AXC-i zamanı ilk dəfə...

AXC-i zamanı ilk dəfə...

Hər bir xalqın tarixində cox böyük əhəmiyyət kəsb edən unudulmaz və əzəmətli səhifələr vardır. 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik səlnaməsinin bu cür səhifələrindəndir. AXC XX əsrdə Azərbaycan xalqının həyatında tarixi mərhələ olmuşdu, onun yaradıcıları isə – M.Ə.Rəsulzadə , F.Xoyski, Ə.Topçubaşov, H.Ağayev və digərləri Azərbaycan millətinin şərəfini xilas edərək, onun müstəqil, müasir, dünyəvi və hüquqi dövlət yaratmağa və onu idarə etməyə qadir oluduğunu dünyaya subut etmişdilər.

AXC yaranması ilə xalqımız ilk dəfə hansı zirvələrə çatdı:
1. AXC yaranması ilə Azərbaycan adı ilk dəfə geoğrafi deyil siyasi-inzibati məna daşımağı başladı.
2. AXC yaranması ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçiliyimiz yenidən bərpa olundu və Şimali Azərbaycan torpaqlarının bütövlüyü qisməndə olsa qorundu.
3. AXC müsəlman şərqində ilk Xalq Cümhuriyyəti idi. O müstəqil dövlətin bütün atributlarına - bayrağa, himnə, gerbə, paytaxta, sərhədlərə, pul nişanına, orduya malik idi. Müasir AR-ın üçrəngli bayrağı, gerbi və himni AXC yadiğarıdır, Bakı isə ilk dəfə AXC paytaxtı seçilmişdi.
4. 1918-ci il mayın 28-də AXC qəbul etdiyi müstəqillik haqqında bəyannamədə müsəlman Şərqində ilk dəfə olaraq dinindən, irqindən asılı olmayaraq ölkə ərazisində yaşayan bütün xalqların və millətlərin hüqüq bərabərliyi tanındı.
5. AXC dövründə təşkil edilmiş ilk Parlamentimizdə müsəlman Şərqində ilk dəfə ölkə ərazisində yaşayan bütün xalqlar, hətta sayca az olmaqlarına baxmayaraq və fəaliyyət göstərən siyasi təşkilatlar təmsil olundu.
6. AXC dövründə Müsəlman şərqiqdə ilk dəfə qadınlara seçki hüququ verildi, və beləliklə kişilərlə bərabər qadınlarda ölkənin ictimai –siyasi həyatında fəal iştrak etmək imkanı aldılar.
7. AXC yaranması ilə xalqımız Azərbaycan hüdüdlarında olan Milli sərvətlərə sahib olmaq və onu xalqın mənafeyinə istifadə etmək imkanı əldə etdi.
8. İlk dəfə AXC hökümətinin təşəbbüsü ilə 1918-ci ilin iyulun 15-də yaradılmış Fövqəladə İstintaq komissiyası 1918-ci ilin yazında Bakı quberniyasında Azərbaycan xalqına qarşı bolşevik-daşnak hərbi birləşmələri tərəfindən törədilmiş soyqırıma siyasi və hüquqi qiymət verdi.
9. İlk dəfə olaraq AXC Nazirlər şurasının 1918-ci il 27 iyun qərarı ilə Azərbaycan dili dövlət dili elan edildi. Həmin ilin avqustun 28-də Milli hökümətin diqər qərarı ilə Azərbaycan dili bütün ibtidai təhsil müəssisələrində icbari şəkildə tədris olunmağa başlandı. Xalqımızın Milli şüurunu əbədi etməyə çalışan Cümhuriyyət parlamenti və höküməti elmi, təhsili və xalq maarifini diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pilləli məktəblər, gimnaziyalar, kitabxanalar açıldı, mədəni –maarif müəssisələrinin şəbəkəsi genişləndi. Bu baxımdan Cümhuriyyət ideyalarının yaşamasında və xalqmızın yenidən müstəqilliyə qovuşmasında 1919-ci ilin sentyabrın 1 –də təsis edilmiş Bakı Dövlət Universitetinin rolu misilsizdir.
10. Azərbaycan xalqının müstəqillyini elan edən AXC ilk dəfə olaraq ölkəmizi beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevirdi. Milli Şuranın 1918-ci il mayın 28-də qəbul etdiyi bəyannamədə qonşu xalqlarla dinc və əmin-amanlıq şəraitində yaşamaq prinsipindən çıxış edən Cümhuriyyət xarici dövlətlərlə sülh və dostluq, suverenlik və qarşılıqlı etimad prinsiplərinə əsaslanan müqavilələr imzaladı. Bunun nəticəsində bir sıra dövlətlərdə Azərbaycan səfirlikləri, bəzilərində konsulluqlar və ticarət nümayəndələikləri açıldı. Nəhayət 1920-ci il yanvarın 11-də Versal sülh konfransının Ali Şurası AXC de fakto müstəqilliyi tanındı. Beləliklə xalqımızın da imzası oldu dünya xalqlarının imzası içində.
AXC-i zamanı ilk dəfə...

