləniblər. Bu döyüşdə Miranşah öldürülüb.

1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şəmbi-Qazan adlı yerdə Qaraqoyunlu Qara Yusiflə Cəlairili Sultan Əhməd arasında baş vermiş döyüşdə qaraqoyunlular qələbə çalıb. Bu döyüşdən sonra rəsmi Qaraqoyunlu dövləti yaranıb.

1467-ci il mayın 10-da Muş düzündə Qaraqoyunlu Cahanşahla Ağqoyunlu Uzun Həsən arasında baş vermiş döyüşdə Uzun Həsən qalib gələrək Ağqoyunlu dövlətinin təməlini qoyub.

1473-cü il avqustun 11-də Ağqoyunlularla Osmanlı qoşunu arasında baş vermiş Otluqbeli döyüşündə Osmanlı qoşunu qələbə çalıb.

1501-ci ilin yayında Şərurda İsmayılın başçılıq etdiyi səfəvilərlə Ağqoyunlu hökmdarı Əlvənd Mirzə arasında baş vermiş döyüşdə Səfəvilər qələbə çalıb. Bu döyüşdən sonra Səfəvilər dövləti yaranıb.

1503-cü il iyunun 21-də Həmədan yaxınlığında, Almaqulağı adlı yerdə şah İsmayılın qoşunu ilə Ağqoyunlu Murad arasında baş vermiş döyüşdə Murad Mirzə məğlubiyyətə uğradılıb.

1510-cu il dekabrın 1-də Xorasanda Özbək Şeybani xanla şah İsmayılın qoşunu arasında baş vermiş həlledici döyüşdə özbək qoşunu darmadağın edilib, Şeybani xan isə öldürülüb.

1514-cü il avqustun 23-də Maku yaxınlığındakı Çaldıran düzündə Səfəvi-Osmanlı döyüşündə Osmanlı qoşunu qələbə çalıb.

1534-cü ildən 1554-cü ilə qədər sultan I Süleymanın başçılığı ilə Osmanlı qoşunu 4 dəfə Azərbaycana yürüş edib. Hər dəfə Səfəvi qoşunları məğlub olub.

1603-cü il noyabrın 16-da İrəvan qalası şah I Abbasın başçılıq etdiyi Səfəvi qoşunu tərəfindən mühasirəyə alınıb.1604-cü il iyunun 8-də isə qala osmanlılar tərəfindən geri qaytarılıb.

Rus qoşunları 1723-cü il iyulun 6-da Bakı şəhərini mühasirəyə alıb. İyulun 27-dək davam edən döyüşlərdə Bakı şəhəri işğal olunub.

Osmanlı qoşunu 1724-cü ildə İrəvana hücum edib. Üç ay davam edən mühasirədən sonra sentyabrın 20-də şəhər ələ keçirilib.

1724-cü ilin mayında Osmanlı qoşunu əhalinin ciddi müqavimətini qıraraq 54 gündən sonra Xoy qalasını ələ kesirib.

1735-ci ilin iyununda Eçmiədzinin şimal-qərbində Nadir xanın başçılıq etdiyi Səfəvi qoşunu ilə Osmanlı qoşunu üz-üzə gəlib.

1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şimali Azərbaycana hücum edib. Qarabağı, İrəvanı və Şirvanı hədəf seçən Qacar qoşunu bir sıra qələbələr qazansa da, geri çəkilməyə məcbur olub. İkinci dəfə şah 1797-ci ildə Şimali Azərbaycana hücum edib. Ağa Məhəmməd şah Şuşa şəhərində öldürüldüyünə görə, Qacar qoşunu Azərbaycanı tərk etməyə məcbur olub.

1796-cı ildə Rusiya qoşunları Azərbaycana yürüş edib. Yürüş zamanı Quba, Bakı, Şamaxı və Gəncə xanlıqları müqavimət göstərsə də, ruslara tabe olub. Rusiya imperatriçəsi II Yekaterinanın gözlənilməz ölümü Azərbaycanın işğal planını həyata keçirilməsinə mane olub.

