“Azərbaycan tarixi” aylığı (Mühazirə)

                         “Azərbaycan  tarixi”  aylığı (Mühazirə)

 

"Azərbaycan  tarixi”  aylığı    Müasir müstəqil  AZƏRBAYCAN Respublikası—           
Heydar  Əliyevin   şah   əsəridir 
Heydar Əlirza oğlu  Əliyev (10 may 1923-cü il- 12 dekabr 2003 –cü il)Dünya tarixinin dahi dövlət və siyasi xadimi,Azərbaycanın böyük siyasiv ə  dövlət xadimi ,Azərbaycan xalqının qurtuluş mübarizəsinin(1990—1995) qalibi,Yeni Azərbaycan Partiyasının (1992) banisi,müstəqil Azərbaycan dövlətinin qurucusu və Azərbaycan RespublikasınınPrezidenti(1993-2003).    Heydar Əliyev sovet qoşunlarının 1990-cıilin 20 yanvarında Bakıdatörətdiyiqanlı qırğınla əlaqədar ertəsi gün – yanvarın 21-də  Sovet rejimi-nin təqiblərinə və səhhətinin ağırlığına baxmayaraq ,Azərbaycanın Moskva-dakı nümayəndəliyinə gələrək cəsarətli çıxış etdi .O,bəyanatında Azərbaycan xalqına qarşı silah işlədilməsini qətiyyətlə pislədi,Azərbaycan xalqınınQurtuluş mübarizəsinin önünə keçdi.     Heydar Əliyev doğma xalqının milli-siyasi fəlakət burulğanından xilasetmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, ilkəvvəl Bakıda.sonra isə Naxçıvanda  Qurtuluş mübarizəsini davam etdirdi,həmin ildə dəAzərbaycan Ali Sovetinə deputat seçildi.1992-ci ildəYeni Azərbaycan Partiyasnın Naxşıvan şəhərində keçirilən təsis üurultayında partiyanınsədri seçildi     
Heydar Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onunNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində  çalışdı-Ğı illər(1991-1993) muxtar respublikanın siyasi,sosial-iqtisadi,mədəniInkişafının çətin dövrüdür.H.Əliyev birinci növbədə Naxçıvanı Erməni-stanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi.Bu illərdə H.Əli-yevin təşəbbüsü ilə muxtar resspublikanın Ali Məclisi onun adından "sovet sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyəti- dövlət bayrağı kimi qəbul olunması haqqında qərarlar qəbul etdi.Blokadaşəraitində olan muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddidiqqət yetirirdi.      Xalqın müstəqilliyi uğrunda dönmədən mübarizə apran Heydar ƏliyevAzərbaycan Ali Sovetinin 1991-ci il 7mart tarixli sesiyasında SSRİ rəhbərliyinin müttəfiq respublikaları guya yeni ittifaq yaratmağa çağıran təklifə qarşı çıxdı, bununla bağlı referendumda iştirak edib –etməməkməsələsində qətiyyətli mövqeyini belə ifadə etmişdir:”Mən yeni ittifaqadaxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm,Azərbaycan Respublikası iqtisadi və siyasi müstıqillik yolu iləgetməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır.”Heydar Əliyevinrəhbərliyi altında Naxçıvan Muxtar Respublikasında referendum baykot edildi,rus sovet qoşun hissələri buradan çıxarıldı,20 Yanvar faciəsinə hüquqisiyasi qiymət verildi,Naxşıvan müstəqillik və milli dövlət quruculuğu  nümunələri göstərərək xalqn inamını sarsıtmağa qoymamış,ümidlərini sındırmamışdır.      Heydar Əliyev Naxçıvanda fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalqı və Vətəni üçün taleyüklü məsələlərdə daim qətiyyətliliknümayiş etdirmişdir.:Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərənbütün strukturları ləğv edilmiş,AzərbaycanSSR Ali Sovetinin 1991-ci il 29avqust tarixli sesiyasının qərarına əsasən AZərbaycanda həmin il sentyabrın8-nə təyin edilmiş prezident seçkilərinin Naxçıvan Muxtar Respublikasıərazisində keşirilməsinin dayandırılması(Naxçıvan Muxtar RespublikasıAli Məclisinin 1991-ci il 4 sentyabr qərarı) haqqında qərar çıxarılmışdır.       