Şəki xanlığı

Şəki xanlığı

Şəki xanlığının yaranması və ərazisinin genişlənməsi. Müstəqil Azərbaycan dövləti olan Şəki xanlığı 1743-1744-cü illər üsyanı nəticəsində yarandı. Xanlığın əsasını Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Hacı Çələbi qoymuşdur. Bu dövlətin yaranması Azərbaycanın böyük bir hissəsində dövlətçiliyin bərpası olmaqla yanaşı, müstəqillik və azadlıq ideyalarının yaşadılması demək idi. Şəki xanı Hacı Çələbi dövlətin ərazisini genişləndirmək və istiqlaliyyətini möhkəmləndirmək üçün Təbriz üzərinə yürüş edir. Lakin Təbriz hakimi Əmiraslan xan bu yürüşün qarşısını alır. Hacı Çələbi xan geri qayıtmalı olur. Sonra isə Qarabağa hücum edir.  Qarabağın bir hissəsini ələ keçirsə də, Hacı Çələbi xan geniş Qarabağ ərazisini tuta bilmir və Qarabağı Şəki xanlığına qatmaq istəyi baş tutmur. Qarabağ xanı Pənahəli xanın ciddi müqaviməti bu arzunu reallaşdırmağa imkan vermir. Lakin Hacı Çələbi və müttəfiqi olan Şamaxı xanının birləşmiş qüvvələri xanlığın mərkəzi olan Bayat qalasını mühasirəyə ala bilirlər. Tarixə «Bayat savaşı» adı ilə daxil olan və bir aydan artıq davam edən döyüşlər Pənahəli xanın qələbəsi ilə nəticələnir, müttəfiqlər heç bir uğur qazana bilməyib, geri çəkilməyə məcbur olurlar. Tarixçi-salnaməçi,  «Qarabağnamə»lər müəllifi Mirzə Adıgözəl bəy «Bayat savaşı» haqqında yazır: «Hacı Çələbi...Dərbənd, Car və Balakənədək bütün Şirvanat qoşununu cəm etdi...  Pənah xan da qabaqcadan bütün elata bu əhvalatı bildirmiş və hamısını yığıb səngərə dolduraraq sığnaq etmişdi. Hacı Çələbi gəldi və mühasirə ilə məşğul oldu. Hər gün müharibə edir və didişib döyüşməkdən əl çəkmirdilər. Axırda Hacı Çələbi məqsədinə çatmadan küllü miqdarda zərərlə geri qayıtmaq təbilini vurdurdu». Məğlub olandan sonra Kürün sol sahilinə çıxan Hacı Çələbi məyusluqla deyir: «Pənahəli xan bu günəcən bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq».

 

Hacı Çələbi xan öz hakimiyyətini möhkəmləndirmək üçün ənənəvi «nikah diplomatiyası»na  da əl atır. Bu üsulla o, Qazıqumuq hakimi Məhəmmədhəsən xanın qızını oğlu Ağakişi bəyə alır. Qohumluq və müttəfiqlikdən istifadə edən Hacı Çələbi xan Qəbələ və Ərəş sultanlıqlarını da özündən asılı vəziyyətə salır.

Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan digər dövlət xadimləri kimi Hacı Çələbi xan da Şəki xanlığının ərazisini genişləndirmək siyasətini istədiyi şəkildə həyata keçirə bilmir.

«Qızılqaya xəyanəti». Şəki xanlığının güclənməsi və onun Azərbaycanın qərb torpaqlarını birləşdirmək uğrunda mübarizəsi Kartli-Kaxetiya çarlığını ciddi narahat edir. Azərbaycan xanları arasındakı ziddiyyətlərdən istifadə edən II İrakli ilk növbədə Pənahəli xanı öz tərəfinə çəkməyə nail olur. Pənahəli xan onun Şəki xanı Hacı Çələbi xana qarşı birləşmək təklifini qəbul edir. Bu ittifaqa Gəncə xanı Şahverdi xan, Qaradağ xanı Kazım xan, İrəvan xanı Hüseynəli xan və Naxçıvan xanı Heydərqulu xan da qoşulur. Hacı Çələbinin üzərinə yürüş etmək istəyən xanlar 1752-ci ilin martında Gəncə yaxınlığındakı Qızılqaya adlı yerdə görüşürlər. Bu zaman xəyanətə əl atan II İrakli Azərbaycan xanlarını həbs edir və bu yolla onları özündən asılı hala salmaq istəyir. Hacı Çələbi bu zaman öz qoşunu ilə indiki Mİngəçevir şəhəri yaxınlığında düşərgə salıb, Kürü keçməyə hazırlaşırdı. Xanların həbs olunması xəbərini  eşitdikdə dərhal Məşvərət şurasını toplayaraq belə bir tapşırıq verir: «Nə qərar qəbul edirsinizsə edin, içərisində Kürü keçmək olsun». Şura Hacı Çələbi xanın fikrini əsas götürərək xanları azad etməyi qərara alır. Gəncə yaxınlığında şiddətli döyüş olur. Hacı Çələbi II İraklinin qüvvələrini məğlub edərək Ağstafaya qədər qovur. Borçalı torpaqları azad edilir. Hacı Çələbi xan oğlu Ağakişi bəyi buraya hakim təyin edir, xanları da əsirlikdən qurtarır. Tariximizə «Qızılqaya xəyanəti» adı ilə daxil olmuş bu hadisə Azərbaycan xanlarının birləşməsinin və ümumi düşmənə qarşı vahid cəbhədə mübarizə aparmalarının vacibliyini göstərir.

