Azərbaycanda İslam dininin yayılması

Azərbaycanda İslam dininin yayılması

Azərbaycan xalqının mübarizə əzmini qırmaq, özlərinə tabe etmək üçün ərəb istilaçıları müxtəlif üsullara əl atırdılar. Bu üsullardan biri də əhali ilə mülayim rəftar, lazım gələndə güzəşt etmək idi. Xəlif Əbubəkr Azərbaycanda döyüşən sərkərdələrə göstəriş vermişdi ki, adamları lazımsız yerə şikəst etməsinlər, qocaları, uşaqları və qadınları öldürməsinlər. Onların əvvəlki qayda-qanunlarla yaşamalarına, adət-ənənələrini davam etdirmələrinə şərait yaratsınlar.

 

 

         Bu göstərişlər adamların şəxsiyyətinin və mülkiyyətinin qorunmasına müsbət təsir göstərməklə yanaşı, İslam dininə rəğbəti də artırırdı. Yerli əhalidə ərəblərə qarşı münasibət də xeyli mülayimləşmişdi. Sasani imperiyası dövrünə nisbətən vergilərin azaldılması əhalinin əksəriyyətini razı salırdı. Sasani-Bizans müharibələrində hədsiz dərəcədə əziyyət çəkən, var-yoxdan çıxan xalq  İslam dini zəminində yeni işğalçıya əmin-amanlıq gətirən qüvvə kimi baxmağa başlamışdı.

         Bununla yanaşı, ağıllı və uzaqgörən adamlar başa düşürdülər ki,  İslam dininin yayılması Azərbaycanda siyasi sabitliyin bərqərar olmasına, milli birliyin təşəkkülünə yardımçı olacaqdır. Yeni din daha humanist, daha obeyktiv  və ədalətli idi. İslam qanunları və ehkamlarının insanları pis yoldan çəkindirməsi, onları xeyixahlığa və düzgünlüyə dəvət etməsi, yüksək hisslər və vərdişlər aşılaması rəğbətlə qarşılanırdı. Halallıq, düzgünlüktəbliğ edən İslam insanda öz qabiliyyətinə və qüvvəsinə inamı artırdığından başqa dinlərə nisbətən daha cazibədar idi. Bu xüsusiyyətlərinə görə İslam Azərbaycanın cənub torpaqlarında, xüsusilə Muğanda, Mildə, Xəzər sahillərində, Kür və Araz çayları boyunda nisbətən sürətlə yayılır. Lakin xristian dininin sabitləşdiyi dağlıq və dağətəyi bölgələrdə yeni dinə müqavimət güclü idi.

         VII əsrdə Azərbaycanda İslam dininin qəbul olunması xalqın müqəddəratında ciddi dönüşün başlanğıcı olur. Bu din vahid xalqın və dilin təşəkkülünə təkan verir, bu prosesin sürətlənməsinə  həlledici təsir göstərir. Türk və qeyri-türk etnoslar arasında yaranan dini birlik bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin  təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin dərinləşməsinə şərait yaratdı. İslamı qəbul etmiş etnoslar Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni-gürcü feodallarına qarşı  türk-islam bayrağı altında birləşdi.

         Lakin təkallahlı dinlərə sitayiş edənləri zorla müsəlmanlaşdırmaq İslamın təməl prinsiplərinə  zidd olduğundan ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi İslamın təsir dairəsindən kənarda qaldı. Bu proses nəticəsində ölkədə dini ayrılıq baş verdi, əhali iki qrupa bölündü; birinci qrupa bütün ölkə ərazisinə yayılmış və çoxluq təşkil edən müsəlman-türk əhali, ikinci qrupa isə əsasən Albaniyanın şimalındakı qərb bölgələrində yaşayan xristian əhali daxil oldu. Bu da erməni və gürcü kilsələrinin xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizni gücləndirdi. Beləliklə, Azərbaycan İslamla xristianlıq arasında ən kəskin qarşıdurma meydanına çevrildi. Erməni və gürcü feodallarının Azərbaycana qarşı ərazi iddiaları dövrü başlandı. Onların yeritdiyi siyasətin mahiyyətində xristian albanları erməni və gürcü kilsələrinin təsiri altına salmaq, sonra erməniləşdirmək və gürcüləşdirmək, daha sonra isə yaşadıqları Azərbaycan torpaqlarına yiyələnmək. Bu mənfur siyasət uzun əsrlər boyu davam etmiş, onun nəticələri indinin özündə də təsirini saxlamaqdadır.