1993-cw ilin may-iyununda respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda,ölkə vətəndaş müharibəsi vəmüstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldıqda,Azərbaycan xalqı Heydar Əliyevi hakimiyyətə gətiriməsi tələbi ilə ayağa qalxdı.Bu,milli hərkata çevrildi və nəticədə Azər-baycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məc-bur oldular.Heydar Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Məc-lisinin sədri seçildi.Həmin gün Azərbaycan xalüının tarixinə Qurtuluş günü kimidaxil oldu. Heydar Əliyevin başçılıq etdiyi Qurtuluş mqbarizəsi başa çatdı.Bunun-la Heydar ƏliyevinAzərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.Azərbaycandövlətşiliyinin məhv edilməsi,vətəndaş müharibəsi və ölkənin parçalanması təh-lükəsi aradan qalxdı. İyunun24-dən isə Heydar Əliyev Milli Məclisinin qərarı iləAzərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladi.        1993-cü il  oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində səs çoxluğu iləAzərbaycan Respublikası Prezidenti seçildi.Oktyabrın 10-da andiçmə mərasimində H,Əliyev xalqa müraciət edərək dedi: "Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən,birinci növbədə,Azərbaycan xalqının zəkasına,müdrikliyinə,qüdrətinə güvənirəm,arxalanıram.Azərbaycan xalqının mənə verdiyi ümidlər məni bu vəzifəni üzərimə  götürməyə məcbur edib.Əmin etmək istəyirəm ki,bu ümidləridoğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.”        Heydar Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin daxili ictimai-siyasi,sosial-iütisadi,eimi-mədəni həyatında,beynəlxalq əlaqələrində dönüş yarandı ,elmi əsaslara əsalanan müstəqil dövlət quruculuğu başlandı.Azərbaycandövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci ilmart dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı.Dövlət müstəqilliyi qorunub saxlanəldı.H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsini müstəqillik,azərbaycançılıq,dövlətçilik,respublikaçiliq, ədalət,demokratiya,hüquqidövlət üuruculuğu,milli tərəqqi,dünyəvilik və s.ümummilli,ümumibəşəri dəyərlərtəşkil edən yeni ideologiyanın əsaı qoyuldu.        1995-ci il iyunun 12-də Milli Məclisinin qərarına əsasında Azərbaycan respublikasının Konstitusiyasını hazırlamaq üçün Prezident H,Əliyevin rəhbərliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası təşkil edildi.H,Əliyevin rəhbərliyi altında respublikanın görkəmli hakimiyyət, hüquqşün-asları, qanunverici,icra və məhkəmə nümayəndələri cəlb olunmuş bu komissiyaAzərbaycan xalqının milli xüsusiyyətlərini nəzərə almaqla,qabaqcıl demokratikölkələrin təcrübəsi əsasında "Azərbaycan Respublikası Konstitusiyası” layihəsinihazıladı. Layihə 1995-ci il oktyabr ayının 15-də ümumxalq müzakirəsi üçün dərc edildi.”AzərbaycanRespublikasının Konstitusiyası” 1995-ci ilin noyabrın 12-dəreferendumda qəbul olundu.Referendumda 4 mln.a yaxın seçici korpusunun 86%iştirak etdi.  Onların 94,8 %-i Konstitusya layihəsini bəyəndiyini bildirdi.          Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi qanuni əsaslarıqoyuldu. Konstitusiya bəyan etdi:Azərbaycan xalqının və dövlətinin ən mühümməqsədləri Azərbayca dövlətinin müstəüilliyini,suverəliyini və ərazi bütövlüyünüqorumaq,Konstitutisiya çərçivəsində demokratik quruluşa təminat vermək,vətən-daş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq,xalüın iradəsini ifadəsi kimiqanunların  aliliyini təmin edən hüquqi,dünyəvi dövlət qurmaq, ədalətli iqtisadivə sosial qaydalara üyğun oiaraq bütün dünya xalqları ilə dostluq,sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməkdir.       Azərbaycan Respublikası Konstitusiyasının maddələrini ücdə bir hissəsi(158maddədən 48-i) insan hüquqlarına və onların təminatına həsr edilmişdir.        