1803-cü ilin payızında Sisyanovun başçılıq etdiyi rus qoşunları Gəncə şəhərinə hücum edib. Cavad xanın başçılığı ilə Gəncə qoşunu rus qoşununa güclü müqavimət göstərib. Daha yaxşı silahlanmış rus qoşunu 1804-cü il yanvarın 3-də Gəncəni işğal etib.

1806-cı ilin yanvarında rus qoşunları Bakı şəhərinə hücum edib. Fevralın 8-də Bakı şəhər darvazasının qarşısında açarları təhvil verərkən Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy güllə ilə Sisyanovu vurub, gecə isə onun başı kəsilərək Təbrizə, Abbas Mirzəyə göndərilib.

 

 

 

[/b]


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 fevral 2012 07:56
    qardashim xaish edirem,bashdan sona bash veren sulhleri tekrar edek?

  2. 5 fevral 2012 10:19
    Rafiq qardash ulh muqavileleri haqqinda material artiq sulh muqavileleri bolmesinde var orada onu izleye bilersiniz bu arada saytda ishtirakiniz ucun cox saqolun

  3. 5 fevral 2012 14:09
    tarix cox olsa da maraqli idi

  4. 8 fevral 2012 20:31
    gozel saytlardi men indiisfifade edirem super sag olsun bunu yaradanlara sagirler indi dahada cox melumat elde edirler bizim vaxtimizda bele deyildi

  5. 19 fevral 2012 10:20
    sagolun yaxsi xeberdi

  6. 20 iyun 2012 16:31
    halaldi.yorulmuyasiniz

  7. 10 iyul 2012 13:29
    COX ELA AMMA AZ MELUMAT VAR sad

  8. 25 iyul 2012 00:29

  9. 25 iyul 2012 00:34
    Atasida Popuqaydi :/ wink

  10. 25 iyul 2012 13:12
    qisa da olsa maraqlidir

  11. 3 avqust 2012 18:26
    men bu qeder uzun metin gormemiwem ellerine saglig

  12. 3 avqust 2012 18:57
    tewekkurler xebere gore . Elleriniz dert gormesin !!!!

  13. 6 sentyabr 2012 21:08
    gozel saytdi

  14. 27 sentyabr 2012 00:39
    dyusler coxdur.artirmaq lazimdir.Meselen Mahmudabad,Elkitcay,Gilgilcay ve s

  15. 11 noyabr 2012 20:31
    melumat azdi ama yinede sagolun.

    --------------------

  16. 25 dekabr 2012 19:34
    teymur elinceni 1386-ci ilde muhasireye alib 1400-cu ilde tutub

  17. 12 yanvar 2013 13:28
    cox maraqlidir bele netice cixardim ki esrler boyu ermeni fars gurcu ve ruslarin torpagimizda gozu olub

  18. 12 yanvar 2013 16:43
    bu doyusler proqres.az - da var amma eziyyete gore sagolun

    daha dogrusu proqres.ucoz.az

    Hormetli Sahib abbasov o verdiyiniz sayt unvani ishlemir belke doqru yazardiz baxardiq o saytdaki bu materiala Evvele biz daha cox ozumuze ve bize yaxin olan tarixcilerin yazilarana yer vermeye calishiriq varsa ela olmasada ela daham bunu burda eshitdermesine ne lazim Biz Sizler ucun calishiriq tarixi Mektebliye Muallime ve abituriyentlere sevdirmek onlari behrelendirmek bir Tarix toplusu yaratmaqa Odur ki rica edirem bu diqqetinize alasiniz !

  19. 26 yanvar 2013 00:10
    cox maraqlidir.tesekkur edirem.

  20. 5 fevral 2013 17:50
    MARAQLI IDI.TWK_LER... winked

  21. 21 mart 2013 18:51
    aydaaa men bezilerini unutmuwam

    --------------------

  22. 22 mart 2013 19:22
    1503-CU ilde Ismail ile agqoyunlu Murad arasinda bas vermis doyusde Murad Mirze meglubiyyete ugradilib ve bununlada AGQOYUNLU dovletinin 2-ci qoluda suquta ugradildi.BUDA MENDEN smile

    Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

  23. 26 yanvar 2014 21:30
    cox saqolun.ehateli xronologiya cox maraqlidi.

  24. 21 noyabr 2014 23:21
    maraqlıdır sağolun 3-cü qrupa hazırlaşıram mən də

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.