Azərbaycan mədəniyyəti XX əsrin əvvəllərində

Azərbaycan mədəniyyəti XX əsrin əvvəllərində


[/b][i][/i] [b]Azərbaycan mədəniyyəti XX əsrin əvvəllərində
XX əsrin əvvəllərində Azərbaycan Rusiyanın müstəmləkəsi olaraq qalırdı.Mədəniyyətin inkşafı qüsurlu xarakter daşıyırdı.Lakin buna baxmayaraq bütün taraxi dövrlərində inkşafı ilə seçilən Azərbaycan mədəniyyəti öz qədim ənənələrini saxlayır və davam etdirirdi.Milli şuurun oyanmasında xaricdə təhsil almış gənclərimiz mühüm rol oynayırdı.Məhz onların səmərəli işləri nəticəsində bir çox milli məktəblər,dərsliklər və proqramlar hazırlanırdı.Marifin inkşafında mühüm rolu 1906 ilin avqustunda keçirilmiş Azərbaycan-müəllimlərin I-ci qurultayı tuturdu.Burda ibtidai icbari təhsil,ana dilində təhsilin aparılması və s.məsələlər müzakirə edilmişdir.Maarifin inkşafını ləngidən əsas səbəblərdən biri təhsilin rus dilində aparılması idi.Elə bu səbəbdən ayrı-ayrı maarifpərvər fədailərimiz H.zərdabi,N.Nərimanov,M.Sabir və s. müstəmləkə siyasətinə qarşı çıxır və bu işdə əllərindən gələni edirdilər.Şair M.Sabir Balaxını məktəbində dərs demişdi,A.Şaiq,H.Mahmudbəyov məktəblilər üçün dərsliklər ( "Uşaq çeşməyi” "Gülzar” və s.) hazırlamışdılar.1900 ildə Mərəzədə,1905 ildə Salyanda,sonralar Lənkəran,Şamaxı,Nuxa və s.yerlərdə yeni tipli ruhani məktəbləri açılmışdı.
1912 il "Əsasnaməyə” görə şəhər məktəbləri ali ibtidai məktəblərə çevrilirdi.Bundan başqa bu dövrdə Azərbaycanda qız və oğlan qimnaziyaları fəaliyyət göstərirdi.Qimnaziyaları bitirən şagirdlər universitetlərə daxil ola bilərdilər.
Bu dövrün maarifin inkşafında mühüm yeri 1901 ildə Bakıda H.Z.Tağıyevin ən nümunəvi qız məktəbinin açdırması olmuşdu.1902 ildə Gəncədə yalnız azərbaycanlı qızlardan ibarət məktəb açılmışdı.
Birinci rus inqlabı illərində hökümət maarif sahəsində güzəştlərə getdi.Yeni-yeni məktəblər açıldı,bunların içərisində dənizçilik,ticarət və sənət məktəbləri də vardı.Bu məktəblərin açılmasında "Nəşri-maarif” və "Səadət” xeyriyyə cəmiyyətlərinin böyük rolu vardı.
Bu dövrün mühüm hadisələrindən biri də 1914 ildə Gəncədə müəllimlər seminariyasının açılması oldu.Bu vaxtda qədər Azərbaycan məktəbləri üçün müəllimləri yalnız Qori müəllimlər seminariyası hazırlayırdı,beləliklə bu məsələdə həll olundu.1916 ildə bu cür məktəb Bakıda da açıldı.
XX əsrin əvvəllərində mədəni-maarif müəssisələri zəif inkşaf edirdi.Kitabxanalar,qiraət kitab fondu zəif idi.Cəmi bir neçə yerdə (Bakı ticarət məktəbi nəzdində,Rus texniki cəmiyyətinin Bakı şöbəsinin nəzdində və s.) muzeylər fəaliyyət göstərirdi.Tibbi xidmət zəif idi.
Texniki elmlərin inkşafında Abşeronun neft yataqların öyrənilməsi mühüm yer tuturdu.Bu işdə rus alimləri V.Qolubyatnikov,İ.Qubkin,azərbaycanlı alim-mühəndislər M.Xanlarov,A.Mirzəyev və b. böyük rolu vardı.
A.Bakixanovdan sonra elmi mənbələr əsasında tarix əsərini Rəşid bəy İsmayılov yazmışdı.Onun "Müxtəsər Qafqaz tarixi” əsəri bolşevik mətbuatının tənqidinə məruz qalmışdı.
