Azrbaycan uğrunda mübarizə

[/b]

[b]Azrbaycan uğrunda mübarizə
 

Azrbaycan torpaqlarına yiyələnmək uğrunda dövlətlərarası mübarizənin başlanması. Rusiyanın Cənubi Qafqazdakı işğalçılıq siyasəti və həmin bölgədə nüfuzunun güclənməsi daha çox İngiltərə və Fransanı narahat edir. Bu dövlətlərin Şərqdə müstəmləkə siyasətini həyata keçirmək niyyətinin olması səbəbindən hər ikisi  Rusiyanın Qafqazda nüfuzunun artmasına hər bir vəchlə  mane olmağa çalışırlar. Bakının tutulmasından narahat olan İngiltərə İstanbuldakı nümayəndəsi vasitəsi ilə sultanı Rusiya ilə müharibəyə təhrik edir. İngilis nümayəndəsi bildirir ki, Osmanlılar Rusiya ilə müharibəyə başlayarsa Britaniyadan maliyyə yardımı alacaqlar. Bununla yanaşı Osmanlı imperatorluğunun hakim dairələri də Cənubi Qafqazın ruslar  tərəfindən işğalına mane olmağa cəhd göstərirlər.

 

         Məhz bu dövrdə cərəyan edən hadisələr də tarix ədəbiyyatında təhrif edilərək Azərbaycan xalqının Osmanlılara meyil göstərməməsi kimi pərdələnmişdir. Tamamilə əksinə olaraq əhalinin Rusiyaya rəğbət bəslədiyi ön plana çəkilmiş, belə bir fikir formalaş­dırılmışdır ki, guya xalq nicat yolunu  Rusiyaya arxalanmaqda görmüşdür. Lakin tarixi həqiqətlərə, sənədlərə yeni baxış göstərir ki, əhali rusların gəlməsini istəmirmiş. Rus təhlükəsini hiss edən İrəvan azərbaycanlıları Ərzurum paşasına yazırdılar: «Niyə oturubsunuz? Siz də  türksünüz, biz də. Gavurun əlinə düşməkdənsə sizin əlinizə düşməyimiz yaxşıdır. Vaxtında gəlin, şəhəri zəbt edin və rusu şəhərə buraxmayın».

         1723-cü ilin oktyabrında osmanlı qoşunu Gəncəyə həmlə edir, ancaq qalanı ala bilmir.  1724-cü ilin iyununda Osmanlılar müqavimət görmədən İərvana daxil olur. Osmanlı qüvvələrinin Cənubi Qafqazda irəliləməsi Rusiya ilə Osmanlılar arasında toqquşma ehtimalını gücləndirir. Burada üç dövlətin mənafeyi toqquşduğundan  Cənubi Qafqaz Rusiya, Səfəvi və Osmanlı dövlətləri arasında ziddiyyətlərin düyün nöqtəsinə çevrilir. Bu ərazidə məskunlaşmış xristian mənşəli əhaliyə arxalanan Rusiyanın  vəziyyəti rəqiblərinə nisbətən əlverişli olur.

         İsveçlə müharibəni təzəcə qurtarmış Rusiya yeni müharibəyə başlaya bilmədiyindən  Osmanlılarla sülh müqaviləsi bağlamağa məcbur olur. Bu müqavilə 1724-cü il iyulun 12-də İstanbulda imzalanır. Müqavilənin şərtinə görə Rusiya imperiyası 12 sentyabr 1723-cü il  tarixli Sankt-Peterburq müqaviləsinin şərtlərinin-Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəlinin  Rusiyaya ilhaq edilməsi faktının təsdiq olunmasına nail olur.

         Rusiya isə öz növbəsində, Xəzəryanı bölgələr istisna olmaqla, bütün Azərbaycan ərazisinin Osmanlılarla verilməsinə razı olur.  İstanbul müqaviləsi əslində özgə torpağını iki imperiya arasında bölmək haqqında müqaviləyə çevrilir. Bu müqavilə Cənubi Qafqazda, xüsusilə Azərbaycanda Rusiya ilə Osmanlı dövlətləri arasındakı ziddiyyətləri aradan götürmür, nisbətən yumşaldır. Beləliklə Azərbaycan ərazisi Rusiya, Osmanlı və Səfəvi dövlətləri arasında bölünür. Şirvan Osmanlı dövlətinin tərkibində yarımmüstəqil xanlığa çevrilir.  Artıq bu zaman yerli əhali arasında nüfuz qazanmış Hacı Davud isə Şirvan xanı elan edilir. Şirvanın sahilyanı hissəsi isə Rusiyaya ilhaq olunur.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 may 2013 22:30
    Çox aktual mövzuya toxunmusunuz. Təqdimat da maraqlıdır. İlkin mənbələrdən zəruri parçalar da əlavə olunsaydı daha yaxşı olardı.

  2. 18 avqust 2013 14:30
    ela melumatdi

  3. 26 oktyabr 2014 22:23
    Tewekkur edirem.etrafli melumatdi.
    En esasi bele meselerin en lazimlu meqamlarini yadda saxlamaq lazimdi.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.