XIX əsrin ilk onilliklərində Rusiya imperiyası Cənubi Qafqaz, o cümlədən Azərbaycan türklərinin sonrakı tarixi taleyində faciəli rol oynayacaq bir tədbir həyata keçirdi. İşğal olunmuş tarixi Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülməsinə başlandı. Rusiya hakim dairələrinin bu siyasəti hətta rusların özünü belə heyrətə salmışdı. Öz obyektivliyi ilə seçilən rus tədqiqatçısı Şavrov həyəcan təbili çalırdı: «Araşdırmaq lazımdır ki, rus hakimiyyəti nəticə etibarilə Qafqazda nə yaratmaq istəyir – Rusiyamı, ya Ermənistanmı?» Digər rus tədqiqatçısı Veliçko isə İranda və Osmanlı imperiyasında yaşayan ermənilərin köçürülməsini «Cənubi Qafqazın bəzi hissələrinin ermənilər tərəfindən müstəmləkələşdirilməsinin başlanması» kimi qiymətləndirirdi. Veliçko təəssüf hissi ilə yazırdı: «Müsəlmanlar, zəbt edilmiş vilayətlərin sakinləri acı istehza ilə soruşurlar: «Ruslar haradadır? Onlar bizi kim üçün zəbt ediblər? Hər halda, özləri üçün etməyiblər... Nə sizin tacirlər, nə sizin əkinçilər burada görünmür! Bütün ermənilər bizim dünənki qullarımızdır. Gizlətmək nə lazım! Belə pis adamlara hökmranlıq üçün müharibə etməyə dəyərdimi?»
Rusiyanın Cənubi Qafqazda işğalçı fəaliyyəti ermənilərin Azərbaycan torpaqları əsasında dövlət qurmaq iddiasını fəallaşdırdı, Rusiyanın yaxından köməyi ilə bu iddianın reallaşmasına çalışan yerli erməni «ideoloqları», hərbiçiləri, məmur dəstəsi yetişdirildi. Onlar Türkmənçayla kifayətlənməyərək sonralar da məkrli əməllərini davm etdirmiş, azərbaycanlılara qarşı soyqırımların təşkilatçıları olmuşdular.
Ermənilər köçürüldükləri Şimali Azərbaycan torpaqlarında mərkəzləşmiş, Azərbaycanın hesabına millət kimi formalaşmış, bu imkanları Azərbaycan və Türkiyəyə qarşı yeni iddialara çevirmişlər.
Türkmənçay müqaviləsindən kifayət qədər bəhrələnən ermənilərə müasir dövrdə ermənipərəst qüvvələrin yaxından köməyilə işğal etdikləri Azərbaycan torpaqlarını qanuniləşdirən yeni Türkmənçaya nail olmaq istəyirlər. Lakin onların niyyətləri gözlərində qalacaqdır!

Rəylərin sayı:.