Osmanlı döyüşləri

Osmanlı döyüşləri

Bayazid Konstantinopolun mühasirəsinə fasilə verib Şərqi Anadoluya gəldi. Sivas  Ərzincan Kemahı geri aldı. Əhməd Cəlairinin və Qara Yusifin köməyinə yeni qüvvələr göndərdi. Bu hadisələr iki qüdrətli türk cahangirini qarşılaşdırdı. Teymur qışı Qarabağda keçirdikdən sonra 1402-ci ildə təkrar Anadoluya yürüş etdi. Bu dəfə hədəf Osmanlı dövlətinin torpaqları oldu İldırımın ordusunun bir hissəsi Konstantinopolun mühasirəsi, bir hissəsi isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan Teymura qarşı sayca xeyli  az hərbi qüvvə toplamışdı.  Teymurun ordusundə  döyüş filləri də var idi. 1402-ci il iyulun 28-də Ankara düzənliyində orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymur qələbə çaldı. Bayazid və onun iki oğlu əsir düşdü. 1403- ilin yazında  Teymurun onu Səmərqəndə aparacağından xəbər tutan Bayazid zəhər içərək özünü öldürdü. Teymurun qələbəsində öz müstəqilliklərini bərpa etmək istəyən Anadolu bəyliklərinin xəyanəti də böyük rol oynamışdı.

 

           

Osmanlı döyüşləri

Teymur Osmanlı dövlətini zəiflətmək üçün bəyliklərin müstəqilliklərini  bərpa etdi. Osmanlıların hakimiyyəti altında olan əraziləri isə Bayazidin dörd oğlu arasında bölüşdürdü.  Bayazidin oğulları arasında gedən hakimiyyət mübarizəsi Osmanlı dövlətini xeyli zəiflətdi. Osmanlı  tarixində «səltənət fasiləsi» adlandıralan on bir illik dövrdə gedən mübarizə Mehmet Çələbinin qələbəsi ilə başa çatdı.

           

Osmanlı döyüşləri

Ankara döyüşü bütün türk dünyasının faciəsi idi. Teymur özü də bilmədən Avropanı  xilas etdi və bütün türk dünyasının gələcək faciəsi üçün zəmin hazırladı. Təsadüfi deyildir ki, bu xəbəri eşidən Roma papası Avropa ölkələrinin kilsələrində üç gün fasiləisz olaraq, kilsə zənglərinin sədaları altında şükranlıq duası oxutdurmuşdu.

 

           

Osmanlı döyüşləri

Sultan II Muradın (1421-1451) hakimiyyəti dövründə Osmanlı dövləti əvvəlki qüdrətini bərpa etdi. 1430-cu ildə II Murad  Teymurla mübarizə zamanı yenidən Bizansın əlinə keçmiş Salaniki geriyə qaytardı. 1431-ci ildə  Varna tutuldu. Bu bölgələr dərhal türk əhalisi ilə məskunlaşdırıldı.

           

Osmanlı döyüşləri

1444-
cü ildə II Murad oğlu 14 yaşlı Mehmetin xeyrinə hakimiyyətdən əl çəkdi. Hökmdarın yaşca çox gənc olması avropalılarda Osmanlı dövlətinin zəifləyəcəyi ümidin doğurmuşdu.  Ona görə də onlar türklərə qarşı yeni (beşinci) səlib yürüşü təşkil etdilər. II Mehmetin və saray əyanlarının təkidi ilə II Murad yenidən qoşuna komandanlıq etməyə başladı. 1444-cü ildə Vrana döyüşündə Yanos Hunyadinin başçılıq etdiyi  birləşmiş macar-çex qüvvələri darmadağın edildi. Bundan sonra Mehmetin xahişi ilə II Murad hakimiyyəti yenidən əlinə aldı. 1448-ci ildə II Kosovo döyüşündə türklər Yanos Hunyadinin səlbibçi qüvvələrini məğlub etdilər. 1451-c ildə II Murad öldükdən sonra  hakimiyyətə yenə oğlu II Mehmet (1451-1481) keçdi.
Osmanlı döyüşləri

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 sentyabr 2012 18:01
    HMMMMMMMMMMMMMMMMMMMM COX SAGOL

  2. 2 may 2013 14:03
    yasidi xosuma geldi ancax hele oxummisam

  3. 30 may 2013 15:35
    maraqlidi cox sagolun

  4. 1 noyabr 2014 23:28
    Kicik Asiyadaki turk beylikleri haqqinda yigcam melumat hazirlia bilersinizmi???
    Tewekkurler Osmanli dovletine gore.
    Men deyerdim ki abuturiyentlerin en sevdiyi dersdi.Ozum daxil.)

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.