Toxtamış xanın və Əmir Teymurun Azərbaycana yürüşləri

Toxtamış xanın və Əmir Teymurun Azərbaycana yürüşləri
 

Toxtamış xanın və Əmir Teymurun yürüşlərinin başlanması. XIV əsrin 80-ci illərində Azərbaycan iki böyük təhlükə ilə üzləşdi. Şimaldan Qızıl Ordu hökmdarı Toxtamış xan, Şərqdən isə Əmir Teymur Azərbaycanı işğal etməklə hədələyirdilər. Mərkəzi Asiyada qüdrətli hərbçi dövlət qurmuş Əmir Teymurun işğal hədəflərindən biri də Azərbaycan idi. Böyük bir ordu ilə 1385-ci ildə Azərbaycana daxil olan Əmir Teymur burada çox ləngimir. Mərkəzi Asiyada baş vermiş hadisələr onu geri qayıtmağa məcbur edir. Teymurun qayıtmasını fürsət bilən Toxtamış xan 1385-ci ildə 90 min  nəfərlik qoşunla Dərbənddən Şirvana daxil olur və Təbrizə çatır. Şəhərin müdafiəsinə qalxan əhali 8 gün qəhrəmanlıqla müdafiə olunur. Vəziyyəti belə görən Toxtamış danışıqlar aparmaq məcburiy­yə­tində qalır. Danışıqlar zamanı tərəflər arasında xərac vermək şərti ilə razılaşmaya inanan müdafiəçilər silahı yerə qoyurlar. Bu zaman Toxtamış xan hiyləyə əl atır və qoşunlarını şəhərə yeridir. Arxayınlaşan əhali ciddi müqavimət göstərə bilmir və şəhər işğal  olunur. Təbrizdən sonra Marağanı tutub qarət edən Toxtamış yenidən Təbrizə qayıdır. Burada qoşunu dəstələrə bölür.  Bir dəfə Mərənd və Naxçıvan tərəfə, digəri isə Əhər yolu ilə irəliləyir. Bu şəhərləri qətl-qarət edəndən sonra Qarabağda birləşən dəstələr öz yerlərinə qayıdırlar. Toxtamışın bu hücumu çoxlu qənimət və 200 min nəfərin əsir aparılması ilə nəticələnir. Bu qədər əsir aparılması Azərbaycanda işçi qüvvəsinə ciddi təsir edir.

 

         1386-cı ildə daha ağır hadisələr baş verir. Baharda Əmir Teymurun hücumu başlayır. Teymurun «üçillik yürüşü» adlanan bu səfərdə Təbriz tutulur, Cəlairi əmirlərinin əsas hissəsi Bağdada, bir qismi  Əlincə qalasına gedir. Teymur payızda Naxçıvana  hücum edir. Xalq  Şeyx Həsənin başçılığı ilə mübarizəyə qalxır. Tey­mur onların müqavimətini qırır və Əlincə qalasını mühasirəyə alır. Çox keçmir qalada su qıtlığı yaranır. Qalanın müdafiəçiləri Teymurla danışıqlar aparır və onu təslim etmək istədiklərini bildirirlər. Buna əmin olan Teymur qoşunu qalanın ətəyinə endirir. Lakin müdafiəçilər qaladan çıxmamış güclü yağış yağır və bol su ehtiyatı yaranır. Müdafiəçilər vəziyyəti belə görüb Əlincəni təslim etmək fikrindən daşınırlar.

        

Toxtamış xanın və Əmir Teymurun Azərbaycana yürüşləri

1387-ci ilin əvvəllərində Toxtamış xanın dəstələri yenidən Dərbənddən keçərək Azərbaycana daxil olur. Kür çayına qədər irəliləyir.  Lakin Teymurun oğlu Miranşahın başçılıq etdiyi ordu burada onu dayandırır. Toxtamış məğlub olur və geri çəkilir.  Həmin ildə Teymur Toxtamışın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk edir.  O, Azərbaycanın idarəsini qəddarlığı ilə xalq arasında «Maranşah»-yəni «İlanlar şahı» adlandırılan Miranşaha tapşırır.  1392-ci ildə Teymur ikinci dəfə Azərbaycana hücum edərək Təbrizə daxil olur.

