Qrünvald vuruşması.

 

Qrünvald vuruşması.

 Tevton cəngavərləri Baltik sahillərində öz torpaq­larını genişləndirərək litva­lılara da hücum etdilər. Onlar Litva tayfalarından olan prusların torpaqlarını tutub, əhalini aman­sız­ca­sına qırdılar. XV əsrinə əvvəllə­rin­də işğalçılar Litva torpağından qovuldular. İşi belə görən cəngavərlər Litva ilə müt­təfiq olan Polşaya müharibə elan edib, bir neçə  Polşa şəhərini tutdular. Bö­yük Litva knyazı Vitovt  və Polşa kralı Yaqaylo güclü qoşun topladılar. Qoşunun tərkibində polyaklar, çexlər, ukraynalılar be­loruslar, Smolensk torpağından gəlmiş ruslar var idi.

           1410-cu il iyulun 15-də Şərqi Prussiyada Qrünvald döyüşündə slavyan­ların və litvalıların birləşmiş qo­şunları  alman cəngavərlərini darmadağın etdilər. Bu döyüş cəngavərlərin Şərqdə hücum­larına son qoydu. Həmin vaxtdan etibarən Tevton ordeninin süqutu başlandı.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 iyul 2012 13:24
    maraqlidi.amma bunlar kitabda yoxdur

  2. 30 may 2013 16:17
    zehmet olmasa kim profil sekli deyismeyi bilirsen mene desin.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.