Ali müsəlman ruhanisi Hacı Şeyx Həsən Mollazadə 1904 ildə Azərbaycan tarixinin ən qədim dövrlərindən İran məşrutə inqlabına qədərki dövrü əhatə edən "Zubdətut-təvarix” əsərini yazmışdı. "Fəna” təxəllüslü şair Mirzə Rəhim Qarabağ xanlığının tarixinə dair əsər yazmışdı.
Coğrafiya sayəsində bütün imperiyada general İbrahim ağa Vəkilov şöhrət qazanmışdı.Qafur Rəşad Mİrzəzadə Qafqaz,Yusif Əliyev Avropa ölkələri haqqında coğrafi əsərləri də bu dövrün yadirgarlarıdı.
Digər sahələrinin zəif inkşafı öz işini mətbuatda göstərmişdi.İdeya istiqamətinə görə bu dövrün mətbuatı demokratik,milli-burjuaziya və bolşevik mətbuatına bölünürdü.Bolşevik mətbuatı təbliğ edən və rus dilində çıxan "Bakinski raboçi”, "Prizıv”, "Qudak”,azərbaycan dilində "Dəvət”, "Yoldaş”, "Hümmət” və s. qəzetlər nəşr olunurdu.Bu işdə N.Nərimanov,T.Şahbazi və b. mühüm rol oynayırdılar.
Demokratik mətbuatımızı "Əkinçi”nin ideyasını davam etdirən M.Şaxtaxtinskinin 1903-1905 ildə nəşr olunduğu "Şərqi-rus”qəzeti idi.Bu yolda mühüm yeri 1906 ildən başlayaraq 25 il fəaliyyət göstərən,Tiflisdə,Təbrizdə və Bakıda nəşr olunan C.Məmmədquluzadənin "Molla Nəsrəddin” jurnalı idi.Bu jurnal millətin oyanmasında böyük rolu vardı.Onun ətrafında M.Sabir,Ö.Faiq,M.Ordubadi və b. birləşmişdilər.
Demokratik mətbuatın digər sayları M.Sabirin,Ə.Nəzminin və b. iştrakı ilə nəşr olunan "Zənbur”, "Bəhlul”, "Tuti”, "Məzəli” satirik jurnalları idi.Uşaqlar üçün bu dövrdə Ə.Cəfərzadənin "Dəbistan”,H.Mahmudbəyovun "Rəhbər” jurnalları buraxılırdı.
Milli burjuaziyanın milli əsarətə qarşı mübarizədə öz sözlərini mətbuat vasitəsi ilə xalqa çatdırmağa çalışırdılar.Xeyriyyəçilər H.Tağıyev,M.Muxtarov və b.onlarda qəzet və jurnalları nəşr etdirirdilər.Bu mətbuat yayımların redaktorları Ə.Topçubaşov,M.Rəsulzadə,Ə.Ağayev və b. idi.Burjua mətbuatı kimi tarixə düşən bu qəzetlər "Həyat”, "İrşad”, "Nicat”, "İşıq”, "Açıq söz” və b. idi.Bunlar milli dövlətçiliyin bərpasında mühüm əhəmiyyət kəsb etmişlər. "İşıq”jurnalının redaktoru Xədicə xanım Əlibəyova idi.Jurnalın bütün əməkdaşları qadınlar idi. "Həyat” və "Fiyuzat”-Ə.Hüseynzadə, "Məzəli”-H.Vəzirov,1915 ildən isə "Açıq söz”-M.Rəsulzadə redaktə etmişlər.Mədəniyyətin inkşafında C.Məmmədquluzadə və Ö.Faiq tərəfindən yaradılmış "Qeyrət” mətbəəsi mühüm rol oynamışdır.
XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında mühüm yeri tənqidi realizm tuturdu.Onun ən görkəmli nümayəndəsi C.Məmmədquluzadə idi.Bu metodda onun ən gözəl əsərləri "Ölülər”, "Poçt qutusu”, "Usta Zeynal ” və b. idi.M.Sabir tənqidi realizmin şer sahəsində böyük rol oynamışdır.Tənqidi realistlər Ə.Haqverdiyev,Y.Çəmənzəminli din hüquqsuzluğunu,satqınlığı ifşa etmişlər.
Zəhmətkeş xalqın istismarı onların ağır həyatı Üzeyir Hacıbəyovun "O olmasın bu olsun”(1910), "Arşın mal alan”(1913) komediyalarında daha parlaq əks olunmuşdur.Publisistika sahəsində N.Nərimanov,realizm sahəsində isə S.S.Axundzadə,S.Qənizadə mühüm yer tutmuşlar.Maarifçi-realistlər ilk dəfə olaraq roman janrında əsər yazmışdılar.M.S.Ordubadi "Bədbəxt milyonçu”,A.Səhhət "Əli və Aişə” romanları ilk belələrindən idi.Bu dövrdə yeni mütərəqqi romantizm cərayanı yaranmışdır.Onun ilk nümayəndələri Məhəmməd Hadi,H.Cavid,A.Səhhət və b. idi.
