Şamaxı xanlığı

Şamaxı xanlığı

Nadir şahın ölümündən sonra yaranan xanlıqlardan biri də Şamaxı xanlığıdır. Əsası Hacı Məhəmmədəli bəy və Xançobanı tayfasından olan Məhəmməd Səid və Ağası qardaşları tərəfindən qoyulan bu xanlıq şimal-şərqdə Quba, şərqdə Bakı, şimal-qərbdə Şəki, cənub-qərbdə Qarabağ xanlıqları və Kür çayı ilə sərhəd olmuşdur. Bir müddət Şəki və Quba xanlıqlarının tabeliyində olan Şamaxı xanlığı 1790-cı ildə istiqlaliyyətini bərpa edir və 8-10 minlik hərbi qüvvə yaradır. Xanlıqda hakimiyyət uğrunda gedən mübarizələr onun iqtisadiyyatını dağıdır,  birliyini pozurdu. Çünki, Şirvan torpaqlarının bir hissəsini əhatə edən Şamaxı xanlığında həm mərkəzi Ağsu olan Məhəmmədəli xanın, həm də mərkəzi Şamaxıda yerləşən Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. Bu da geniş iqtisadi potensialı və əlverişli hərbi-strateji mövqeyi olan Şamaxı xanlığını zəiflədir və onun asılı hala düşməsinə səbəb olurdu. 1763-cü ildə tabeçiliyindəki elatlara arxalanan Məhəmməd Səid xan hücum edərək Yeni Şamaxını tutur və xanlığın ərazi bütövlüyü bərpa olunur. Xanlıqda təkhakimiyyətlilik yaradılması da vəziyyəti yaxşılaşdırmır. Bu zaman Məhəmməd Səid xanla Şəki xanı Hüseyn xan arasında kəskin münaqişə başlayır. Bu vəziyyət Fətəli xanla Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Müttəfiqlər 1767-ci ildə Şamaxıya daxil olurlar. Ağası xanın gözləri çıxarılır, Məhəmməd Səid xan isə həbs edilərək Dərbəndə göndərilir. Xanlığın ərazisi Quba və Şəki xanlıqları arasında bölüşdürülür. Lakin bu vəziyyət uzun sürmür. Buna səbəb bir tərəfdən yerli əyanların öz ağalıqlarının itirilməsi ilə barışmaması, digər tərəfdən isə Quba xanlığının buradakı yarıtmaz idarəçiliyi olur. Köhnə Şamaxının idarəsi Fətəli xanın qardaşı Abdulla bəyə tapşırılsa da o, işi yarıtmır, vergiləri artırmaqla əhalini incidir. Daxili narazılıq Quba xanlığının  düşmənləri olan xarici qüvvələr tərəfindən daha da qızışdırılır. Nəticədə 1768-ci ildə üsyan qalxır. Üsyana Məhəmməd Səid xan başçılıq edir. Üsyançıların əsas məqsədi də Xançobanı sülaləsinin hakimiyyətini bərpa etmək olur. Bu işdə onlara Şəki xanı da kömək edir. Lakin Fətəli xan qiyamı yatırır, Şəki xanı təslim olur və yeni müqavilə bağlanmasına razılıq verir. Bununla da Şəki xanlığı Şamaxıya olan iddialarından əl çəkir. Şamaxı xanlığı öz müstəqilliyini yalnız Mustafa xanın zamanında- 1790-cı ildə bərpa edə bilir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 22 iyul 2012 18:06
    gozel yazmisiniz sag olun

  2. 19 dekabr 2012 21:48
    bunun haqqinda video-da qoyundaa

  3. 8 yanvar 2013 23:42
    dəyərli məlumata gorə təşəkürlər

  4. 6 dekabr 2013 18:01
    men amasya sulh muqavilesini tapa bilmirem burdan hardadir

  5. 5 iyul 2014 22:46
    1763 cu ilde yeni wamaxi ve kohne wamaxi birlewirdi ele deyiiil???

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.