Bakı xanlığı

 

Bakı xanlığı


XVIII əsrin 40-cı illərində yaranmış Bakı xanlığı Quba, Şamaxı və Cavad xanlıqları ilə həmsərhəd olmuşdur. Xanlığın əsası I Mirzə Məhəmməd xan tərəfindən qoyulmuşdu. Onun oğlu Məlik Məhəmməd xanın dövründə Fətəli xan «nikah diplomatiyası» yolu ilə, yəni öz bacısı hökmlü və möhkəm iradəli Xədicə Bikəni ona ərə verməklə xanlığı özündən asılı vəziyyətə salır. Fətəli xanın vəfatından sonra II Mirzə Məhəmməd xan xanlığın müstəqilliyini bərpa edir. Lakin onunla əmisi oğlu Hüseynqulu xan arasında hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizə Hüseynqulu xanın qələbəsi və hakimiyyəti ələ alması ilə nəticələnir. 1792-1806-cı illərdə hakimiyyətdə olmuş Hüseynqulu xan olduqca mürəkkəb beynəlxalq şəraitdə Rusiya və Qacarların idarə etdiyi İran arasında manevr etməli olur. Rusiya imperatriçəsi II Yekaterinanın fərmanı ilə Rusiyanın himayəsinə keçən Hüseynqulu xan rus ordusunun Azərbaycanı tərk etməsindən sonra Ağa Məhəmməd şah Qacara meyil edir. Qacarın qətlindən sonra Bakı xanlığı yenidən müstəqilliyini bərpa edir. XIX əsrin əvvəllində Bakı xanlığı uğrunda dövlətlərarası mübarizə yenidən kəskinləşir. 1803-cü ildə yenidən Rusiyadan asılılığı qəbul edən Hüseynqulu xan az sonra bu asılılıqdan imtina edir.

 

Xanlığın təsərrüfatında neft, duz və zəfəran istehsalı, balıqçılıq, maldarlıq əsas yer tuturdu. Burada toxuculuq, zərgərlik, boyaçılıq, misgərlik kimi sənət sahələri inkişaf etmişdi. Xanlığın mərkəzi Bakı şəhəri Avropa ölkələri, Rusiya, İran və Hindistan ilə tranzit ticarətdə mühüm rol oynayırdı. Burada pul da kəsilirdi.

Bakı xanlığında icarəyə (iltizama) verilmə sistemi geniş yayılmışdı. Bu sistem başlıca olaraq aşağıdakı göstərilən sahələri əhatə edirdi:

  1. Qara neft çıxarılması və satılması;
  2. Duzun çıxarılması və satılması;
  3. Boya istehsalı;
  4. Xan dükanları;
  5. Karvansaralar;
  6. Balıq ovlanması
  7. Suitilərin ovlanması;
  8. Üzüm və meyvə bağları;
  9. Zərbxanalar;

10. Vergilərin toplanması.

Müvəqqəti vergi toplamaq hüququ almış iltizamçılar xana ödənilmiş pulları artıqlaması ilə qaytarmağa çalışaraq əhalini çapıb-talayırdılar. Bununla yanaşı, iltizamçılar qeyri-məhdud hüquq və imtiyazlara malik idi. Misal üçün, boyaqçılıq işində xanın əmrinə əsasən dəqiq müəyyən olunmuş boyalardan iltizamçılardan başqa heç kim istifadə edə bilməzdi. Şərab alveri ilə məşğul olmaq hüququ da yalnız iltizamçıya mənsub idi.

Bakı xanlığı





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 oktyabr 2011 12:28
    meqale yuksek seviyyede yazilib,muellifi tebrik edirem

  2. 16 fevral 2012 10:53
    salam neceseniz

    cox maraqli derslerdi

  3. 24 iyun 2012 16:10
    ox maraqldr.

  4. 2 avqust 2012 17:06
    xebere gore twk cooox maraqlidi

  5. 2 avqust 2012 18:13
    xebere gore twk

  6. 6 avqust 2012 17:14
    Twk........

  7. 20 avqust 2012 20:58
    maraqli maraqli maraqli wink

  8. 23 avqust 2012 19:50
    seki xanligi yoxdur?

  9. 29 avqust 2012 20:40
    bunun mp3-u hani bes.....?????? belay belay no no recourse recourse

  10. 28 noyabr 2012 23:17
    oxudum cox maraqlidi mp3 olsa lap ela olardi

  11. 8 dekabr 2012 15:21
    maraqlidir

  12. 11 fevral 2013 21:57
    qisa da olsa maraqlidir tesekkur
    winked

  13. 23 mart 2013 10:08
    maraqlidir ellerinize saliq winked

    1804 ilde imtina edir asilligi..axirda

  14. 24 aprel 2013 10:50
    bu melumati men kitabda tapa bilmedim ama burda tapdim cox sagolun winked

  15. 9 may 2013 15:56
    maraqlidi.tesekkurler  smile

  16. 7 noyabr 2013 20:23
    Eh maraqlidr da bir az lol lol lol

  17. 8 mart 2014 17:45
    coox sagolun.

  18. 20 aprel 2014 20:11
    Maraqlidi tesekkurler

  19. 3 dekabr 2014 22:57
    qisa olsa da maraqli idi.insallah genis bir meqale saytda yer alar..yorulmayasiz

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.