Son Tunc dövrü

Son Tunc dövrü

Son Tunc dövrü

 

 

         Əmək alətləri təkmilləşdikcə ictimai münasibətlər dəyişir, cəmiyyətdə əmlak və sosial bərabərsizlik get-gedə güclənirdi.

         Bu xüsusiyyət özünü daha çox Son Tunc və  Dəmirə keçid dövründə göstərməyə başladı.         Əkinçilikdə çox ciddi nailiyyətlər baş verdi. İri suvarma kanallarının çəkilməsi, torpağın qoşqu heyvanlarının köməyi ilə şumlanması əkin sahələrinin genişlənməsinə səbəb oldu. Əkinçilikdə əsasən buğda, arpa və darı kimi dənli bitkilər becərilirdi. Taxıl tuncdan  hazırlanmış oraqlarla biçilir, ağac vələ döyülür, dən daşları olan kirkirələrlə üyüdülürdü. Maldar tayfalar  dağlıq bölgələrdə məskunlaşmış, atçılıq mühüm xüsusiyyətini saxlamışdı. Təsərrüfatda yarımköçmə maldarlıq ön plana keçmişdiYarımköçmə maldarlar at belində dağlar, dərələr keçir, yeni otlaq sahələri tapır, məskunlaşmamaış ərazilərə sahib olurdular. Kurqanlardan tapılmış dəvə skeleti bu dövrdə dəvəçiliyin də inkişaf etdiyini göstərməkdədir.

         Metallurgiyanın inkişaf insanın gün-gündən artan tələbatını ödəyir, yeni ixtiralar, kəşflər  insan ağlının, zəkasının daha sürətlə inkişafını təmin edirdi. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunması bu sahənin inkişafına güclü təkan vermişdi. Artıq insanın   tanıdığı metallar içərisində qızıl və gümüş də görünür. Ustalar  bu əlvan və qiymətli  metallardan bəzək əşyaları düzəldilirdi.

                   .

         Bu dövrün ən mühüm abidələri ilə tanış olağın:

 

        Şahtaxtı abidələri-Govurqala. Tarixin özü qədər qədim, hər daşında, hər qayasında minilliklərin sirrini, sehrini yaşadan, bəşəriyyətin ilk beşiklərindən biri olan Naxçıvanda  Son Tunc dövrünün çoxlu abidəsi var. Bunlardan ən möhtəşəmi Kəngərli rayonunun Şahtaxtı kəndi yaxınlığında yerləşən Govurqala yaşayış məskənidir. Qala quruluşuna görə myüdafiə  qalaları kompleksinə  daxil olan siklop tikililərindəndir. Möhtəşəm qalalar quran balarımız  uca təpə üzərində qurduqları bu qalanın alınmazlığı, yenilməzliyi qayğısına qalmış, onu iri daşlardan dairəvi planda tikilmiş, müdafiə divarları ilə ahətə etmişlər.

         Buradan ilkin dövlət qurumlarının yarandığını sübut edən möhürlərin  tapılması da maraqlı faktdır. Ağ məhluldan hazırlanmış silindirvari möhür bunun ən yaxşı nümunəsidir. Bu möhürün üzərində çox səliqə ilə simmetrik şəkildə verilən rəsmlər ustalıqla və nəfis şəkildə işlənmişdir. Bu rəsmdə ayağına  çəkmə, əyninə uzun əba geyinmiş, başına dəbilqəni xatırladan günlük qoymuş kahin, dirilik ağacı və iki keçi təsvir edilmişdir. Budaqlarında meyvələr olan dirilik ağacına  doğru əllərini yuxarı qaldıran kahinin saçları çiyninə tökülmüşdür. Keçilər isə başlarını geri çevirərək döş-döşə dayanmışdılar. Silindirvari möhürlərin miladdan əvvəl II minillikdə  Yaxın Şərq ölkələrində geniş yayılması onu göstərir ki, qədim Naxçıvanla bu ölkələrin arasında ictimai-mədəni əlaqələr olmuşdur. Həm də möhürün hakimiyyət, dövlət rəmzi olması burada inkişaf etmiş cəmiyyətin, dövlət qurumunun mövcudluğundan xəbər verir.

