Tarixin başlanğıcı və dövrləri

Tarixin başlanğıcı və dövrləri
 

Tarixin başlanğıcı və dövrləri

 

 

         Bəşər tarixinin başlanğıcını təyin etmək imkansız bir məsələdir. İlk insanın yaranışından bu günə qədər neçə il keçmişdir? Bu suala  hər dəfə yeni bir cavab verilsə də arxeoloji qazıntılar, tapılan maddi mədəniyyət nümunələri tədqiqatçıların qərar verməkdə tələsdiyini, yanıldığını sübut edir. Buna görə də,  irəli sürülən bütün tarixlər təxmindən o tərəfə keçə bilmir. Yazının kəşfi insanlıq tarixində ən önəmli nöqtələrdən biridir. Əslində isə elə  yazının kəşfi ilə tarix başlanmışdır. İnsan yazını kəşf etməklə özünün həyat tərzini, yaşayış qaydasını yazmış, gələcək nəsillərə qimyətli yadigar qoymuşdur. Yazıyaqədərki dövrü tarixəqədərki dövr adlandıran elm adamlarıalimlər bu dövrü ibtidai icma dövrünü şərti olaraq üç mərhələyə bölmüşlər.

  1. Daş dövrü
  2. Tunc dövrü
  3. Dəmir dövrü

 

 

Dünyanın bir çox yerlərində ilk insanın yaşadığını sübut edən maddi dəlillər tapılmışdır. Lakin bunlar sayca azdır. Tapılma ardıcıllığına görə birinci yerdə «Pitekantrop» durur. Bu insan tipinin qalığını ilk dəfə holland həkim Dyubua 1891-ci ildə Cənub-Şərqi Asiyadakı Yava adasından tapmışdır. 1907-ci ildə Almaniyanın Heydelberq kəndi yaxınlığında «Heydelberq adam» adlanan digər bir insan qalığı aşkarlanmışdır. 1922-ci ildə  Pekin yaxınlığından «Sinan­trop»un tapılması sayca üçüncü tapıntı oldu. 1950-ci ildə Şərqi Afrikada Olduvay dərəsindən aşkar olunmuş «Afrkantrop», yaxud «Olduvay adamı» sayca dördüncü olsa da, qədimliyinə görə hələlik birinci yerdə durur

Bizim ölkəmizdə, Qarabağda-Füzuli şəhərinin yaxınlığında, Quruçay dərəsinin sal yamacında bəşəriyyətin ilk beşiyindən biri, milyon illərin şahidi olan bir mağara var. Tanrının qüdrətli əli ilə yaranmış bu mağara milyon illər bundan əvvəl insanı qucağına almış, onun ilk sığınacaq yeri olmuşdur. Təbiətin gözəl bir guşəsində yerləşən Azıx mağarası qədim insan  məskənləri içərisində tapılma ardıcıllığına görə beşinci, yaşına görə dördüncü yer tutur.

         Uzun illər yaddan çıxmış, unudulmuş Azıx mağarasında 1960-cı ildə alim-arxeoloq Məmmədəli Hüseynovun başladığı qazıntı işləri 1968-ci ildə böyük bir tarixi aşkara çıxardı: bu Azıx mağarasında 300-400 min il bundan əvvəl yaşamış insanın-18-20 yaşlı qızın alt çənə sümüyü idi. Bu tapıntı sübut etdi ki, Azərbaycan qədim insanların ilk yurdundan biri olmuşdur. Mülayim hava, şirinsulu bulaqlar, meyvələrin və canlı aləmin zəngin olduğu bu diyar bəşəriyyətə ilk qucaq açan ölkələrdən biridir. Elm adamları buradan tapılan qədim insanı «Azıxantrop» adlandırdılar.

Sehirli bir dünya, əfsanə nəfəsli həqiqət olan Azıx mağarası hələ də qoynunda çoxlu sirrlər, açılmamış xəzinələr saxlayır. 1981-ci ildə Fransada, Parisin «İnsan muzeyi»ndə təşkil olunmuş «Avropanın ilk sakinləri» adlı sərgidə nümayiş etdirilən «Azıxantrop»un alt çənə sümüyü və mağaradan tapılmış əmək alətləri, od-ocaq izlərini yaşadan kömür parçaları elm aləmində dərin marağa səbəb oldu.

