Erken Tunc dövrü

Erken Tunc dövrü

Miladdan əvvəl IV minilliyin ikinci yarısından III minilliyin   sonuna qədər  davam edən Erkən Tunc dövründə insan həyatında, məişətində və cəmiyyətin idarə olunmasında çox mühüm yeniliklər baş verdi. Daş toxanı artıq daha möhkəm olan tunc xış əvəz etdi. Xışın ixtirası əkinçilikdə əsl inqilab idi. Bu qədim əkinçilik aləti ölkəmizin bütün bölgələri üçün səciyyəvi olmuşdur. Gavahın adlandırılan xış ucluğu əsasən tuncdan hazırlanırdı. Bu isə toxadan fərqli olaraq torpağı daha dərindən şumlamağa imkan verirdi. Xışa bir cüt öküz qoşulur, iki nəfər  tərəfindən idarə olunurdu. Bu zaman əkinçi xışın dəstəyindən yapışır, köməkçisi isə xışın qolundakı xüsusi dəstəyə bərkidilmiş «güc ağacı»ndan tuturdu. Torpağın dayaz və ya dərin şumlanması xışın qolunda olan deşiklərə keçirilən ağacla tənzimlənərdi.

 

 Maldarlığın inkişafı, mal-qaranın sayının artması insanı məcbur etdi ki, yeni otlaq yerləri, örüşlər axtarışına çıxsın. Bu da son nəticədə köçmə (yaylaq) maldarlığın meydana gəlməsinə, əhalinin və dağətəyi bölgələrə yayılmasına səbəb oldu.

 Toxa əkinçiliyinin xış əkinçiliyi ilə əvəz olunması, köçmə maldarlığın meydanqa gəlməsi cəmiyyətdə qadının rolunun azalmasına, kişinin rolunun artmasına gətirib çıxardı. Anaxaqanlığı ataxaqanlığı ilə əvəz olundu. Artıq ailəyə və tayfaya kişilər rəhbərlik edir, nəsil ata xətti ilə hesablanırdı.

Köçmə maldarlığın yaranması, maldar əhalinin yaz və payızda köç etməsi zəruri əşyaların daşınmasında xüsusi vasitəyə ehtiyac yaratmışdı. İnsan düşünməyə, yenidən axtarmağa başladı. Necə etməli ki, daha çox yükü uzaq məsafəyə apara bilsin? Anna təbiətdə buna heç bir nümunə olmadığından insan öz zəkasının məhsuluna güvənməli idi. Bu zəka artıq inkişaf  etdiyindən, təbii ki, insan  istəyinə nail oldu. İnsan texniki tərəqqinin əsası olan təkəri ixtira etməklə ən böyük arzusuna çatdı. Qamışdan hörülmüş vərdənələrə təkər bağlandı, öküz qoşuldu və çox uzun bir yolçuluq başlandı.

         Bu mərhələdə dulusçuluq daha da inkişaf etmiş, müxtəlif saxsı qab nümunələri hazırlanmışdır. Tuncun kəşfinə baxmayaraq, hələ də təsərrüfatda Daş və sümük alətlərdən istifadə olunurdu.

         Erkən Tunc dövrünün abidələrit ilk dəfə Kür-Araz ovalığında öyrənildiyəin görə, Kür-Araz ovalığı mədəniyyəti dövrü də adlanır.

         Bu dövrün əsas abidələri ilə tanış olaq:

         İkinci Kültəpə-Naxçıvan şəhərindən 12 km şimalda, Çəhriçay vadisində yerləşir. Çoxtəbəqəli qədim yaşayıvş məskəni olan abidənin hündürlüyü 11 metr, ərazisi 3 hektardır. Buradan müxtəlif ocaq qurğuları, silindrik formalı, öküz başlaı füqurlu ocaq altlıqları aşkar edilmişdir. Tikililər çaydaşı,Ö çiy kərpic və gil məhluldan tikilmiş, qara və çəhrayı rəngli gil qablardan geniş istifadə olunmuşdur.