 

         Əlincə qalasının müdafiəsi. Əlincə qalasına çəkilmiş Cəlairi əmirləri Tey­mura tabe olmaqdan imtina edirlər. Qala Sultan Əhmədin oğlu Sultan Tahirin baş­çılığı ilə əvvəlcə Xacə Göv­hər, sonra isə əmir Altun tərəfindən müdafiə olunur. Mü­dafiəçilərin sayı 300 nə­fər idi. Əlincə qalasında  Cəlairilərin xəzinəsi saxlan­dı­ğından əmir Teymur onu tutmağa bir neçə dəfə cəhd edir. Lakin Əlincəyə dalbadal güclü qoşun hissələri göndərsə də, məqsədinə çata bilmir. Bu zaman qala müdafiəçilərindən bir qrupu Əmir Altunun başçılığı ilə qaladan kənara çıxır. Onlar geri qayıdarkən qalanın mühasirəyə alındığını görürlər. Qəflətən hücuma keçən müdafiəçilər rəqibin böyük tələfat verməsinə nail olurlar. Çətin də olsa, əmir Altun öz dəstəsi ilə qalaya daxil ola bilir. Məqsədinə çata bilməyən Teymur, buradan Gürcüstana hücum  edir, sonra Şəki hakimi Seydi Əlini itaətə gətirir.

         1392-ci ildə Toxtamış yenidən Azərbaycana hücum edir. Buna cavab olaraq, 1395-ci ildə Teymur Dərbənddən Qızıl Ordu üzərinə yürüş edir. Terek çayı sahilindəki döyüşdə rəqibinə güclü zərbə vurur və Səmərqəndə qayıdır. Bu müddət ərzində Əlincə qalasının mühasirəsi davam edir.

         Teymurilər Əlincədən başqa bütün Azərbaycanı özlərinə tabe edirlər. Lakin Cənubi Qafqazın, o cümlədən Azərbaycanın yerli feodalları mübarizəni davam etdirirlər. Bu  mübarizənin əsas dayağı da Əlincə qalası olur. Qalanın müdafi­əçiləri ilə birləşən Şəki və gürcü feodalları Teyumrilərə qarşı vuruşur, hətta qalib də gəlirlər.

         Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən hadisələrdən na­ra­hat olan  Teymur 1399-cu ildə bu istiqamətdə yürüşə çıxır və Qarabağa gəlir. Bir sıra yerli feodallar, o cümlədən Şəki hakimi Seydi Əhməd Şirvanşah I İbrahi­min himayədarlığı ilə Teymurla ittifaq bağlayırlar.  On dörd il Teymurun hücum­la­rına mərdliklə sinə gərən, cəsarətlə müdafiə olunan Əlincə qalası daxili çəkiş­mələr nəticəsində Teymura tabe olur. O  dövrün tarixçi-salnaməçisi İbn Ərəb­şa­hın yaz­dığına görə, Teymur Azərbaycanda olmayanda Əlincədə Sultan Tahir və Əmir Altun arasında ciddi münaqişə baş verir. Tahir ərzaq gətirmək üçün getmiş Altunu qalaya buraxmır. Buna görə də qalanın müdafiəçiləri Təbrizdən üz döndərirlər. Vəziyyəti belə görən Tahir qalanı tərk edərək Bağdada qaçır. Nəticədə qalanı müdafəsiz görən Teymur 1400-cü ildə Əlincəni asanlıqla ələ ke­çirir. 1405-ci ildə Teymurun vəfatından sonra isə Azərbaycanın Şirvana qədər olan ərazisi Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunur.

Toxtamış xanın və Əmir Teymurun Azərbaycana yürüşləri
 

Toxtamış xanın və Əmir Teymurun Azərbaycana yürüşləri
 

Toxtamış xanın və Əmir Teymurun Azərbaycana yürüşləri
 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 yanvar 2012 20:33
    Maraqli idi tesekkurler ...

