Azərbaycan mədəniyyəti XVII-XVIII

Azərbaycan mədəniyyəti XVII-XVIII

XVII əsrin ikinci yarısı-XVIII əsrin birinci yarısı Azərbaycan mədəniyyəti. Əvvəllərdə olduğu kimi, XVII əsrin ikinci yarsı-XVIII əsrin birinci yarısında da Azərbaycanda təhsil məktəb və mədrəsələrdə aparılırdı.  Mədrəsələrdə dövrün bir sıra tanınmış alimləri dərs deyirdilər. Görkəmli Azərbaycan alimi Mir Əliənnəqi Ərdəbilinin öz yerini Məşhədə köçürərərk 1723-cü ilədək orada elmin müxtəlif sahələrindən dərs deməsi məlumdur.  Bu dövrdə Mirzə Məhəmməd Şirvani, Yusif Qarabaği və Ağahüseyn Xalxali  kimi görkəmli alimlər fəaliyyət göstərir.  II Şah Abbasın  baş tarixçisi Məhəmməd Tahir Vahidin  «Tarixi-vahid»  əsəri  dövrün tarixinin öyrənilməsində qiymətli mənbə rolunu oynayır.

 

         Bu dövrdə də kitabxana işinə xüsusi diqqət yetirilir.  II Şah Abbas kitab evinə xüsusi qayğı gösətərərək Mirzə Mürimi onun hamisi təyin edir.  II Şah Abbas eyni zamanda Azərbaycanda da kitab çap işini təşkil etməyə səy edir. Lakin onun qəfil vəfatı, bu iş üçün vəsaitin olmaması və I Süleyman şahın kitabsevər alimlərin təkliflərinə əhəmiyyət verməməsi bu nəcib təşəbbüsün baş tutmamasına səbəb olur.

         Bu dövrdə bütün çətinliklərə baxmayaraq Azərbaycan ədəbiyyatı öz yüksəliş dövrünü yaşamaqda davam edir.  Görkəmli şair Qtəran təbrizinin  əsərlər hazırda dünyanın bir çox muzeylərində, o cümlədən Britaniya muzeylərində saxlanılır. Görkəmli rus şərqşünası Y.Bertels tərəfindən «XVII əsrin Hafizi» adlandırılmış Saib təbrizi 120 min beytdən ibarət 7 divanın müəllifdir.

         Ruknəddin Məsihi də Azərbaycan və fars dillərində şeirlər yazmışdır. Tərzi əfşarın  «Cəvahirət bulağı» adlı hekayələr toplusu  Moğol hökmdarı Nəsrəddin Cahangirə hədiyyə edilmişdir.

         Bu dövr şifahi xalq ədəbiyyatının ən görkəmli nümayəndəsi Sarı Aşıq olmuşdur.  Onun nakm məhəb­bə­tin­dən bəhs edən «Yaxşı və Aşıq» dastanı dövrü­mü­zədək gəlib çatmışdır.

         Bəhs edilən dvrdə gözəl rəssam-miniatürçülər nəsli yetişir.  Əli Rza Təbrizi, Seyid əli Təbrizi, Mir Əbdülbaqi Təbrizi  kimi sənətkarların əsərləri hökm­darlar tərəfindən yüksək qiymətləndirilir.

         Musiqi mədəniyyəti də inkişaf edir.  Bəylər­bəyiliklərin mərəkəzi olan şəhərlərdəki saraylarda  daim musiqiçilər dəstəsi fəaliyyət göstərirmiş. Səyyah Şarden İrəvanda bəylərbəyinin sarayında olarkən  üçpərdəli tamaşaya baxmış və onu «Şərqin operası » adlandırmışdır. Bu fakt həm də İrəvanın qədim Azərbaycan şəhəri olmasına dair tarixi həqiqəti bir daha təsdiqləyir.

         Müharibənin ağır nəticələrinə baxmayaraq, öl­kədə  mədrəsələr, məscidlər, karvansaralar tikilirdi. Şa­ma­xının Kələxana kəndində inşa edilmiş məqbərələr XVII əsrin xatirə kompleksləri içərisində mühüm yer tutur. Bu məqbərə 1863-cü ildə sərkər əbdüləzimin rəhbərliyi altında inşa olunmuşdur.  Həmin ildə Nar­da­ran kəndində tikilmiş məscid də dövrünün diqqətəlayiq memarlıq abidəsidir.  Karvansara tikintisinin diqqəti cəlb edən  nümunəsi Təbrizin cənub-şərqində Şibli adlı yerdə inşa edilmiş karvansaradır.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 yanvar 2013 19:33
    maraqlidi yenede biz tewekkur

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.