Qızılqayadakı məğlubiyyətdən nəticə çıxarmayan II İrakli 1752-ci ilin yazında Car-Balakənə yürüş etsə də yenidən Hacı Çələbi tərəfindən məğlub edilərək ölkədən qovulur.

Şəki xanlığın zəifləməsi. Şirvanı tabe etmək, onu öz xanlığına qatmaq istəyən Hacı Çələbi 1755-ci ildə Şamaxı istiqamətində hərəkətə başlayır. Ağsunun müvəffəqiyyətsiz mühasirəsi onun geri dönməsinə səbəb olur. Hacı Çələbi xanın vəfatından sonra hakimiyyətə gələn Ağakişi bəy qayınatası Məhəmmədhəsən xan tərəfindən xaincəsinə qətlə yetirilir. Onun intiqamını almaq məqsədi ilə Fətəli xan Şəkiyə hücum edir və Məhəmmədhəsən xan Şəkidən qovulur. Hacı Çələbinin nəvəsi Hüseyn xan elan edilir və bununla da Şəki xanlığı Quba xanlığının siyasi asılılığına düşür. 1779-cu ildə Hüseyn xanın vəfat etməsindən sonra Məhəmmədhəsən xan yenidən hakimiyyəti ələ keçirir. Bu hadisə Şəki və Quba xanlıqları arasındakı münasibətlərin kəskinləşərək müharibə həddinə çatmasına səbəb olur. 1785-ci ildə baş verən döyüşdə Məhəmmədhəsən xan məğlubiyyətə uğrayır. Tərəflər öz aralarında etimadı möhkəmləndirmək üçün «nikah diplomatiyası»na əl atır, qohum olurlar. Lakin bu qohumluq uzun sürmür. II İrakli ilə ittifaqa girən Məhəmmədhəsən xan Fətəli xana qarşı çıxır. 1788-ci ildə Şamaxı yaxınlığındakı döyüşdə Məhəmmədhəsən xan yenidən məğlub olur və Şəki xanlığı bir daha Qubadan asılı vəziyyətə düşür. Fətəli xanın vəfatından sonra Məhəmmədhəsən xan Şəki xanlığının müstəqilliyini bərpa edir, ətraf əraziləri də öz nüfuz dairəsinə alır. 1795-ci ildən etibarən Səlim xan hakimiyyəti ələ keçirir.

Təsərrüfat həyatı. Şəki xanlığı xeyli ərazini əhatə etməklə 8 mahala bölünürdü. Bu mahallara Şəki, Xaçmaz, Qəbələ, Ərəş, Padar, Ağdaş, Alpoud və Göynük daxil idi. Şəkinin əhalisi ipəkçilik, sənətkarlıq və ticarətlə məşğul olur, təsərrüfatın əsasını ipək emalı təşkil edirdi. Texniki səviyyənin aşağı olmasına baxmayaraq, ipək ustalarının istehsal etdiyi ipək, təkcə Azərbaycanda deyil Avropada belə çox məşhur idi. Şəkidə boyaqçılıq, misgərlik və metal əşyalar istehsalı da inkişaf etmişdi. Bu şəhərdə sənətkarlıq sahələrini təmsil edən onlarla dükan fəaliyyət göstərirdi.