Hakimiyyət bölgüsü kosepsiyasına üyğun olaraq Konstitusiya təsbit etdi ki ,Icra hakimiyyəti Azərbaycan  Respublikası Prezidentinə mənsubdur;qanunverici hakimiyyətiAzərbaycan Respublikasının Milli Məclisi,məhkəmə hakimiyyətiniisə müstəqil məhkəmələr həyata keçirirlər.Azərbaycan Respublikası Prezidentinintəsisatınım ikili hüquqi təbiəti vardır:Ali icra hakimiyyətinin ona mənsub olması ilə yanaşı ,o,birinci növbədə, Azərbaycan dövlətinin başçısıdır,Azərbaycan xalqınıbütövlükdə təmsil edir və xalüın vahidliyin təmsil edir.       Konstitusiya məhkəmələrin müstəqilliyini təmin edən əsas prinsiplər müəyyənedilmişdi:Hakimlər müstəqildir,onlar yalnız Konstitusiyaya və qanunlara tabedirlər,səlahiyyətləri müddətində dəyiçilməzdir.       Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik dövlət və iqtisadiyyat, vətəndaş cəmiyyəti quruculuğuna hüquqi əsas yaratdı.        Konctitusiyanı daha da demokratikləşdirmək üçün Prezident H.Əliyevintəşəbbüsü ilə 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyada39 mühüm dəyişiklik edildi..        1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsaında demokratik parlament seçkilə-rinin keçirilməsi, Konstitusiya Məhkəsinin fəaliyyətə başlaması ,ölüm cəzasınınləğv olunması,”Bələdiyyə seçkiləri haqqında qanun”un  qəbulu və əməli surətdə həyata keçirilməsi Məhz Heydar Əliyevin adı ilə bağlıdır.       Heydar Əliyevin "İnsan və vətədaş hüquq və azadlıqlarının təmin edilməsi”haqqında 1998-ci il 22 fevral tarixli fərmanı Azərbaycan Respulikasının dünyaya və Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar açmış,insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldır-mış,1995-ci ildə əfvetmə təsisatı bərpa edilmişdir.Azərbaycan 1996-cı ilin iyunun-da Avropa Şurasına "xüsusi qonaq” statusu almış, 2001-ci il yanvarın 25-də isəona tam hüquqlu üzv olmuşdur.        Heydar Əliyev hakimiyyətə qayıtdıqdan sonra orduda ciddi islahatlar aparıldı.Səfərbərliyin,döyüş hazırlığının,qoşun hissələri və şəxsi heyətin təlim tərbiyəsinitəkmilləşməsinə istiqamətlədirilmiş tədbirlər müəyyən edildi.1993 – cü il noyabr- dekabr aylarında 16,7min döyüşçüsü olan 40 ehtiyat taboru təşkil edildi, 1994-cüilin sonunda orduda 54.000 nəfər zabit və əsgər var idi.           Prezident H. Əliyevin fərmanı ilə 1993-cü il 1 noyabrında Dövlə Müdafiə Şurası yaradıldı və 23 noyabrda "Müdafiə haqqında” qanun qəbul edildi. 1994-cüIl yanvarın 5-də Azərbaycan ordusu uğurlu əməliyyatlar nəticəsində Füzuli rayon- un strateji əhəmiyyətli Horadiz qəsəbəsini və 22 kəndi, Cəbrayıl və Kəlbəcər ray-onların bir hissəsininin düşməndən azad olunmasına nail olundu.BU DÖYÜŞLƏRDƏ Ermənistanın işğalçı ordusu4000 əsgər və szabiti,50 zirehli texnikası ,15 artileriya qurğusu məhv edildi.Milli ordunun formalaşdırılması ,bütün siyasi və diplomatik vasitələrin işə salınması nəticəsində 1994-cü ilin mayın12-də Ermənistan –Azərbaycan müharibəsində atəşkəs əldə olundu.Ölkədə hakimiyyət  boşluğu aradan qaldırıldı, siyasi sabitlik yarandı.         Prezident Heydar Əliyev dövlətin xarici siyasətinə müstəsna əhəmiyyət verirdi.H.Əliyev dövlətin xarici siyasətini xalqın maraqlarını,dünyada baş verən ciddi dəyişiklikləri ,beynəlxalq sistemin sürətlə qloballaşması ilə əlaqədar nəzərəalmaqla qurdu.H.Əliyev 68 ölkənin dövlət və hökümət başçıları ilə görüşlər keçirdi.Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların iclaslarında,zirvə toplantılarındaIştirak edərək Azərbaycanın milli maraqlarını göz bəbyi kimi qorudu.         