Feodalizm dövrünə aid testlər

Feodalizm dövrünə aid testlər. VII sinif şagirdləri və abiturientlər üçün
1. Mərkəzi Bərdə olan yarımmüstəqil əmirlik yaratmışdılar :
A) Şəddadilər B) Rəvvadilər C) Məzyədilər
D) Kəsranilər E) Sacilər

2. Mərzban ibn Məhəmmədə aiddir :
A) "Qanunnamə”nin qəbul edilməsi
B) Dərbənd səddinin təmir edilməsi
C) Gəncənin Şəddadilərdən geri alınması
D) Rəvvadilərə son qoyulması
E) Slavyanların Şirvandan çıxarılması

3. Azərbaycan xalqının içərisində əriyərək öz
mənşələrini itirmişdilər :
1. Sacilər 2. Rəvvadilər 3. Salarilər
4. Şəddadilər 5. Şirvanşahlar
A) 1.2 B) 4.5 C) 1.3 D) 2.5 E) 3.4

4. 861 - ci ildə Heysəm ibn Xalid :
A) Dərbənd səddini bərpa etdirdi
B) Şirvanşah titulunu qəbul etdi
C) Gəncəni ələ keçirdi
D) Paytaxtı Bakıya köçürtdü
E) Qəbələni tutdu

5. 879 - 941 ci ildə Azərbaycanda mövcud olan dövlət :
A) Sacilər B) Rəvvadilər C) Salarilər
D) Şəddadilər E) Şirvanşahlar

6. Zəncandan Dərbəndə qədər olan bütün Azərbaycan
torpaqlarını əhatə edirdi :
A) Sacilər B) Rəvvadilər C) Salarilər
D) Şəddadilər E) Şirvanşahlar

7. Xəzər dənizində ticarət gəmilərinə mənsub olan feodal dövləti :
A) Sacilər B) Rəvvadilər C) Salarilər
D) Şəddadilər E) Şirvanşahlar

8. Dəbil əmirliyinin qurucusu kimdir :
A) Əbulhica B) İbrahim ibn Mərzban
C) Məhəmməd ibn Şəddad D) Əbu Tahir
E) Əbu Sac Divdad

9. Rəvvadilər öz paytaxtlarını Ərdəbildən hansı şəhərə köçürtdülər :
A) Gəncə B) Təbriz C) Həmədan
D) İsfahan E) Marağa

10. Xilafətin xəzinəsinə vergi göndərilməsinin
dayandıran Saci hökmdarı :
A) Əbulhica B) İbrahim ibn Mərzban
C) Yusif ibn Əbu Sac D) Mərzban ibn Məhəmməd
E) Əbu Sac Divdad

11. IX əsrdə Şirvan dövlətini hansı sülalə idarə edirdi:
A) Əməvilər B) Məzyədilər C) Sacilər
D) Haşimilər E) Kəsranilər


12. Sacilər sülaləsinin banisi hesab olunur :
A) Afşin ibn Kavus B) Yusif ibn Əbu Sac
C) Məhəmməd ibn Əbu Sac D) Əbu Sac Divdad
E) Məhəmməd ibn Mərzban

13. Azərbaycanın cənubunda yaranmış feodal dövləti :
A) Şəddadilər B) Girdiman C) Şirvanşahlar
D) Dəbil əmirliyi E) Rəvvadilər

14. Xronoloji ardıcıllığı tapın :
1. Şəddadilər dövlətinin yaranması
2. Dəbil əmirliyinin yaranması
3. Gəncə qala qapılarının düzəldilməsi
4. Xudafərin körpüsünün inşası
A) 1.2.3.4 B) 1.3.2.4 C) 3.4.2.1
D) 2.1.4.3 E) 1.4.3.2

15. Dərbənd səddini yenidən təmir etdilər :
A) Sacilər , Salarilər
B) Rəvvadilər , Məzyədilər
C) Şəddadilər , Rəvvadilər
D) Sacilər ,Şirvanşahlar
E) Şəddadilər , Yezidilər

16. Rəvvadilər və Şirvanşah Məzyədilər sülaləsinin oxşar cəhəti :
A) Fars mənşəli idilər
B) Azərbaycanın cənubunda dövlət qurmuşdular
C) Ərəb mənşəli idilər
D) Hər ikisini ərəblər süquta uğratmışdı
E) Türk mənşəli idilər

17. Salarilər dövlətinin süqutunun səbəbləri :
A) Xarici ölkələrlə ticarətin olmaması
B) İran – Bizans müharibələri
C) Ərəb tayfalarının müntəzəm çıxışları
D) Bərdə əmirliyinin çıxışları
E) Hakimiyyət uğrunda mübarizə , slavyanların basqını

18. Mərzban ibn Məhəmməd , Fəzl ibn Məhəmməd , Məhəmməd ibn Yezid aşağıdakı sülalələrin nümayəndələri idi :
A) Rəvvadilər , Şəddadilər , Məzyədilər
B) Salarilər , Şəddadilər , Məzyədilər
C) Sacilər , Salarilər , Rəvvadilər
D) Salarilər , Şəddadilər , Yezidilər
E) Rəvvadilər , Məzyədilər , Sacilər

19. 917 - ci ildə Şirvanşahlar dövlətinə birləşdirildi:
A) Bərdə B) Qəbələ C) Gəncə
D) Dərbənd E) Lahicanşahlıq

20. Siyasi hərc-mərclik və feodal çəkişmələri
şəraitində dağılmış dövlət :
A) Sacilər B) Rəvvadilər C) Salarilər
D) Şəddadilər E) Şirvanşahlar




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.