 

Siklop tikintiləri. «Siklop» yunanca «təpəgöz» deməkdir. Qədim yunan əsatirlərində alnının ortasında bir gözü olan varlıqları belə adlandırırdılar. Son Tunc dövründə Azərbaycan ərazisində tikilmiş istehkam abidələrinin bu cür adlandırılmasının səbəbi rəvayət vaəə əfsanələrlə bağlıdırö Öz qədim tarixini  əfsanələşdirən, nağıllara və rəvayətlərə köçürüb yaddaşlarda yaşadan ulularımız bu abidələri də sirli aləmə çevirmişlər.  Rəvayətə görə bu tikililəri nəhəng varlıqlar olan təpəgözlər inşa etmişlər.  Xaman-zaman özlərindən vvəl yaşatmış babalırımının yaratıqdalırın, qurduqlarını əzizləyib müqəddəsləşdirən insanlar əcdadlarının qüdrətli, yenilməz olduqlarını gələxək nəsillərə çatdırmağın yollarını arıyaraq əfsanələr yaratmışlar.

         Siklop tikintiləri iri yonulmuş qaya parçalarından ibarətdir. Belə tikililtrrdə heç bir bərkidic\i materialdan istifadə olunmamışdır. Bu qalaların giriş yolu adətən bir yerdən olur, təhlükə zamanı qapı sal daşla örtülürdü. Hündürlüyü 3 metrə çatan divarlar qalanı alınmaz edirdi. Yerli əhali bu tikililəri «qalaça», «hörük daş», «hasar», «səngər», «duzlaq» adlandırır.  Qala tikmək, qalaça qurmaq xalqın yaddaşında həm yenilməzlik, basılmazlıq kimi, həm də tarixdə iz qoymaq, ad qazanmaq simvolu kimi yaşayır. Bunu nəğmələrində, bayatılarında yaşadan ulular əbəs yerə demirdi ki,

 

Bu qala bizim qala,

Qaldıqca bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki izim qala.

 

       

Muğan mədəniyyəti. Muğan! Tarixləri öz qədim qatlarında yaşadan yov­şan qoxulu düzləri, irmaqları ilə göz oxşayan qədim diyar. Zahirən ucsuz-bucaqsız səhranı andıran bu düzün sinə­sində neçə-neçə nəsillərin, neçə-neçə minilliklərin tarixi yatır.  Əvvəllər insan ayağı dəyməyən yer kimi hesab edi­lən bu düzün torpaqları altında qədim bir mədəniyyət, daş­laşmış bir həyat gizlənir. Muğan düzündən Talış dağlarına qədər uzanan geniş bir ərazidə tapılan tək və qrupp qəbirləri, bəzək əşyaları, silahlar burada Son Tunc dövründə insanların məskən salıb yaşamasından xəbər verir. Özünəməxsus dəstəyi olan, qulaqcıqlarla tamamlanan yastı tiyəli tunc və dəmir qılınclar kəsmə həndəsi naxışlarla bəzədilmişdir.

 

Qaracəmirli abidəsi- 1985-ci ildə Şəmkir rayonu ərazisində axtarışa başlayan arxeoloqlar Qaracəmirli kəndi yaxınlığında, Kür çayı vadisində miladdan əvvəl XV əsrə- yəni Son Tunc dövrünə aid qiymətli maddi sübutlar aşkar etdilər. Zaman keçdikcə torpağın dərin qatlarında gizlənmiş, özündə çox qədim məlumatları və tarixin izlərini gizlətmiş kurqanlardan aşkar edilmiş fiqurlar Cənqubi Qafqaz ərazisində  bənzərsizlyii ilə fərqlənir.

         Kurqanlara qoyulmuş minlərlə saxsı qabın üzərində quş və heyvanların təsvirləri dini təsəvvürlərlə bağlı olsa da, gözəl incəsənət nümunələridir. Bu rəsmlər göstərir ki, insan öz hiss və duyğularını, düşüncə və inamlarını şəkilə çevirir, özündən sonra gələcək nəsillərə zəngin irs qoy­mağı unutmamışdır. Qaracəmirli kurqanlarından tapılmış arabalar onu göstərir ki, vəfat etmiş şəxsin o dünyada istifadə etməsi qayğısına qalan qohumları onu nəqliyyat vasitəsi ilə  təmin etməyi lazım bilmişlər.

