Rusiyanın Xəzəryanı bögələrə hərbi yürüşü

[/b]

[b]Rusiyanın Xəzəryanı bögələrə hərbi yürüşü

Rusiyanın Xəzəryanı bögələrə hərbi yürüşü. Təbii zənginliyi, xammal ehtiyatı, həmçinin əlverişli strateji-coğrafi mövqeyi ilə fərqlənən Azərbaycan həmişə olduğu kimi bu dövrdə də qonşu dövlətlərin diqqətini özünə cəlb edir. XVII əsrin əvvəlinə kimi hərbi-siyasi təcavüz üçün kifayət qədər gücü olmayan Rusiya Azərbaycana qarşı yalnız iqtisadi siyasət həyata keçirir. Lakin bu siyasətin az əhəmiyət kəsb etdiyini başa düşən I Poytr təcavüz yolu ilə Xəzəyranı bölgələri ələ keçirməyi qərara alır. Bunanla I Poytr Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməyi, Şərq ölkələri ilə Xəzər-Volqa su yolu vasitəsi ilə ticarət etməyi, Şərqlə Qərbarası ticarətdə Rusiyanın vasitəçiliyinə  nail olmağı planlaşdırır. I Poytr öz yaxın adamı A.L.Volınskiyə Qafqazda müharibəyə hazırlaş­maq barədə  xüsusi və gizli göstəriş verir. Volınskinin öhdəsinə buradakı xristianlarla əlaqə yaratmaq və rus ticarətinin inkişafı perspektivini öyrənmək qoyulur.

 

         Göründüyü kimi, yürüşün əsas məqsədi Xəzər dənizinin qərb sahili bölgələrini işğal etmək, imkan daxilində Cənbi Qafqazda möhkəmlənmək olur.  Bundan ötrü  təkcə dənizin dar sahilboyunu tutmaq yox, Cənubi Qafqazın içərilərinə doğru irəliləmək lazım gəlir.  Ona görə də 1722-1723-cü illər kampaniyasında hətta Təbrizə və Azərbaycanın digər bölgələrinə də yürüş nəzərdə tutulur.

          XVIII əsrin əvvəllərində Şərqə doğru istiqamət alan Rusiyanın Cənubi Qafqazı və Xəzəryanı bölgələri işğal etmək siyasəti Osmanlı imperartorluğunun siyasəti ilə toqquşur. Rusiyanın Şərq siyasətində xüsusi yer  tutan Xəzəryanı bölgələrin işğalı  məsələsi yürüşün gedişində Osmanlı dövlətinin cidd müqavimətinə səbəb olur. Buna görə də I Potr bu məsələnin həllini gələcəyə saxlamağı qərara alır.

         Şirvan üsyanı Rusiyanın bölgədə yenidən fəallaşmasına və planlarının gerçəkləşdirilməsinə imkan yaradır. Üsyan zamanı rus tacirlərinin ziyan çəkməsini və bəzilərinin  öldürülməsini  bəhanə edən Rusiya Xəzəryanı  bölgələri ələ keçirmək planını reallaşdırır. I Poytr yürüşün əsas mahiyyətini rus tacirlərinin intiqamını almaqla pərdələyərək Hacı Davudun və Surxay xanın həm Səfəvi şahının, həm də özünün düşməni oduğunu elan edir. Bu isə bilavasitə Şirvan üsyançılarına qarşı yürüş demək idi.  Bunu nəzərə alan Hacı Davud kömək üçün o zaman Rusiya ilə rəqabət aparan Osmanlı sultanı II Əhmədə (1703-1730) müraciət edir. Cənubi Qafqaza rusların təcavüzünə mane olmaq istəyən sultan Hacı Davudun təklifini tərəddüdsüz qəbul edir. Bu müraciət Osmanlıların Azərbaycanın daxili işlərinə qarışmasına imkan yaratmış olur. Sonralar sultan sarayına gedən Hacı Davud  özünün Şirvan hakimi təyin olunmasına nail olur.

         XVIII əsrin birinci rübündə Rusiyanın inkişaf edən iqtisadiyyatının Azərbaycan xammalına böyük ehtiyacı yaranır. Lakin Xəzəryanı bölgələrə yürüşün  sürətlənməsinin səbəbi təkcə bu olmur. Hacı Davudun Osmanlı dövlətinə müraciəti də Rusiyanı narahat edir. Ona görə də Rusiya Osmanlıların Cənubi Qafqazda, xüsusən Xəzəryanı böölgələrdə möhkəmlənmək cəhdlərinin qarşısını hər vasitə ilə almağa çalışır. Nəhayət I Poytr 1722-ci il iyunun 18-də Həştərxandan yürüşə başlayır. Rus qoşunu iki istiqamətdə –quru və dəniz  yolu ilə  hərəkət edir. Dərbənd istiqamətində hərəkət edən ruslar 6 kəndi yandırır, bununla yerli əhalini qorxutmağa çalışırlar.

