Qavqamela döyüşü

Qavqamela döyüşü

Yunanıstanı tabe edən Makedoniyalı II Filipp Şərq ölkələrinə - Əhəməni imperiyasına qarşı böyük yürüş hazırlayırdı. Lakin yürüş ərəfəsində II Filipp öldürüldü (bu hadisənin səbəbi indiyək kimi müəammalı qalmışdır). Şərq yürüşünə onun oğlu 20 yaşlı İsgəndər (Aleksandr) başçılıq etdi. Makedoniyalı İsgəndər Kiçik Asiyada Əhəməni hərbi hissələrini dağıdaraq Aralıq dənizinin şərqinə, oradan Misirə daxil olur. Yürüşünü davam etdirərək Mesopatamiyaya (müasir İraqa) irəliləyir. Burada əvvəlcə Qranik çayı sahilində (e.ə.334-cü ildə), sonra İss yaxınlığında (333-cü ildə) və sonuncu olaraq Qavqamelada (Cancal) e.ə.331-ci ildə Əhəməni şahı III Daranı məğlubiyyətə uğradır.

 

«Dəvə tövləsi» döyüşü. Tirin işğalı və Misir yürüşü təqribən 2 il vaxt aparır. Bu müddətdə III Dara nəhəng bir ordu toplayır. O, öz ordusuna imperiyanın şərq hissəsinin bütün döyüşçülərini səfərbər edir. Qədim dünya hələ bu sayda bir ordu görməmişdi.  Tarixçilər yazırlar ki, fars ordusunun sayı milyona çatardı. Müasir tədqiqatçılar də belə hesab edirlər ki, istənilən halda III Daranın ordusu makedoniyalılardan  sayca on qat çox idi. Bu döyüşün onun taleyini həll edəcəyini yaxşı bilən III Dara ona yaxşı hazırlaşmışdı. O, Qavqamela kəndi (mənası «Dəvə tövləsi») yaxınlığındakı əlverişli düzənliyi döyüş yeri seçir.  Makedoniya falanqasına zərbə endirmək üçün 200 döyüş arabası hazırlanmşdı. Həmin arabaların təkərinə kərənti bərkidilmişdi.  Orduda Hindistandan göndərilmiş 500 döyüş fili də var idi.  Əhəməni ordusuna təcrübəli və amansız Əhəməni satrapı Bess komandanlıq edirdi.

       

Qavqamela döyüşü

Bu döyüşdə də İsgəndərin sərkərdəlik  istedadı özünü göstərir. Say və texniki üstünlüyünə baxmayaraq Əhəməni ordusu məğlub olur. III Dara kiçik bir dəstə ilə qaçır. İsgəndər onu təqib etmək üçün ardınca dəstə göndərir. Özü isə ordusunun başında Babilə daxil olur. Babil hakimləri şəhərin darvazalarını qaliblərin üzünə açırlar. Babil kahinləri isə İsgəndəri Babislitan padşahı elan edirlər. İsgəndər Babili öz  dövlətinin paytaxtına çevirmək qərarına gəlir.  Onun əmri ilə dağılmaqda olan Babil qülləsi sökülür və yerində   daha əzəmətlisi inşa olunur. Babil ilahlarına qurbanlar verdikdən sonra İsgəndər  öz yürüşünü davam etdirir. Hələ III Darının zəngin xəzinəsinin saxlandığı iki paytaxt şəhəri-Suz və Persepol tutulmamışdı.
Qavqamela döyüşü

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 oktyabr 2012 19:34
    Tewwkkurler

  2. 24 dekabr 2012 12:35
  3. 4 may 2013 22:13
    ela lazimli bir seydi

  4. 7 may 2013 12:45
    TewekkurleR

  5. 30 iyun 2013 14:31
    Çox gözel saytdır Allah köməyiniz olsun.Çox xeyirxahliq göstərmişsiniz.

  6. 20 oktyabr 2014 03:43
    dəvə tövləsi məsələsini bilmirdim amma.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.