1993-cü ilin sentyabrın 24-də Azərbaycan Respublikası  MDB-yə daxil oldu.Azəbaycan 1993-cü  ilin 20 dekabrında Paris Xartiyasına,1994-cü ilin mayın 14-dəNATO-nun "Sülh naminə tərəfdaşlıq " proqramına qoşuldu.1997-ci ilin sentyabrın-da Azərbaycan,Gürcüstan,Ukrayna və Moldova respublikaları QUAM təşkilatını yaratdıdılar.         Prezident H.Əliyev Ermənistan_-Azərbaycan münaqişəsinin qan tökmədən ,qırğın və dağıtılara yol vermədən dinc vasitələrlə həll etmək xəttini götürdü.Onunsiyasi və müdrik iradəsi sayəsində ATƏT-in Lissabon sammitində (1996 dekabr)Azərbaycanın mövqeyini dünyanın 53 dövləti tərəfindən ərazi btövlüyü tanındı.          Prezident Heydar Əliyevin xarici siyasətinin sülh,beynəlxalq hüquq normalarına, sərhədlərinin bütövlüyünə hörmət və qarşılıqlı faydalı əmədaşlıq prinsipləri təşkil edir və bu gün də Azərbaycan dövlətinin xarici siyasətinin əsasprinsipləri bunlardır.          Heydar əliyev azəbaycanın təbii ehtiyatlaından və əlverişli coğrafi-stratejimövqeyindən ölkənin milli mənafeyinə uyğun olan iri miqyaslı iqtisadi sazişlərinişlənilib hazılanması və həyata keçirilməsində çox gərgin fəaliyyət göstərirdi. 1994-cü il 20 sentyabrında "Əsrin müqaviləsi” Bakıda bağlandı. Bundan sonraXəzərin karbohirogen ehtiyatlarının  işlənməsi ilə əlaqədar yeni-yeni zaşişlərin imzalanması belə müqavlələrin sayını 21-ə,iştirak edən dövlətlərin və iri şirkətlərinsayının isə müvafiq surətdə 15 və 33-ə çatdırılmasına imkan verdi ki, bu yaxınlarda Azərbaycana qoyulacaq xarici sərmayılırin 60 mld.ABŞ dolları olacağını nəzərdə tuturdu.Bu müqavilələr  çox mühüm siyasi məna kəsb edir və Azərbaycanın bey-nəlxalqaləmdə rolunu gücləndirən amilə çevrilir.          Heydar Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpasına həsr edilmiş konfrans 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş və bu konfransda 32 ölkənin və 14 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir.         H.Əliyev dahi siyasi və dövlət xadimi olmaqla yanaşı ,həm də tarix,fəlsəfə,hüquq,ədəbiyyat və incəsənətin gözəl bilicisi,elmin və mədəniyyətin hamisi idi.Onun biavasitə təşəbbüsü və iştirakı ilə neçə- neçə ədəbiyyat ,incəsənət və elmxadimlərinin yubileyiləri keçirilmiş,onların yaradıcılğı yüksək dövlət mükafatlarıvə fəxri adlarla qiymətləndirmiş, abidələri ucaldılmışdır.Azərbaycan mədəniyyəti-nin inkişafında böyük xidmətləri olanqocaman sənətkarlara,istedadlı gənc şair və yazıçılara,müxtəlif yaradıcılıq sahəsində ümidverici gənclərə fərdi təqaüdlər təyinedilməsi də mədəniyyətimizin inkişafına Heydar Əliyevin böyük qayğısının bariz nümunələrindəndir.          Azərbaycanda latın əifbasına keçirilməli,dövlət dilinin tətbiqi işinin təkmil-ləşdirilməsi , Azərbaycan əlifbası və Azərbaycan dili günün təsis edilməsi haqqın-da 2001-ci ildə izaladığı fərmanlar, milli –mənəvi dəyərlərin qorunub saxlanmasıçağırışı ilə Azərbaycan xalqına müraciətləri,türk xalqları və dövlətləri arasında əlifba və dil birliyində təmin edilməsi və digər sahələrdə coşqun fəaliyyəti Heydar Əliyevə misilsiz şöhrət  gətirmişdir.            Zəngin,hərtərəfli və dərin tarixi biliyə malik olan Heydar Əliyev doğma tarixin doğru-düzgün araşdırılmasna,öyrədilməsinə və təbliğ olunmasına böyükqayğı göstərmiş metodoloji göstərişləri və apardığı çox dəyərli ümumiləşdirmə-ləri ilə TARİX  ELMİNİN İNKİŞAFINA güclü təkan vermişdir.          Heydar Əliyevin qurduğu müasir AZƏRBAYCAN   RESPUBLİKASIIndi möhkəm əllərdədir.Onun layiqli davamçısı Azərbaycan RespublikasınınPrezidenti İLHAM  ƏLİYEVİN başçılığı ilə Vətənimiz Azərbaycan inamlairəliləyir.Müasir Azərbaycan indi güclü,dinamik  inkişaf edən,modern ,dünyaiqtisadiyyatına inteqrasiya olunan qüdrətli  dövlətdir.                                

