Bağırov və Qaçaq Məmmədqasım

Bağırov və Qaçaq Məmmədqasım

 

Mir Cəfər Bağırov ÇK-nın sədri olanda xəbər tutur ki, Kürün o tayında,Eldar meşələrində məskən salmış Qaçaq Məmmədqasım yerli əhalini çapıb talayır. Mir Cəfər Bağırov özü kiçik bir dəstə ilə onun arxasınca gedir. Kürnün körpüsünün bu üzündən Məmmədqasıma xəbər gündərir ki, sənin görüşünə mən gəlmişəm. Atışmaq, dava etmək, qan tökmək lazım deyil. Kişi kimi qabaq -qabağa söhbət edək.
   

Bağırov və Qaçaq Məmmədqasım

 

M.C.Bağırov başının dəstəsini,silahını bu üzdə qoyub əliyalın bərəni keçir. Hər ağacın başında Qaçaq Məmmədqasımın bir adamı var imiş. Qaçaq Məmmədqasım Mir Cəfəri səmimi qarşılayır. Düşərgədə üz-üzə otururlar. Məmmədqasım adamlarına tapşırır ki, Bağırov bizimlə çörək kəssə, onunla söhbət edəcəyik, yox özünü təkkəbürlü aparsa davamız davadır.
Süfrə açılır, yeməklər ortaya gəlir. Bağırov çörək kəsir. Hamıdan əvvəl ilk qisməti əlinə götürür. Bağırovun bütün hərəkətləri-silahsız, adamsız Kürü tək keçib gəlməsi, qaçaqlarla diz-dizə oturub çörək kəsməsi Məmmədqasımı heyrətə gətitir, onun qeyrət damarlarını oyandırır. Qəlbindən belə bir hiss keçir:

Bağırov və Qaçaq Məmmədqasım

 

Bağırov və Qaçaq Məmmədqasım

 

"Mir Cəfər Bağırov məndən də qoçaq və qorxmazdır".
Mir Cəfər Bağırov Deyir:
-Məmmədqasım, indi biz bir millətin övladı kimi, qardaş kimi açıq söhbət edə bilərik. Sən nə xalqın, nə də dövlətin düşməni deyilsən. Ziyan arada olan zəhmətkeş insanlara dəyir. Sən nə qədər ədalətli olsan da, özün və başının dəstəsi hər gün çörək yeməlidir, ət yeməlidir. Əkin əkmirsən, biçin biçmirsən. Demək, yaşamaq üçün istər-istəməz kəndləri talamlısan. Xalqın ununu,  dənini, malını, qoyununu örüşdən və ya qapısından çəkib gətirməlisən. Bu yoldan əl çək! Başının dəstəsini dağıt! Gəl, səni Gəncədə,Gəncəbasarda bir rayona milis şöbəsinin rəisi qoyum.
-Yoldaş Bağırov, bütün bu qiymətli təkliflərinizə görə çox sağ olun. Məni hansı bir vəzifəyə qoyursuznuz-qoyun, düşmənlərim məni rahat buraxmayacaq. Mənə başqa çıxış yolu deyin.
Mir Cəfər Bağırov qəti və səmimi bildirir ki, onda sizin bircə yolunuz qalır. Mən şərait yaradım, dəstəndən kimləri seçirsən seç,özünə və millətinə yaxın olan dövlətlərdən birinə keç.
Onlar görüşüb ayrılırlar. Bağırov bərəni keçib geri qayıdır, Qaçaq Məmmədqasım isə kiçik bir dəstə ilə Türkiyəyə keçir.
 

Bağırov və Qaçaq Məmmədqasım

 

 

Araz Vəliyev

Bağırov və Qaçaq Məmmədqasım

 








Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 3 noyabr 2014 21:15
    cox gozel nagilvari dille yazilib.maraglidi.beyendim.Bagirov hakkinda melumatlari hemiwe izleyirem.mene cox maraglidi.Bagirov indiki dovrumuzde
    mubahiseli wexsdi.
    Tewekkurler.

    --------------------

  2. 4 noyabr 2014 22:37
    Tesekkurler.Maraqlidir feel

  3. 16 noyabr 2014 00:05
    Cox saqolun mende Bagirovla cox maraqlaniram yeni onun dovrunde bas vermis siyasi hadiselerle,onun apardigi siyasetle.bu ara mene bele melumatlar lazimdi ferdi is yaziram onun haqda

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.