         Ümumislam mədəniyyəti zəminində Xilafətin tərkibinə daxil olan xalqların milli mədəniyyəti zənginləşir və inkişaf edirdi. Ərəb dilinin elm və maarif dilinə çevrilməsi, Yaxın və Orta Şərqdə xalqların milli mədəniyyətinə öz güclü təsirini göstərirdi. İslamın elmə dəvəti istedadlı Azərbaycan gənclərinin Şərqin elm və mədəniyyət mərkəzləri  hesab olunan şəhərlərə axınını gücləndirdi. Onlar Bağdada, Kufəyə, Ncəfə, Bəsrəyə, Mədinə və Qahirəyə gedir, bu şəhərlərdə təhsil alaraq geri qayıdırdılar. Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı kimi iri şəhərlərində də təhsil ocaqları, kitabxanalar, məscid və mədrəsələr, əzəmətli abidələr yaranır və inkişaf  edir.

         VII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Dəvdək hesab olunur. Onun əlimizə gəlib çatan yeganə əsəri Albayniya hökmdarı  əcavanşirin ölümünə  yazılmış mərsiyədir. Bu mərsiyədə böyük sərkərdə, güclü diplomat və ağıllı dövlət xadimi olan Cavanşirin ölümünü ümumxalq kədəri kimi qiymətləndirən şair yazır:

Mənim Şərq ölkəmi  bürüdü kədər,

Yayılmış cahana bu qara xəbər.

Qoy ellər eşitsin səsimi mənim,

Səsimə sə verib ağı desinlər.

         Xilafət dövrünün ən çox inkişaf edən sənətkarlıq sahəsi memarlıqdır. Bu dövrdə Azərbaycanda da müsəlman memarlığının təsiri özünü göstərir. Bərdə şəhəri yaxınlığında, Tərtər çayı üzərindəki çaylaq daşından hörülmüş körpü və Qazaxda Əskipara kəndi yaxınlığındakı dağda tikilmiş monastır kompleksi Xilafət dövrü memarlığnın səciyyəvi nümunələri hesab olunur.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 oktyabr 2011 12:35
    men fexr edirem ki,azerbaycanliyam,dinim cox gozel bir din olan islam dinidir

  2. 19 dekabr 2011 20:46
    menim fikrimce yalniz Mehemmed peygember islamin gozelliklerini insanlara duzgun catdirmisdir o istismar etmeden,guc isletmeden islami insanlara tanitdi sevdirdi.lakin onun xelefleri ise ereb xilafetinin isgalci,qaretci siyasetini heyata kecirmekde islamdan bir vasite kimi istifade etdiler. islami insanlara sevgi ile yox qilincla qebul etdirdiler.ebes yere muselmanlara qilinc muselmani deyilmir.ona gore de men sagirdlerime Azerbaycan xilafetin terkibinde movzusunu izah ederken bu fikirlerimi mutleq qeyd edirem.

  3. 13 yanvar 2012 23:19
    Men bu melumatlari bu sayta goyana oz tesekkurlerimi bildirirem

  4. 16 yanvar 2012 21:28
    bu belede olmalidir biz muselmaniq

  5. 19 mart 2012 11:49
    dostlar mene serbest iw lazimdi. adi beledir: Azerbaycanda islam dininin yayilmasi

  6. 27 aprel 2012 20:43
    seviyyeli sayt ucun admine tewekkurler

  7. 10 iyul 2012 09:57
    cox gozel saytdi .....bravo wink

  8. 26 yanvar 2013 09:14
    Melumatlar cox gozel melumatlardir.amma nedense burada isgalla feth sozunu qarisdirmisiniz.Islam dini Azerbaycani isgal etmedi feth etdi.Azerbaycana yeni medeniyyet getirdi.Ve netice etibari ile de Azerbaycanda incesenet.elm yuksek inkisaf etdi.yeni o evvelki xelifelerin emrleri heqiqetende dinden gelen bir sey idi.yoxsa burda hec bir hiylegerlikden soz gede bilmez.amma sonradan gelen emeviler ve abbasiler heqiqetende xalqi soyub taladilar ve elbette ki,bu da Islam dinine qarsi isledilmis bir cinayet idi.cox xahis edirem ki,bunlari nezere alasiniz.turkler Azerbaycana gelende feth deyirsiniz amma Islamin gelisine isgal oysaki turkler Azerbaycana hec bir yeni duzen ve medeniyyet getirmemisdiler cunki turklerin ozlerine de medeniyyeti Islam getirmisdir.deyerli melumatlariniz ucun cox sagolun.

