Naxçıvan xanlığı

Naxçıvan xanlığı


Naxçıvan xanlığı

 

XVIII əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığıdır. Zəngəzur dağları ilə Araz vadisi arasındakı torpaqları əhatə edən bu xanlıq mühüm strateji mövqeyi ilə həmişə seçilmişdir. Belə ki, onun ərazisi İrəvan, Qarabağ və  Maku xanlıqları, habelə Osmanlı imperatorluğu ilə həmsərhəd olmuşdur. Xanlığın əsasını qoyan Kəngərli tayfasının başçısı Heydərqulu xandır. Heydərqulu xan yaratdığı bu kiçik feodal dövləti möhkəmləndirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Bundan ötrü o, ilk növbədə ticarətin və sənətkarlığın inkişafı qayğısına qalır. Lakin hərbi cəhətdən zəif olan Heydərqulu xan Pənahəli xanın «Bayat savaşı»ndakı qələbəsindən sonra ondan asılılığı qəbul etməyə məcbur olur. Heydərqulu xan da başqa xanlar kimi «Qızılqıya xəyanəti»nin iştirakçılarından biri olmuşdur. Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli xandır.

Qeyd etdiyimiz kimi Naxçıvan xanlığı hərbi-siyasi cəhətdən bir qədər zəif  olmuşdur. Buna görə XVIII əsrin 80-ci illərində Xoy, Qarabağ, İrəvan xanlıqları, o cümlədən Kartli-Kaxetiya çarlığı və İran bu xanlığı öz təsir dairəsinə salmaq uğrunda mübarizəyə başlayırlar. 1783-cü ildə Xoy xanı Əhməd xan öz adamı Cəfərqulu xanı Naxçıvanda hakimiyyətə gətirsə də, bu, uzun sürmür. Kəlbəli xanın hakimiyyətə gəlməsi nəticəsində Qarabağ xanldığı ilə münasibətlər kəskinləşir. İbrahim xan iki dəfə- 1787 və 1792-ci illərdə Naxçıvan üzərinə uğursuz yürüş edir. Lakin Ağa Məhəmməd şah Qacarın şimala yürüşü Naxçıvan və Qarabağ  xanlıqları arasındakı ziddiyyətləri bir qədər yumşaldır.

Naxçıvan xanlarının mənsub olduğu Kəngərli tayfası türksoylu tayfa olub qədim Albaniya dövlətinin qərb torpaqlarında (Naxçıvan və indiki Ermənistan) eramızın əvvələrində məskunlaşmışlar. Bu tayfanın adı mənbələrdə məhz həmin dövrdən çəkilir. Böyük Plini və Ptolomey göstərmişlər ki, Albaniyada Konqara adlı şəhər var. Bu da «kəngər yurdu» deməkdir. Səfəvi tarixçiləri onları ustaclı tayfasının bir qolu kimi təqdim edir. Kəngərlilərin I Şah İsmayılın əmri ilə Xorasan sərhədlərini qorumaları haqqında da məlumatlar tarix ədəbiyyatında yer almışdır. Bu tayfanın nümayəndələri indi də İranın Qum şəhəri ətrafında yaşayır və öz etnik xüsusiyyətləri ilə seçilirlər.   Əsas qolu Naxçıvanda məskunlaşan bu tayfanın müəyyən hissəsi də XIX əsrdə qazax eli arasında yaşamışdır. 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 fevral 2012 19:53
    Eziz muellim meni bagishlayin, istirahet etmeye qerar verdiyime gore size gec cavab yazdim.men bileceri qesebesi Ilqar Memmedov adina 298 sali tam orta mektebin 8-ci sinif shagirdiyem.bashqa sualiniza seve-seve cavablandiraram.

  2. 9 fevral 2012 19:56
    sene uqurlar dileyirem

  3. 20 avqust 2012 20:52
    xanliqlara aid her bir wey var birce illeri yazilmiyib angry

  4. 27 sentyabr 2012 14:31
    mp 3 yoxdu ki

  5. 22 mart 2013 10:10
    mene basa sala bilersinizmi burda muellimler usaqlara sual verir yoxsa nece?

  6. 24 aprel 2013 11:08
    cox sagolun

  7. 27 may 2013 15:14
    cox sagolun twk

  8. 10 fevral 2014 14:34
    maraqli idi.Amma tarixleri cooox az idi.Naxcivan xanligi haqqinda bawqa bir melumat yoxdur?
     
     
     
     
     
                                                                THANK YOU VERY VERY MUCH.
     
     
                                                                                winked   smile belay  recourse

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.