         Qaraköməktəpə- Füzuli rayolnu ərazisində-Köndələnçayın sağ sahilində yerləşir. Uzaqdan nəhəng torpaq ehramı andıran bu abidə 10 min illik  dövrü əhatə edən qədim yaşayış yerinin qalığıdır. Buradan aşkar edilmiş binalar dairəvi və dördkünc formada olub, diva rvə döşəmələri Sarı gillə suvanmış, bəzi hallarda Sarı rənglə boyanmışdır. Bu binaların birində ev heyvanlarına sitayişə əlaqədar mərasimin qalıqları tapılmışdır. Bu tapıntı gildən düzəldilmiş öküz heykəlləri və «müqəddəs ocaq»da yandırılmış öküz bunuzlarıdır.

         Babadərviş-Qazax rayonu ərazisindədir. Dairəvi binaların böyük bir kompleksindən ibarət bu qədim məskənin ərazisi 600 kv metrdən çoxdur. Bu abidədən tunc istehsalı ilə bağlı üç kürə qalığı, metalişləmə alətləri aşkar edilmişdir.

         Tuncun ixtirası təsərrüfatla yanaşı cəmiyyətdə də dəyişikliklərə səbəb olmuş, əmlak və sosial bərabərsizlik yaranmış, böyük mədəni etnik birliklər olan  tayfa ittifaqları yaranmışdır.

         Bu dövrdə əhvalinin dini inam və mərasimlərində də dəiyşikliklər nəzərə çarpır. Xaçmaz rayonu ərazisindəki Sərkərtəpə yaşayış məskənində aşkarlanan ibadət evi və ibadət mehrrabı, Mingəçevirdəntapılmış qəbirlər, Xaçbulaqdakı kurqan tipli qəbirlər bu dəyişiklikləri sübut edir. Bu qəbirlərdə skelet arxası üstə, oynaqlardan bükül formada, başı qərbə doğru qoyulmuş vəziyyətdədir. Kurqanlarda kollektiv  dəfnetmə və ölüyandırma adətinin izləri aşkar olunmuşdur.

Erken Tunc dövrü

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 iyul 2012 21:27
    xebere gore tewekkurler

  2. 2 avqust 2012 13:03
    melumata gore twk

  3. 9 sentyabr 2012 23:28
    men teze qeydiyyatdan kecmiwem.super saytdi.melumatlar etrafli verilib.tewekkurler what

  4. 21 sentyabr 2012 08:26
    p.s.I ictimai mek bolgusu bash vermishdi.maldarliq ekincilikden ayrilmishdi.cox sag olun,men tekerleri bilmi bilmirp.s.I ictimai mek bolgusu bash vermishdi.maldarliq ekincilikden ayrilmishdi.cox sag olun,men tekerleri bilmi bilmirdim

  5. 13 dekabr 2012 16:55
    abideler haqqinda oyrendim

  6. 9 fevral 2013 18:41
    cox sag olun

  7. 12 mart 2013 14:03
    maraqli yazilib oxuyucuya da maraqli ve asand gelir...cox saqolun))

  8. 31 may 2013 13:45
    Dostlar aranizda bu sualin cavabini bilen varsa desin.Osmanli sultani 2Mehmet 2 defe hakimiyyete gelmisdir.O birinci sefer necenci ilde hakimiyyete gelib ve nece yasinda?


  9. 29 sentyabr 2013 19:15
    Bagisla ,tarix555 men 8-de oxuyuram ve bu sualin cavabin bilmirem.Amma bilmek isterdim sad sad sad

  10. 17 oktyabr 2013 21:41
    cox maraqlidi :/ amma yenede tewwekurler etrafli melumata gore :)

  11. 18 yanvar 2014 21:56
    cox sagolun ki melumat yazmisiz :)

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.