Şifahi xalq ədəbiyyatı yenə olduğu kimi vətənpərvərlik,azadlığı təbliğ edirdi.Bu özünü xüsusilə aşıq şerində göstərirdi.Onun nümayəndələri Çoban Əfqan,Aşıq Əsəd və b. idi.
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətində mühüm yeri incəsənət tuturdu.1916 ildə H.Ərəblinskinin yaxından iştrakı ilə "Neft və milyonlar səltənətində” adlı ilk Azərbaycan filmi yaradıldı.Azərbaycan teatrın inkşafında "Azərbaycan səhnəsinin zinəti” H.Sarabski,Sidqi Ruhulla,Mirzağa Əliyevin böyük rolları vardı.
1912 ildə cəsur aktrisa Ş.Məmmədova çadrasını yerə atıb səhnəyə çıxan ilk azərbaycanlı qadın olmuşdu.
12 yanvar 1908 ildə Ü.Hacıbəyov "Leyli və Məcnun ” operasının səhnəyə qoyması ilə milli operanın əsasını qoydu.Az sonra Ü.Hacıbəyov musiqili komediyanın da yaradıcısı oldu.1916 ildə M.Maqomayevin "Şah İsmayıl” operası tamaşaya qoyulmuşdu.Satirik qrafikanın inkşafında Əzim Əzimzadə böyük rol oynamışdı.O,20 ildən çox "Molla Nəsrəddin” jurnalında əməkdaşlıq etmişdi.1914 ildə M.Sabirin "Hophopnamə” əsərinə çəkdiyi illüstrasiyalar onun şöhrətini artırmışdı.
Dövrün xüsusi rəssamlıq təhsilini Bəhruz Kənkərli almışdı.300-dən çox əl işi vardı.Ən məhşur əsəri isə "Qaçqın uşaqlar” idi.Tətbiqi incəsənət sahəsində şuşalı Səfər,şamaxılı Əliqulunun hazırladığı xalçalar öz bəzəkləri ilə seçilirdi.Məmmədhəsən Hacınski bu dövrün məhşur memarı idi.1909-1910 ildə Bakıda Dənizkanarı bulvarın salınması onun adı ilə bağlı idi.
XX əsrin əvvəllərində Cənubi Azərbaycanda da mədəniyyət öz inkşafını davam etdirirdi.Böyük şəhərlərdə düyəvi elmi məktəblər açılırdı.Bu dövrdə ana dilində ilk mətbuat yayımları nəşr olundu "Azərbaycan”, "Ana dili”, "Zənbur”, "Şəfəq”, "İslam” və b.Məşrutə inqlabı vaxtı "Naleyi-millət” qəzəti nəşr olunurdu.1917 ildə Şeyx Məhəmməd Xiyabani tərəfindən "Tərəddüd” qəzeti buraxıldı.
Ədəbiyyatın inkşafında Ə.Talıbov,Ə.Şəbustəri,S.Ədaləti,H.Əfşar misilsiz rol oynadı.Ə.Talıbovun "Həyat məsələləri” əsərində şah zülmü ifşa olunurdu.Şimali Azərbaycanın təsiri ilə Cənubda incəsənət inkşaf edirdi.İncəsənətdə olan ən böyük nailiyyət 1916 ildə Təbrizdə ilk teatr binasının tikilməsi oldu.
Beləliklə XX əsrin əvvəllərində Azərbaycan müstəmləkə olmasına baxmayaraq öz qədim,zəngin mədəniyyətini inkşaf etdirməkdə davam edir və onu gələcək nəsillərə örnək olmasına böyük təsir göstərmişdir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 iyun 2012 19:08
    kommunizm,feodalizm,quldarliq,kapitalizm diyirik.amma bele bir sualim var.indiki dovre baxaq bir olke bir olkeni tutur ve ne qeder esir alir ve ona min cur is gordurulur ve hec ne evezine verilmir.quldarliq da beledi her bir sey beledi hamisi yalan sohbetdi.insan nece gelib ele de gedir.Ancaq Allah istese insani deyisdire biler

  2. 21 noyabr 2013 16:27
    marqldir teskuler
    meleumat maarqldir
    muelife tesekuler

  3. 2 may 2014 18:23
    meqaleye gore twk

    --------------------

  4. 22 dekabr 2014 15:12
    cox gozeldir.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.