Bilirsinizmi...?

Meksikada-sarı
Braziliyada – tünd qırmızı
Şərqi Avropa ölkələri – ağ
Avropa ölkələri – qara
Gəmidə qızılı gizlətmək olar?
Fransız qulduru Surkufu həbs edilib, kral məhkəməsində çıxarıldıqda, ondan soruşmuşdular: “Xəzinəni harada gizlətmisən?” Surkuf isə sadə cavab verdi: “Gəmidə”.
Bütün gəmini başdan-ayağa axtarsalarda, xəzinə tapılmadı. Yalnız müasir dövrdə qızıl tapılıb. Gəminin ankeri (yakor) qızıldan əridilmişdir.
Texnikanın ləng inkişafı quldurlara kömək edib?
1551-ci ildə maraqlı hadisə olub. İspaniyaya məxsus 24 qaleon karvan gəmisi Amerikadan qızıl sərvətləri gətirirdi. Onların qarşısına yolda İspaniya imperator bayrağı altında üzən, kiçik eskadra rast gəlir. Eskadranın flaqmanı yaxınlaşdıqda belə bir siqnal verir: “İspaniyaya yollanırıq. Gəmidə İmperator V Karlın qohumları var. Xahiş edirik, bayrağa salam və salyut verin”. Karvan salyut verdikdən sonra, toplar mərmisiz qalır. Bu vəziyyətdə eskadra bayrağı Fransa bayrağına dəyişərəq gəmilərə hücum etdilər və qızılı ələ keçirdilər. XVI əsrdə bir dəniz topunun mərmilərini dəyişməkdən ötrü 30 dəqiqə vaxt lazım idi. Məhz buna görə qaleon eskadraya müqavimət göstərə bilmədi.
Güllər bilik simvolunun qiymətləri ola bilər?

Yaponiyada Ali məktəblərə qəbul imtahanları sakura gülünün çiçəklənməsi dövrünə təsadüf edir. Əgər abituriyent imtahandan belə cavab alsa :”Sakura güllərlə örtülüb”, demək o, Ali məktəbə qəbul olunub. Yox cavab :”Güllər uçub”, demək qəbul olmayıb.
II Yekaterinanın təxəllüsü?

Çox az adama bəlli olub ki, XVIII əsrdə Rusiya mətbuatında Pyotr Uqadayev təxəllüsü ilə bir alman xanımı çıxış edirdi. O, II Yekaterina olub.
Rəylərin sayı:.