Şəkinin ticarətində kənd təsərrüfatı məhsulları və xaricdən gətirilən mallar üstünlük təşkil edirdi. Mahalların əhalisinin məşğuliyyətinin əsasında əkinçilik və maldarlıq dururdu. Burada ipəkqurdu bəslənir, taxıl, düyü, meyvə yetişdirilirdi. Xanlığın paytaxtı olan Şəki şəhəri Azərbaycanın qədim şəhərlərindəndir. 1772-ci ildə Kiş çayının daşması nəticəsində məhv olan şəhərin əhalisinin bir hissəsi köçüb gedir, yerdə qalan əhali isə şəhərin indiki ərazisində məskunlaşır. XVIII əsrin sonunda Şəkidə 6 min nəfər adam qalır.

1765-ci ilə qədər digər orta əsr şəhərləri kimi qala divarları ilə əhatə olunmayan Şəkinin əhalisi düşmən hücumu zamanı «Gələsən-görəsən» qalasına çəkilməyə məcbur olurdu. 1765-ci ildə köhnə Şəki, 1772-ci il fəlakətindən sonra isə yeni yerdə salınan şəhər qala divarları ilə əhatə edilir. Bununla yanaşı şəhərdən kənarda istehkam-qala və şəhərin içərisində Məhəmmədhəsən qalası tikilir və müdafiə səciyyəsi daşıyır. Xan sarayı da elə Məhəmmədhəsən qalasında inşa edilir. Həmin qalaya saxsı borularla su çəkilir, iki su quyusu qazılmaqla qalanın suya tələbatı ödənilir. Düşmənin gəlməsini od yandırmaqla xəbər vermək məqsədi ilə şəhərdən aralıda iki keşikçi qülləsi də bu dövrdə tikilir.

Şəkidə mövcud olan Gəncə, Təbriz, Şamaxı və Ləzgi karvansaralarında ticarət üçün müxtəlif yerlərdən gələn tacirlər yerləşirdi. Bu karvansaraların qarətdən xilas olması üçün onları qala kimi tikirdilər. Karvansaranın alt mərtəbəsi malları saxlamaq üçün anbar funksiyasını daşıyır, üst mərtəbə isə tacirlərin yaşayış hücrəsi olurdu. Axşamlar karvansaraların qapıları bağlanır və şəhərlə əlaqə kəsilirdi.

Şəki xanlığı

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 oktyabr 2011 12:43
    bizim nece esrarengiz tariximiz var,oxuduqca,maraq dahada artir

  2. 1 avqust 2012 15:51
    sekideki gozel abideleri gorduyum zaman tariximizi sanki canli yasayiram sekide yasadigim ucun cox sansliyam cox sagolun

  3. 23 avqust 2012 21:00
    seki sarayini caw mende gore bileydim

  4. 31 avqust 2012 19:29
    cox sagolun

  5. 14 noyabr 2012 17:51
    hormetli administrator, bu meqleye gore chox sagolun.
    hormetli administrator ve oxucular sizin icazenizle men birde Sheki ziyalisi Akif Salamoglunun qeleme aldigi Edilxan eserinide meslehet gormek isterdim. ordada sheki tarixine chox boyuk onem verilib ve tarixi faktlar esasinda yazilib. Men bu eseri oxumuwam ve heqiqetende chox xowuma gelib.
    Bir daha sizlere teshekkurumu bildirirem.

  6. 28 fevral 2013 13:52
    bu dersi bir vxtlar sinifde daniwmiwdim.cox maraqlidir tewekkurler winked

  7. 17 may 2013 18:07
    superdir/tesekkurler/ela

  8. 7 noyabr 2013 17:59
    menimde xosumA GELIR

  9. 7 noyabr 2013 20:23
    Ne xosuna gelir tural500

  10. 12 noyabr 2013 21:29
    menim bu meqale xosuma gelir

  11. 2 yanvar 2014 22:40
    niye butun xanliqlar yoxdu?

  12. 2 may 2014 20:05
    Seki xanliginin cox maraqli tarixi var heqiqetende

  13. 13 fevral 2015 13:42
    Sitat: a8a
    sekideki gozel abideleri gorduyum zaman tariximizi sanki canli yasayiram sekide yasadigim ucun cox sansliyam cox sagolun

    DAGLAR QOYNUNDA DAG TEKI DURAN SEKIMIZ, BIZE DOGMA VE EZIZSEN smile

    Sitat: Gulxar93
    seki sarayini caw mende gore bileydim

    SIZI SEKIDE BOYUK MEMMUNIYYETLE QARSILARIQ smile

  14. 21 fevral 2015 18:09
    Çox təşəkkür edirəm ki,bizə tariximiz haqqinda məlumat verirsiz məncə tarixi öyrənmək hər bir vətəndaşin borcudur

  15. 7 mart 2015 18:27
    Hansi kitablardan goturulub melumat onu yazsaydiz yaxsi olardi.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.