Hacıqabul     rayonu              

UDULU kənd tam orta məktəbinin tarix müəllimi ZAKİR  ƏLİYEV       

Yükləmək ücün qeydiyyatdan keçin!

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 may 2014 21:29
    Hamlet müəllim,salam.Bu aktual və mühüm materialı saytda dərc etdiuinizə,xüsusilə nəfis tərtib etdiyinizə görə təşəkkür edirəm.Sizə BÖYÜK VƏTƏNPƏRLİK işlərinizdə çoxlu uğurlar və möhkəm cansağlığı arzu edirəm.Hörmətlə Zakir müəllim.

  2. 21 iyun 2014 20:47
    cox xirda yazilmiwdi ama ohdesinnen gelib oxudum.cox sagolun.men heyder eliyev haqqinda kitabxanamizdan kitab goturmeliem.mene maaragli gelir.siyasi ictimai xadimin heyati.daha derinlikle..

    --------------------

  3. 16 oktyabr 2014 20:17
    Çox Sagolun Böyük zəhmətiniz var bu saytda Allah sizi qorusun

  4. 16 oktyabr 2014 21:59
    Hörmətli Selcan xanım, Bizim Sayta xoş gəlmisiniz, bu saytdan faydalanmaqı arzu edirik. Sizin həssaslıqınıza və kiçik zəhmətimizə böyük dəyər verdijiniz üçün təçəkkür edirik.Bunu qeyd etməyi vacib sayıram ki, bu lahiyənin bütün zəhmətini Hamlet müəllim çəkimışdir və çəkir, Biz də Sizə qoşulub Hamlet müəllimə öz təşəkkürümüzü bildirir ki, gənclərimiz bu saytda Ana Azərbaycanın və ümumdünya tarixinin ən vacib və aktual məsələləri haqqında tarixi bilikləri alırlar; bir vətəndaş kimi mənəvi cəhətdən zənginləşirlər. Bir daha çox sağ olun, Selcan xanım. Dərin hörmətlə Zakir müəllim.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.