         Azərbaycan ərazisinə daxil olan rus qoşunu elə də ciddi müqavimətə rast gəlmir. Ayrı-ayrı  şəhərlərdə olan hərbi qüvvələr müqavimət göstərməyə cəhd etsələr də, bəzi Səfəvi sərkərdələri qüvvələrin bərabər olmadığını başa düşərək müqavimət göstərməkdən imtina edirlər. I Pyotr  dini amildən də məharətlə istifadə edir. O, Cənubi Qafqazın xristian əhalisinə elan edir ki, bu yürüşdə  məqsəd onları müsəlmanların zülmündən xilas etməkdir. 1722-ci il iyunun 15-də Azərbaycan dilində «Bəyannamə» nəşr etdirən I Pyotr Xəzəryanı bölgələrdə yaşayan şiə təriqətli əhalini inandırmağa çalışır ki, o, Səfəvi şahının dostudur, yürüşdə məqsədi bu yerlərdə əmin-amanlıq yaratmaqdan və rus tacirlərini qarət edən qiyamçıları cəzalandırmaqdan ibarətdir. Onun bu əraziləri işğal etmək niyyəti yoxdur. I Pyotr  riyakarcasına bildirir ki, üsyan edən feodalların müqavimətini qıracaq,  Osmanlıların bu əraziləri işğal etməsinin qarşısını almaqla burada Səfəvilərin hakimiyyətini bərpa edəcəkdir.  I Poytrun bu hiyləsi öz bəhrəsini verir. Onun əsil niyyətini başa düşməyən yerli əhalinin  bir hissəsi Rusiyaya meyillənir. Bu işdə imperatorun Cənubi Qafqazdakı elçiləri də kifayət qədər rol oynayırlar.

         1722 –ci il avqustun15-də rus eskadrası,  23-də isə piyada  qoşun Dərbəndə çatır. Şəhərin naibi İmamqulu bəy qalanın açarlarını I Pyotra  təqdim edir.  Lakin Azərbaycanın nüfuzulu feodalları rus ordusuna müqavimət göstərməyi qərara alırlar. Bakı hakimi Məhəmməd Hüseyn bəy və onun həmfikirləri öz güclərinə, həmçinin Hacı Davudun köməyinə arxalanaraq şəhəri qorumaq və rus qoşunlarını Bakı qalasına buraxmamaq qərarına gəlirlər. Buna görə də Məhəmməd Hüseyn bəy I Poytrun məktubunu gətirən şəxsi qəbul etmir. Belə bir vaxtda  Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlükəsi  yaranır. Digər tərəfdən rus ordusunun Xəzəryanı bölgələrə təcavüzü Osmanlı dövlətində kəskin etiraza səbəb olur. Hacı Davud  dağlarda qoşun toplayaraq rusların hücumunun qarşısını almağa hazırlaşır. Bu cəhətləri nəzərə alan və  geri qayıtmağa tələsən  I Potr bu işi general-mayor M.Matyuşkinə tapşıraraq Sankt-Peterburqa qayıdır.

         Osmanlı ordusunun qarşısına qoyulan əsas vəzifə isə rusların Səfəvi dövlətinin qərbini və Cənubi Qafqazın şərqini ələ keçirməsinə mane olmaq, ilk növbədə isə onların Bakını tutmasının qarşısını  almaq olur.

         Sankt-Peterburqa qayıdan I Pyotr burada Osmanlı ordusunun irəliləməsi xəbərini eşidir. Onun göstərişi ilə 1722-ci ilin dekabrında Rəşt şəhəri zəbt edilir.  Rus eskadrası 1723-cüu il iyulun 6-da Bakı körfəzinə daxil olur.  Məhəmməd Hüseyn bəy rus komandanlığının təslim olmaq təklifini rədd edərək müqavimət  göstərir. Rus qoşunu rədd cavabı alan kimi şəhəri top atəşinə tutur və 1723-cü il iyulun 23-də Bakı zəbt edilir.

         M.Matyuşkin Bakı hakimi Məhəmməd Hüseyn bəyin guya Hacı Davudla əlaqədə olduğunu bəhanə gətirərək onun  həbs olunması haqqında əmr verir.  Məhəmməd Hüseyn bəy həbs olunaraq əvvəlcə Həştərxana,  sonra isə Roqaçevskə sürgün edilir və orada da vəfat edir. Knyaz İ.Baryatinski Bakının komendantı təyin edilir. I Pyotr Bakının alınmasına hədsiz dərəcədə sevinir və onun göstərişi ilə bu hadisə Sankt-Peterburqda yaylım atəşi ilə qeyd olunur.

         Bakı tutulduqdan sonra rus qoşunu Salyanı da asanlıqla işğal edir. 1723-cü il sentyabırn 12-də II Təhmasibin Sankt-Peterburqa göndərdiyi elçisi  İsmayıl bəy şahdan icazə almadan Rusiya ilə müqavilə imzalayır. Müqaviləyə əsasən Xəzəryanı bölgələr –Dərbənddən Gilana qədər olan torpaqlar Rusiyaya verilir. Rusiya bunun əvəzində əfqanlarla müharibədə hərbi yardım edəcəyini  öhdəsinə götürür. Lakin şah bu müqaviləni təsdiq etmir. Beləliklə də, 1722-1723-cü illərdə Xəzəryanı  bölgələrin Rusiya tərəfindən işğalının birinci mərhələsi başa çatır.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 avqust 2012 15:07
    tkkrlrimi bildirirm.Hrmtli Admin. Hrmtl Elvend mirze

    az.wikipedia.org

  2. 1 oktyabr 2012 22:24
    elbette Azerbaycan qedim zengin tarixe malikdir... hemiwe yadelliler terfinden iwgal olunma tehlukesile yawayib laughing

  3. 2 oktyabr 2012 16:47
    Siz niye sehv yazirsiniz? Mnzr xanim belay

  4. 2 oktyabr 2012 20:21
    neyi sehv yazmiwam?????? bow behanelerle insanlari narahat etmememeyiniz tovsiye olunur...

  5. 11 noyabr 2012 21:49
    gormuyublerde..twk

  6. 30 dekabr 2012 16:12
    salam bu nedir

  7. 10 aprel 2013 20:49
    azerbaycan evvel qucaq acir .sonra coreyimizi yeyib bize arxa cevirirler .belelerine bir tepik vurmaq gerek

  8. 16 noyabr 2013 20:02
    maraqlsi deyil.maraqlidir.100 %.tarix infoyu betenirem

  9. 28 avqust 2016 09:44
    Teşekkürlər

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.