 

Xocalı- qədim dünyanın mədəni mərkəzi. Dünyanın özü qədər qədim olan Qarabağın qoynunda özünəməxsus yer tutan, tarixin dərin qatlarından xəbər verən bir yaşayış yerimiz, bir məskənimiz var. Bu Xocalı abidəsidir. Ulu babalarımızın məskən salıb yaşadığı Xocalı. Tarixi miladdan əvvəl XVII-XIII əsrlər gedib çıxan Xocalı…

         Son Tunc və  Dəmirə keçid dövrünə aid nümunələr Xocalıda sənətkarlığın iki mühüm sahəsinin- dulusçuluq və metalişləmə sənətlərinin yüksək inkişafından xəbər verir. Bütöv bir kolleksiyanı xatırladan, bəzəkli naxışları ilə bir-birini tamamlayan gil qablar Qarabağ dulusçularının məharətini, öz sənətlərinə dərindən bələd olduğunu nümayiş etdirir. Xocalı mədəniyyətinə məxsus gil qabların ən mühüm xüsusiyyəti onların çiyni üzərində  xüsusi göbələkvari çıxıqların olmasıdır. Bu çıxılqlar Xocalı sənətkarlarının məharətini, əl qabiliyyətini və zövqünü isbatlamaqla yanaşı, həm də qablara nəfis bir gözəllik verir. Üzəri cilalanmış və qara rənglə rənglənmiş bu qabların üzərindəki xətlər xüsusi ağ maddə ilə doldurulmuş, təkcə məişət əşyalarına deyil, həm də gözəl bir sənət əsərinə çevrilmişdir. Qarabağın füsunkar təbiəti ilə həmahəng yaşayan insan bu gözəllikləri daxili dünyasından keçirib, sənətinə tətbiq edə bilmişdir. Xocalıdan tapılmış çoxlu tunc silahlar babalarımızın bu sahədə qabiliyyətli sənətkar olduqlarını göstərir.

                   Təəssüf ki, bu gün Xocalı, onun qədim mədəniyyəti erməni təcavüzünün, erməni vandalizminin qurbanına, girovuna çevrilib. Dünyanın qədim sivilizasiya mərkəz­lərindən biri  olan Xocalının mədəni abidələrini yerlə yek­san etməklə əslində erməni cəlladları öz vəhşi təbiətlərini  və bu torpağa, bu yurda aid olmadıqlarını özləri bir daha təsdiqləmiş oldular.

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 mart 2012 14:25
    bu melumatlari verdiyiniz ucun tewekkur edirem

  2. 30 iyul 2012 21:24
    tewekkurler .

  3. 26 sentyabr 2012 20:56
    Son tunc dovru tariximizin zengin abidelerine elave olaraq onu elave etmek isterdimki,ecdadlarimiz oda muqeddes,qoruyucu quvve kimi baxmishlar.Odun,ishigin simvolu xac sayilirdi ve xac isharesi xristianliqdan evvel yaranmishdi.bunu subut eden abideler,Brosunluda ashkar olunmush varli qebirinden tapilmish boshqablarin sethinin xac nishaninin muxtelif formalari ile bezedilmesi ve Saricoban kurqanindaki qebirin xac formasinda qazilmasi olmushdur.

  4. 4 noyabr 2012 21:15
    son tunc dovrune aid mende coxlu melumat var.

  5. 24 noyabr 2012 21:29
    melumat ucun tesekkurler

  6. 25 noyabr 2012 11:53
    xisuma geldi love

  7. 13 dekabr 2012 19:45
    eliniz var olsun allah razi olsun bunu yazana wink

  8. 29 yanvar 2013 16:06
    Allah razi olsun.Tesekkur

  9. 4 fevral 2013 18:53
    TWK_LER.....MELUMATA GORE... smile

  10. 13 fevral 2013 00:45
    bidaha tekrar etmiw oldum cox twk...

  11. 19 aprel 2013 16:59
    ALLAHrazi olsun.. Xacali bizimdi,bizimde olacaq INWALLAH

  12. 23 aprel 2013 16:37
    Burada cox yaxwidir.Cunki PowerPoint slayd duzeltmek ucun coxlu material var))

  13. 26 may 2013 16:05
    Teşekkürler! Xoşuma geldi wink

  14. 10 oktyabr 2013 19:48
    xebere gore tesekurler

  15. 12 oktyabr 2014 13:31
    Sitat: vusale96
    xebere gore tesekurler

    maraqlidir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.