         Əhəngdaşlı süxurların yeraltı sularda həll olunması nəticəsində yaranmış karst mağarası olan Azıx təbiətin insana bəxş etdiyi ən qiymətli töhfədir. İnsan bu təbii məskəndə milyon ilə yaxın bir müddətdə yaşadı, doğdu, törədi. Hündürlüyü 20 metr, uzunluğu 250 metr olan Azıx mağarasının ümumi sahəsi 8 min kv.metrdir. Təbii şəkildə yaranmış bir neçə salon, giriş–çıxış yolları, bu yollarla hərəkət edən sərin hava axını insanı həm vəhşi heyvanlardan, həm yayın qızmar istisindən, həm də qışın soyuğundan qorudu. Təbii şəkildə formalaşmış möhtəşəm sütunları, quş və qartal formalı fiqurları ilə insanın gözünü oxşayaraq, onda incəsənətə maraq oyatdı. Nə üçün də insan ana təbiətə oxşamasın? İnsan təbiətdə gördüklərini eynən onun özü kimi çəkdi, sümüklər üzərində sirli, sehirli naxışlar cızdı.

         Azıxda insan həyatı uzun müddət davam etdiyindən burada insanın izləri qatlar, təbəqələr şəkiində formalaşıb minilliklərin gizlilərini qoynunda saxlamışdır. Bu təbəqə-qatlardan biri Quruçay mədəniyyəti adlanır.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 sentyabr 2012 14:09
    Qurucay medeniyyeti de 3 dovre bolunur : ahsele qederki dovr,erken ve orta ahsel.son ahsel ve mustye dovru.

  2. 6 dekabr 2012 03:10
    Azix sozu qedim turk dilinde "Ayi"demekdir

  3. 6 dekabr 2012 16:28
    Napa onu hami bilirrrrrrrrrrrrrrrrrrrrrr........)))))))))) ona gore basqa soz yazzzzzzzz

  4. 16 fevral 2013 18:02
    coooox tewekkurler.cox wey oyrendim.

  5. 7 iyul 2013 16:37
    Salam.müqəddəs ramazan ayında bütün arzu və istəkləriniz yerinə yetsin.Amin!Əsasəndə imtahan verənlərə uğurlar.5-ci sinif azərbaycan tarixində qədim insanın alt çənə sümüyü 18-22 yaş göstərilir.indi hansı düz götürülür bəs?

  6. 5 fevral 2014 00:06
    burda her seyi oyrenmek olar

  7. 8 aprel 2014 22:21
    salam,Hamlet muellim burada tarixi melumatdan daha cox Azerbaycanin zengin tebietinden,bitki ve heyvanat aleminin mocuzevi gozelliyinden urekdolusu behs etmissiniz.bu metnde de sizin bir azerbaycanli olaraq vetenseverlik hissiniz askar olunur.cox sag olun.thank you!

  8. 12 aprel 2014 08:21

    Tarixin başlanğıcı barədə müxtəlif dini, mifoloji və tarixi mülahizələr mövcuddur.  

    Yazının müəllifinin  bu mövzu şərh olunarkən qısa şəkildə də olsa, həmin

     mülahizələrə müraciət etməsi və bu mülahizələrdən ən ağlabatanı və elmi

    əsası olanı barədə öz fikrini bildirməsi, zənnimcə, daha məqsədəuyğun olardı.

    Tarixin dövrləşməsi isə mövzuda qeyd edilən  təkcə ibtidai icma quruluşundan

    və onun dövrləşdirilməsindən ibarət deyildir.  Tarixin bəşər cəmiyyətinin ilk

    başlanğıcından bu günümüzədək olan dövrlərinin ətraflı və geniş izah olunması

    tarixlə maraqlanan hər bir insan üçün maraqlı olardı.

     


  9. 5 avqust 2014 12:27
    tewekkur edirem.
    coxsagolun..

    --------------------

  10. 4 oktyabr 2014 18:32
    salam.xahis edirem menim sualima cavab yazin.kinetik unsiyyet deqiq olaraq paleolitin hansi merhelesinde movcud olmusdur.tesekkur edirem.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.