1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən avqustun 30-da qəbul edilmiş Müstəqillik haqqında bəyannamədə və həmin ilin oktyabrın 18-də qəbul edilmiş müstəqillik haqqında Konstitusiya aktında yeni yaranmış dövlət özünü AXC varisi elan etdi.
1991-ci ildən bəri yaşadığımız müasir AR ilə AXC arasında bəzi parallelər aparmaq və fərqli cəhətlər qeyd etmək olar. Bu parallellər nədən ibarətdir?
1. Hər iki Cümhuriyyət böyük imperiyaların süqutu nəticəsində meydana gəlmişdi.
2. İstər 1917-ci ildə istərsə də 1988-ci ildə müstəqillyiyə gedən yol Milli-demokratik hərəkatın yaranması, yeni siyasi partiyaların və bir cox siyasi xadimlərin yetişməsi ilə müşahidə olunurdu.
3. İstər 1917-1918-ci illərdə, istərsə də 1988-1991-ci illərdə müstəqilliyə gedən yolda Azərbaycan xalqı çoxlu şəhidlər vermidi, ermənilər tərəfindən soyqırıma məruz qalmışdı.
4. İstər AXC istərsə də müasir Azərbaycan Respublikasının əraziləri Ermənistanın hərbi təcavüzünə məruz qalmışdı.
AXC-i zamanı ilk dəfə...

Müasir Azərbaycan Respublikasını AXC –ilə müqaisə etdikdə isə aşağıdakı nəticələrə gəlmək olar.
1. Müasir Azərbaycan Respublikasının Ali Qanunu –Konstitusiyası 1995 –ci ildə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edildiyi halda AXC höküməti bunu edə bilməmişdi.
2. Müasir Azərbaycan Respublikasında hakimiyyətin bütün qolları seçkilər yolu ilə formalaşdığı halda AXC dövründə buna imkan olmamışdı.
3. Azərbaycan Respublikası Prezident Respublikası olduğu halda, AXC Parlamentli Respublika idi. Sonuncu amil isə tez-tez hökümət böhranlarına və parlament daxilində ixtilaflara səbəb olurdu.
4. Azərbaycan Respublikası dövründə aqrar islahatlar keçirildi və torpaqlar pulsuz kəndlinin ixtiyarına keçdiyi halda, AXC höküməti bu islahatı həyata keçirə bilmədi.
5. AXC höküməti ölkədə istehsal olunuan neft və neft məhsullarının ixracı haqqında bir sıra dövlətlərlə sazişlər bağlasa da onun dünya bazarına ixraçına nail ola bilməmişdi. Azərbaycan Respublikası isə Azərbaycan neftinin və qazının nəinki dünya bazarına ixrac olunmasına, eyni zamanda qonşu Türkiyə və Gürcüstanın və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasına nail olmuşdu.
6. AXC heç bir beynəlxalq təşkilatın üzvü olmadığı halda, Azərbaycan Respublikası bu gün dünyanın bütün aparıcı beynəlxalq təşkilatlarının üzvüdür. Azərbaycan Respublikasının dünyanın bütün qitələrində diplomatik nümayəndəlikləri fəaliyyət göstərir.
7. AXC dövründə ölkə iqtisadiyyatına xarici investisiyalar qoyulmadığı halda, bu gün Azərbaycan Respublikasına qoyulan xarici investisiyalırın həcmi yüz milliardlarla ölçülür. Eyni zamanda bu gün Azərbaycan ilk dəfə olaraq xaricə ölkələrə kapital ixrac edən dövlətə çevrilib. AXC dövründə ölkədə fəaliyyət göstərən sənaye müəssilərinin sayı barmaqla sayıldığı halda, müasir AR-da onların sayı müxtəlif sahələr üzrə yüzlərlə ölçülür.
8. AXC dövründə ölkəmizdə ordu üçün zabit kadrları hazırlayan hərbi məktəblər olmadığı halda AR-da bir necə belə təhsil ocaqları fəaliyyət göstərir.
9. Əgər AXC dövründə xaric göndərilən tələbələrin sayı cəmi yüz nəfər idi isə bu gün minlərlə Azərbaycan vətəndaşı dünyanın aparcı ali təhsil ocaqlarında təhsil alır.
10. Və nəhayət əgər AXC 23 aylıq fəaliyyəti nəticəsində M.Rəsulzadənin sözü ilə desək Azərbaycan xalqına müstəqilliyin dadı nə olduğunu hiss etməyə imkan vermişdi isə, müasir Azərbaycan Respublikası artıq 26 ildir ki müstəqil dövlət kimi yaşayır.
AXC-i zamanı ilk dəfə...


Müəllif: İlqar Niftəliyev



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.