  2. 9 may 2012 22:12
    Tesekkurler .. Maraql idi .

  3. 28 iyun 2012 13:06
    la idi tkkrlr

    ela idi teekkurler

  4. 19 iyul 2012 23:44
    tewekkurleeeeeeeeer lap kitabi copy elemisiz eeeeee

  5. 22 iyul 2012 11:28
    maraqli melumatdi ama bunlari kitabdanda oxumuwuq

  6. 22 iyul 2012 18:54
    Hormetli Roma ve Elcan11 kim dediki bu yazilarin muallifi kimdir Mesele budur ki beli bu mekteb materialindan goturulub Esas mesele kitabdan istifade ede bilmeyen burada yani internet dunyasinda bu yazini tapsin ve en esasi bu materiali bashqa saytlarda hec yoxdu bizim borcumuzdu bu cur materiallari xalqimizin balalarina ve tarixle maraqlananlara virtual alemde catdirmak Rica edirem eziyyete qiymet vermeyi bacaraq !

  7. 22 iyul 2012 19:18
    Sekilleri prezentasiyalarda istifade etmek olar,ox sagolun.Hem d ham ax mktebde oxumur ki,dersliklerden istifade ede bilsin.Saqolun.

  8. 12 noyabr 2012 19:40
    maraqlidi sagolun.

    --------------------

  9. 23 noyabr 2012 18:32
    kitabda nece yazilib elede kocurulub.amma elbetteki eziyyete gore tesekkur edirem.

  10. 23 noyabr 2012 19:04
    Menim fikrimce maraqli idi.BEYENDIIIIIIIIIIIIIIIIIMMMMMMMMMMM wink

  11. 27 noyabr 2012 20:50
    Maraqli idi cox sagolun,amma menim diqqetimi bir sey cekdi..!
    burada yazilib ki, elince mudafiecileri TEBRIZDEN UZ DONDERIR AMMA MEN OXUDUGUMA GORE TAHIRDEN UZ DONDERIR... fellow

  12. 9 dekabr 2012 14:03
    Cox maraqlidi.Tesekkur smile

  13. 16 dekabr 2012 21:52
    cox maraqlidi.cox tesekkur edirem/ smile

  14. 25 dekabr 2012 14:20
    Ela ela cox cox saqolun.

  15. 29 dekabr 2012 13:30
    kitabdan kocurulub

  16. 16 yanvar 2013 11:10
    maraqli idi.bilmediyim bezi melumatlarida oyrendim smile

  17. 27 yanvar 2013 23:12
    coxyaxi idi hazirlasan usaqlaracox gozel qaynaqdir

  18. 1 fevral 2013 01:22
    maraqli idi.

  19. 11 fevral 2013 15:47
    Maraqli idi amma basqa fenlerden yoxdu

    Meselen zoologiya

  20. 11 fevral 2013 22:01
    nedense toxdamisa antipatiyam var lol tesekkurler

  21. 8 aprel 2013 12:54
    cox sag olun etrafli melumata gore

  22. 10 aprel 2013 00:28
    cooox saqoluuun cooox komeyyime deydi

  23. 21 aprel 2013 20:07
    administratwk

  24. 13 iyul 2013 09:32
    Maraqlidir! COX SAG OLUN smile

  25. 21 noyabr 2013 16:21
    kim yazibsa eline saglijk

  26. 15 mart 2014 17:58
    salam. her seye gore coox sagolun winked

  27. 20 avqust 2014 13:54
    coox sagolun bu an kitab yanimda yoxdu amma sizin sayenizde tekrar etmis oldum

    --------------------

  28. 12 noyabr 2014 23:21
    Olimpiyadaya hazırlaşıram..köməyiniz olacaq sağolun.

  29. 28 aprel 2015 22:28
    Emir Teymur hec vaxt meglub olmayib amma bunu deyenlere bir sualim var.Bes 1387 ci ilde Capaqcur doyusunde Qaraqoyunlar meglub olan kim idi?

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.