  9. 26 yanvar 2013 15:03
    Nazile xanim Allahin salami olsun uzerinize.Siz dogru soylediniz ki bu Sizin fikirinizdir.Shukur olsun ki heqiqetde bu bele deyil!sozsuz ki Peugemberimizin(s.a.a.s.) dovrunde Islam yaradildi ve tam shekilde insanlara catdirildi.Peygemberimiz(s.a.a.s)Islam ugrunda cihad doyushlerinnen cekinmeyib ve ugurla qalib qelib kefirlere ve bud pereslere.Onun sagliginda ve onun vefatinnan sonra Islamin tebligini Allah terefinnen imamete laiq olan,peygemberin(s.a.a.s)nesilinnen olan 12 imam(s.a.s) davam etdirib!Lakin hakimiyeti ele kecirib ozlerini xelif adlandiranlar Islam didnini ozlerine sehf eden kimi yayiblar ve gonshu muselman olkeleriynen erazilere gore,ve menfeyet gazanmag ucun muharibeler edibler.Kefirlerin de olkelerini muharibe yoluynan ishxal edib Islam bayragini oralarda sanciblar,amma ilk novbede oz xelifeliylerini yukseldmek ucun!
    Azerbaycan milleti ise hec bir zaman qilincla muselman olmayib!Azerbaycan milleti o zaman Islam dinini basha dushub,bu dinin duz din olmagin gorub muselman oldu!Bu danilmaz bir faktdir!Hemen soz ki coxlarin diline salindi bir zaman dushman terefinnen-"Azerbaycanlilar qilinc muselmanidilar" bizim imanimizi zeyifledmek ucun ve bizi hemen dinnen dondermek ucun deyildi!Shukur olsun Tanriya ki Azerbaycan milleti muselman oldu ve Islam dininin tereftaridir!Shukur olsun Allaha bu neymete gore!
    Hormetli Nazile xanim,siz oz shagirdlerinize bizim muselman oldugumuzu bele izah edseniz daha duzqun ve qozel olardi.
    Allah sizden razi olsun!
    Size ve Sizin ishinize boyuk hormetle yanashan,
    Anar Cafarxanli.

  10. 18 may 2013 00:31
    Azerbaycan xosbext bir olkedir ki ehalisi islam dinine sitayis edir bu gozel dinin ayinlerini yerine yetirir.ULu Rebbim bizi dusmenlerimizin mekrinden hifz eylesin.Esasen de "sapi ozumuzden olanlardan".

  11. 28 oktyabr 2014 22:03
    Yaxwiki o vaxdi erebler islami yaydilar.Men Wukr ediremki Muselmanam..REBBIM SON NEFESIMIZE QEDER VE SON NEFESIMIZ DAXIL IMAN NESIB ETSIN.. aMIIINN..)

    --------------------

  12. 31 oktyabr 2014 02:58
    coxxxxxxxx maraqli bir melumat idi,cox sag olun.

  13. 29 dekabr 2014 10:42
    Çox sağ olun

    --------------------

  14. 24 fevral 2015 21:11
    bu sayti acan ve bu melumatlari yayan her kese oz tesekkurlerimi bildirirem.

    Sitat: NAZILE
    menim fikrimce yalniz Mehemmed peygember islamin gozelliklerini insanlara duzgun catdirmisdir o istismar etmeden,guc isletmeden islami insanlara tanitdi sevdirdi.lakin onun xelefleri ise ereb xilafetinin isgalci,qaretci siyasetini heyata kecirmekde islamdan bir vasite kimi istifade etdiler. islami insanlara sevgi ile yox qilincla qebul etdirdiler.ebes yere muselmanlara qilinc muselmani deyilmir.ona gore de men sagirdlerime Azerbaycan xilafetin terkibinde movzusunu izah ederken bu fikirlerimi mutleq qeyd edirem.


    sizin dedikleriniz cox duzgundur

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.