Səfəvilər dövlətinrin dağılması və Əfşarlar imperatorluğunun yararması. Nadir xan Azərbaycanda Səfəvi hakimiyyətini bərpa etdikdən sonra da xalqın güzəranı yaxşılaşmır. Hərbi xərcləri ödəmək üçün külli miqdarda vəsaitə ehtiyacı olan Nadir xan yeni vergi siyasəti yeritmək qərarına gəlir. Ancaq uzun sürən dağıdıcı müharibələr nəticəsində iqtisadiyyatı dağılmış Azərbaycanda əhalinin vergiləri vermək imkanı olmur. Nadir xan ölkənin sosial-iqtsiadi və syasi vəziyyətinin ağırlığını, xalqın Səfəvi sülaləsinin idarə üsulundan narazılığını hiss edərək yeni bir tarixi addım atır. Şah III Abbasın qəfil ölümündən isifadə edərək 1736-ci ilin martında Muğanda Suqovuşan adlı yerdə qurultay çağırır. Bu qurultayda Nadir xan Səfəvilər sülaləsinin hakimiyyətinə son qoylduğunu eldan edir. Qurlutay iştirakçıları Nadiri şah seçirlər. Nadirin şah seçilməsindən narazı olan, Ziyadoğlu kimi tanınan Gəncə bəylərbəyi, habelə Qarabağın Otuzikilər, Kəbirli və Cavanşir tayfalarının başçıları ailələri ilə birlikdə Xorasana sürgün edilirlər. Qazax, Şəmsəddil və Borçalı mahalları Kartli hakiminin tabeliyinə verilir.
Nadir şah yalnız ona sadiq qalan feoddalları öz yerində saxlamaqla yeni vəzifələri yaxın adamlarına tapşırır. Dövlət aparatında yüksək vəzifələrə çəkilənlər içərisində əfşar-trük tayfasından olanlara üstünlük verilir. Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyliklərini birləşdirirək Azərbaycan adı altında vahid inzibati bölgə yaradır. Bölgənin mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı İbrahim xan olur.
İranda hakimiyyətin mənşəcə Azərbaycan türklərindən olan əfşarların əlinə keçməsi mütərəqqi hadisə idi. Eyni zamanda Nadir şahın hakimiyyətdə olduğu 1736-1747-ci illərdə ölkədə qısa müddət ərzində ara müharibələrinə son qoyulur. İri tayfa başçılarının və mərkəzi hakimiyyətə tabe olmayan feodalların müqaviməti qırılır.
Nadir şah öz hakimiyyətinin ilk illərindən etibarən vergi toplanması işini qaydaya salmaq üçün vəzifə bölgüsü aparır və güclü nəzarət nəticəsində gəlirlər xeyli artır. Nəticədə xalqdan toplanmış vergilər ayrı-ayrı adamlar tərəfindən mənimsənilmir, birbaşa xəzinəyə daxil olur. Bu vəsait isə əsasən ordunun saxlanmasına xərclənir. Bu siyasət iri feodalların iqtisadi cəhətdən sarsılması ilə nəticələndiyindən Nadirə qarşı onların böyük narazılığına səbəb olur. Ölkədə vergi və mükəlləfiyyətlərin artırılması əhaliin güzəranına da pis təsir edir, sadə xalq var-yoxdan çıxır. Kəndlilər əldə etdikləri bütün məhsulu demək olar ki, vergi şəklində xəzinəyə verməli olurlar.
1737-ci ildə Astara hakiminin əmri ilə 6 min kəndlinin səfərbərliyə alınması bu bölgədə iqtisadiyyatın tənəzzülə uğraması ilə yanaşı, əhalidə ciddi narazılıq doğurur.
Ümumiyyətlə, Nadir şahın ölkədə həyata keçirdiyi siyasət, XVIII əsrin 30-40-cı illərində vəziyyəti kəskin şəkildə ağırlaşdırır, təsərrüfat həyatı dağılmağa başlayır. Nəticədə ölkənin müxtəlif yerlərində Əfşar idarə-üsuluna qarşı üsyanlar dalğası başlayır.
Rəylərin sayı:.