Dəndənəkan döyüşü

Dəndənəkan döyüşü

Nişapurun əldən çıxması sultan I Məsudun 50  minlik qoşun və 300 döyüş fili ilə Xorasana yürüş etməsinə səbəb oldu. Toğrul bəyin göstərişi ilə Səlcuqların hərbi dəstələri geri çəkildi. Qəznəvilərin saysız-hesabsız vergilərindən cana doymuş əhali səlcuqlara rəğbət bəsləyir, Qəz­nə­vi­lə­rə heç bir köməklik göstərmirdi. 1040- il mayın 23-də Dəndənəkan döyü­şün­də səlcuqlar milli döyüş üsulundan istifadə etdilər. Bu üsula əsasən ordu qollara ayrılırdı. Bir qol vuruşduqdan sonra geri çəkilir, onu digəri əvəz edirdi.  Qəznə­vi­lər ordusundan 300 nəfər oğuz türkünün səlcuqlar tərəfinə keçməsi nəticəsində Çağrı bəyin  başçılıq etdiyi səlcuq ordusu qəznəvilər üzərində parlaq qələbə qazandı. Oğuz qəbilələrinin qurultayında Toğrul bəy sultan elan edildi (1040-1063).

            Qəznəvi dövlətinin daxilindəki ziddiyyətlər, İran dehqanlarının müxali­fət­də olması, xalqın nara­zılığı  və türk qulamlarının onlarla qohum olan səlcuq­lara rəğbət bəsləməsi Dəndənəkan məğlu­biy­yə­ti­nin əsas səbəblərindən idi. Bu qələbə səlcuqların siyasi  həyatında dönüş nöqtəsi oldu, onlar Xorasanın tam sa­hi­binə çevrildilər. İran və İraqa gedən yol açıldı. Bu döyüş oğuz ellərinin tabeli­yin­də, Mərkəzi və Ön Asiyanın, eləcə də orta əsr Avropasının sonrakı tarixi inkişafında mühühm mərhələ oldu.

            Mərv qurultayında Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alın­­dı. Qəznəvilər və Qa­ra­xanlılarla toqquşmaq səlcuqlar üçün əlverişli olmadığı üçün əsas hücum istiqaməti kimi dağınıqlıq dövrü keçirən İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan əraziləri seçildi. Bu məqsədlə paytaxt 1043- ildə Nişapurdan Reyə köçürüldü. Rey şəhəri Ön Asiya və Cənubi Qafqaza doğru hərəkət etmək üçün dayaq məntəqəsi oldu. Səlcuq yürüşləri nəticəsində 1040-1054- illərdə Sistan, Bəlx, Xarəzm, Həmədan, Qərbi İran, o cümlədən İs­fa­han, Əhvaz, XuzistanBəsrə ələ keçirildi. Səlcuqların Yaxın və Orta Şərqdəki təhlükəli rəqiblərindən olan Buveyhilər dövlətinin varlığına son qoyuldu.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 29 mart 2012 18:42
    cox maraqlidir bu sayt kecmis derslerimi tekrar etmekde mene cox komek edir

  2. 29 mart 2012 18:43
    Siz saqolun Lamiye xanum sevindim ki xoshunuza qeldi

  3. 30 mart 2012 21:07
    Allah butun Azerbaycan sehidlerine rehmet etsin.

  4. 31 may 2012 23:15
    bu sayti yaratdiqiniza gore cox saq olun.bir xaiwim var":suallari yenileyin.men imtahana hazirlawiram burdaki suallarla ozumu sinayiram.amma suallar deyiwseydi yaxwi olardi.tewekkur.

  5. 1 iyun 2012 15:59
    Gunel xanum ilk novbede saytla maraqin ucun cox saqol deyirem. Doqru qeyd edirsen suallar onlayn artiq kohnelib yenilerini hazirlamaq ucun ise zaman lazim cunki onlayn hazirlamaq cetindir vaxt teleb edir. Onlayn olmadan istesen sayta yeni test modelleri vere bilerem Amma yene de calisharam onlayn bir variant hazirlayim Uqurlar !

  6. 1 iyun 2012 22:15
    Allah gismet elesin Garabahi,Zengezuru,Derbendi,Irevani,Tebrizi,Urmiyeni parlag doyuslerle gaytarag!En gozeli de doyussuz gayitsin ozumuze!Amma her zaman doyuse xazir olmaliyig!

  7. 25 noyabr 2012 22:27
    bu dersi teze kecmisik cox sagolun biliklerimin artmasina cox komek oldu.TEWEKKURLER.. smile

  8. 23 dekabr 2012 19:23
    Ela super cox saqolin Ama 9 cu sinifin tarixindende qoysaz lap super olar feel

  9. 23 yanvar 2013 17:15
    ela super meqaledi xowuma geldi ellerivize sagliq love

  10. 8 noyabr 2013 09:24
    maraqli idi.melumat ucun cox saggolun.

    --------------------

  11. 8 noyabr 2013 18:52
    hee bilirsiz eslinde derslikde coox az melumat var meselen burda olan xeyli melumatlarin hecbirine derslikde rast gelmek mumkun deil.ekser vaxd bunlari mellimiz bize qeyd eletdirir ve biz de oyrenirik.iw orasindadaki derslikde olmuyan dersi hemin dersliyin test kitabcasina da salirlar axi biz bunlari ferdi hazirliqda oyrenirik.bes mekteb uwaqlari>??????????? yeni onu dimey isdirem kiii,coox sagolun  winked winked

    --------------------

  12. 23 noyabr 2013 19:58
    cox gzuel cok beyendim

  13. 12 yanvar 2014 12:40
    genis melumata gore cox sagolun. sizin de qeyd etdiyiniz kimi ve 8-ci sinif az.tarixinde togrulun sultan elan edilmesi dovlet yaranandan sonra yeni 1038-ci goturulur.8-ci sinif O.e.tarixinde ise dendenekandan sonra yeni 1040-ci il goturulur.tqdk-nin 8-ci sinif o.e.tarixi testinde aciq suallardan birinde dendenakan doyusu SULTAN togrula aid edilib.birden qebulda bele sual olsa biz nece gotureceyik?

  14. 5 fevral 2015 23:24
    ALLAH Hamlet müəllimdən razı olsun! Mən sadəcə bilmək istərdim, TQDK-nın nəşr etdiyi "Abituriyent" testlərini buraya yükləmək olarmı? Öncədən təşəkkür.

  15. 6 fevral 2015 19:38
    Tesekurler,Hamlet muellim...

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.