Malazgird döyüşü

 

Malazgird döyüşü


Sultan I Toğruldan sonra hakimiyyətə gəlmiş Alp Arslan (1063-1072) öz sələfinin işini layiqincə davam etdirdi. Onun yürüşlərində əsas məqsəd Anadolunu türk torpaqlarının tərkibinə qatmaq idi. Anadoluya hücum edən qoşunlara Afşin, Sunduk, Əhmədşah, Türkmən, Savtəkin, Aytəkin kimi cəsur sərkərdələr başçılıq edirdilər. Səlcuqlar Sivas, Qeysəriyyə Konya şəhərlərini, Ərçiş, Əhlət, Malazgird Mənbiğ qa­la­larını ələ keçirdilər.

 

            Bizans imperatriçəsi Eydoksiya dövləti idarə etməkdə çətinlik çəkirdi. Ona görə də Bizans əyanları hakimiyyəti daha qüvvətli bir şəxsə verməyi tələb edir­dilər. Eydoksiya türklərin hücumlarının qarşısını  al­mağa qadir olan, Bizans tor­paqlarını qoryua bilən bir qəhrəman olarsa, həmin şəxsə ərə gedəcəyini bil­dirdi və bununla da imperatorluğun ona veriləcəyini elan etdi. Bizans sərkərdəsi Roman Diogen bu şərtləri qəbul etdi və 1068-ci ildə imperator elan olundu. Yeni imperator Makedoniya, TrakiyaYunanıstandan əlavə qüvvələr topladı. Bü­tün Orta Qərbi Anadoluda əli silah tutan kişilər səfərbər edildi. Rumelidə ya­şayan oğuz peçeneqlər də orduya cəlb olundular. Artmaqda olan türk təh­lükəsindən narahat olan bir sıra Avropa dövlətləri Bizansa kömək göndərdilər. Di­ogenin  ordusu Ərzurum istmaqmətində hərəkət  edərək Malazgirdi ələ keçir­di.  Səlcuq qüvvələrinin komandanı Əmir Sunduk Bizans qoşunlarına  hücum edə­rək, onları məğlub etdi. Bizansın zəfər nişanı olan «Böyük qızıl xaç» hərbi qənimət kimi ələ keçirildi və Alp Arslana göndərildi.

            Bizans qoşunlarının Cənubi Qafqaz, o cümlədən Azər­bay­can isti­qa­mə­ti­n­­də hücum xəbəri Alp Arslanı Suriyadan geri dönməyə məcbur etdi. Vaxt qa­zan­maq və ordu toplamaq üçün Alp Arslan Bizans sarayına elçilər heyətini gön­dərərək, öz barışıq şərtlərini təklif etdi. Lakin Diogen bu təklifi rədd etdi. Düş­mənin hücumunun qələbə ilə nəticələnəcəyindən ehtiyat edən Alp Arslan özü  hü­cuma  keçməyi qərara aldı. Malazgird döyüşü 1071-ci il avqustun 26-da baş­landı. Bizans ordusundakı oğuzlar və peçeneqlər qarşıdakı ordunun soy­daş­la­rın­dan ibarət olduğunu anlayıb səlcuq­la­rın tərəfinə keçdilər. Diogen əsir düşdü. Alp Arslan onu bağışladı və 50 il müddətinə sülh müqaviləsi bağladı. Müqa­vi­ləyə gö­­rə Bizans hər il səlcuqlara vergi  verməli, lazım gəldikdə hərbi yardım göstər­məli idi. Şərqi Anadolu torpaqları türklərə verildi.

            Malazgird döyüşü dünya tarixində bir dönüş oldu. Bizansın və erməni-gür­cü feodallarının  mövqeləri sarsıldı. Anadolu həmişəlik türk torpağına çevril­di. Bizansın əsas dayağı olan Kiçik Asiyanın fəthi  bu dövlətin zəifləməsində və gə­ləcəkdə dağılmasında böyük rol oynadı. Bağdad xəlifəsi bu böyük qələbə mü­na­sibətilə Alp Arslanı «Ərəb və Əcəm hökmdarı», «Müsəlmanların xilaskarı» «İslamın nuru» adlandırdı.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 noyabr 2011 22:06
    Sagolun,muellim bu hadiseni bir daha yadimiza saldiginiz ucun!Mnc,Anadolunun bu gun turk torpagi olmasinda turkler "Malazgird"e borcludur!!!

  2. 29 mart 2012 17:58
    melumata gore cox sagolun

  3. 20 iyul 2012 21:12
    coxx saq olun))
    smile

  4. 25 iyul 2012 13:17
    melumat ucun tesekkur edirem

  5. 28 iyul 2012 03:02
    turklerin boyuk qelebesi

  6. 3 avqust 2012 15:58
    cox gozeldi tarix cox sagolun bu sayt acdiz

    azerbaycannin qehramannarinin ruhu sad olsun

    recourse

  7. 3 avqust 2012 18:17
    xebere gore twk menim ucu cox vacib idi

  8. 6 sentyabr 2012 21:19
    tsk bu xeber cox vacib idi

  9. 2 oktyabr 2012 14:15
    cizgi film olmasin

    ama yene de cox saq olun

  10. 12 noyabr 2012 20:05
    aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa maraqlidi

  11. 24 dekabr 2012 19:48
    Coxcox saqolun mllim.Melumatlara gre teekrler winked

  12. 26 dekabr 2012 18:20
    hmmm maraqli desem yalan olar. pisiydi. am

  13. 23 yanvar 2013 16:01
    super ellerinize sagliq love

  14. 2 fevral 2013 17:47
    cox gozel sagolun ama burda test yoxdur ki ozumuzu yoxlamaq ucun

  15. 8 fevral 2013 20:47
    sag olundaaaaaaaaaa

  16. 25 fevral 2013 23:03
    hm maraqlidi smile

  17. 3 mart 2013 21:47
    cox gozeldi t smile

  18. 19 mart 2013 20:58
    OLDUQCA MARAQLIDIR

  19. 6 aprel 2013 20:45
    bizim kitablarda coox qisa veribler indi ise cox genis melumat veribler coooox twk.....

  20. 16 aprel 2013 18:58
    melumatlara gore tesekkur edirem....

  21. 1 mart 2014 21:00
    salam.melumatda verilenler ancaq kitabda olanlardir/2-3 cumleden basqa.yene de tesekkurler

  22. 1 mart 2014 21:11
    twkler xebere gore..

    --------------------

  23. 18 oktyabr 2014 18:33
    maraqlıdır,təşəkkür edirəm,biz də o mövzunu bu il keçdik

  24. 27 oktyabr 2014 18:56
    coooooooooox saolun.maraqli melumatlara gore............ laughing

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.