Tariximizin bir parçası- Gəncə qapıları.

               

Tariximizin bir parçası- Gəncə qapıları.

 

           "Tarix bir millətin qanını, haqqını, varlığını heç  bir zaman inkar edə bilməz" (Atatürk)     

Məlum olduğu kimi, slavyanların 944-cü ildəki basqınlarından sonra  Bərdə Arranın baş şəhəri rolunu itirdi və Gəncə Azərbaycanın ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başladı. Ticarət və sənətkarlıq bu şəhərin həyatında mühüm yer tuturdu. Burada sənətkarlığın inkişafı üçün münasib iqtisadi potensial vardı. Gəncənin yaxınlığında dəmir, mis və başqa filiz yataqları sənətkarları xammalla təchiz edirdi. Bu dövrdə şəhərdə yeni saraylar, körpülər, karvansaralar tikilmiş, pul zərb edilməyə başlanılmışdır. Gəncənin daha intensiv inkişafı Şəddadi hökmdarı Əbuləsvar Şavurun hakimiyyəti dövrünə (1049-1067) təsadüf edir. Qətran Təbrizi o dövrləri belə qələmə almışdır: "İndi Gəncə sanki cənnəti xatırladır".
     IX-XI əsrlərdə Azərbaycan ərazisinə slavyanların, erməni-gürcü və onları himayə edən Bizans qüvvələrinin, XI əsrdə alanların (1032-1033, 1062) qarətçi yrüşlərinin intensiv xarakter alması  həmin dövrdə  Şəddadilər dövlətinin  paytaxtı  olan  Gəncənin  hərbi qüdrətinin  və şəhərin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirmişdir. Gəncəni qoruyan qalanın inşası IX-XI əsrlərə aiddir. O, Gəncə çayının sağ sahilində tikilmişdir. Qalanın tikintisində gil-palçıq, çay daşı və Gəncə memarlığı üçün ənənəvi olan qırmızı kərpicdən istifadə olunmuşdur. Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Arxeoloji qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. Orta əsr Gəncə şəhərinin qala divarları kərpicin dəyişən cərgələrindən ibarətdir. Daş və kərpic hörgülərdə kirəcdən geniş istifadə olunmuşdur. Gəncədə aparılan qazıntılar nəticəsində şəhərin üç dairə qala divarı olduğu müəyyənləşdirilmişdir.  Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilmişdir. Qalanın ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 m-dir. Qala tikilərkən isə Gəncənin bəzi məhəllələri Qala divarlarından kənarda saxlanılıb. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdur. Artıq bu dövrdə Gəncə "Içəri şəhər” - "Narınqala”, "Bayır şəhər” - "Şəhristan” və sənətkarlar məhəlləsi - "Rabad”dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi.Tarixi mənbələrə görə o zaman  qədim Gəncənin 72 məhəlləsi var idi.   Qalanın indiyədək saxlanmış divarı Şərili bəy bürcünün qalığıdır. Bu qalada hərbi qarnizon yerləşmişdir. Bəhs olunan dövrdə Gəncənin beş darvazası olmuşdur: Babül əl-Məqbərə, Babül əl-Bərdə, Babül əl-Qarabağ, Babül əl-Gülüstan, Babül əl-Tiflis. Gəncə, xüsusilə, XII-XIII əsrin əvvəllərində çox möhtəşəm istehkamlara malik bir şəhər olmuşdur. Xatırladaq ki, Zəkəriyyə əl-Qəzvini Gəncənin müsəlman aləminin sərhəd vilayətində yerləşməsini, möhkəm istehkamları olmasını, sakinlərinin cəsurluğunu xüsusi qeyd edir.Gəncə qapıları  XI  əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdı. Nadir sənət incilərindən biri olan Gəncə qapıları 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş I Demetrenin başçılıq etdiyi gürcülər   tərəfindən Gürcüstana  aparmışdır. Xalq arasında olan məlumata görə, bu qapılar zəlzələdən sağ qalan əhalinin əsir düşmüş hissəsi tərəfindən daşınmışdır. Hazırda Gəncə qapılarının bir tayı Gürcüstanın Kutaisi rayonunun  Gelati  monastrında saxlanılır. Mənbələrin məlumatına görə qapının digər tayı XVIII əsrdə monastr təmir olunarkən dam örtüyü kimi istifadə olunmuşdur.                                                                                      
                                                                                                              

Gəncə qapılarından  bir fraqment       
Tariximizin bir parçası- Gəncə qapıları.
Qapının salamat qalan tayının üzərində Kufi xətlə, ərəb dilində yazılmış belə ifadələr (tərçüməsi) var: "Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmirimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin. Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri" (1063-cü il). Bu qapıların hündürlüyü 3 m 70 sm, eni isə 3 m 40 sm-dir. Gelati monastrına gələn turistlərə bu qapıların dağıdıcı Gəncə zəlzələsindən sonra yaranmış xaosdan istifadə edərək qarətçilik edən  gürcülər tərəfindən deyil, guya gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır.  Gəncə qapılarının indiyədək Gürcüstanda qalması məsələsinə toxunan tarixçi Samir Pişnamazzadənin  məlumatına görə, bu qapıların Azərbaycana qaytarılmasına  əslində gürcü kilsəsi razılıq vermir: "Gürcüstan höküməti bir neçə dəfə bu istiqamətdə öz razılığını verib. Sadəcə, orada struktur elə qurulub ki, kilsə daha müstəqildir. Ona görə də bu məsələdə Gürcüstanın baş keşişinin razılığı olmalıdır və əlbəttə, kilsə razılıq vermədiyinə görə hələlik həmin darvaza qalıb Gelati monastrında. Amma əlbəttə, biz səbrlə, ağılla necə ki, Nizaminin vaxtı ilə bizim əlimizdə olmayan əlyazmalarını əldə elədik, mərhələ-mərhələ bu məsələ də öz həllini tapacaq”. 

[b][/b]
 Gəncə qapılarından daha bir fraqment   

Tariximizin bir parçası- Gəncə qapıları.

 

   
Gəncə Regional Elm Mərkəzinin direktoru Fuad Əliyevin sözlərinə görə, akademik Rafael Əhmədov tərəfindən  2000-ci ilə qədər qədim şəhər xarabalıqlarında aparılan  arxeoloji qazıntılar zamanı Gəncə darvazalarının qalıqlarını tapılmışdır. Bu arxeoloji materiallar əsasında, qədim   Gəncə qapıları 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən ilkin şəkildə bərpa edilmiş və şəhərin girişində qurulmuşdur.     




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 31 may 2014 23:47
    Ətraflı məlumata görə çox sağ olun,Rəşid müəllim. Bunu qeyd etmək lazımdır ki,Siz hər bir tarixi materiala ciddi və sanballı elmi münasibətinizi bldirirsiniz.Bu da istifadəçinin marağına səbəb olur. Digər tərəfdən,ən başlıcası isə saytın nə qədər sanballı və lazımlı olduğunu istifadəçiyə hiss etdirir.Bütün bunlara görə Sizə elmi yaradıcılıq işlərinizdə uğurlar arzu edirəm. Hörmətlə,Zakir müəllim.

  2. 1 iyun 2014 07:57
    Gurculər tarixi boyu bizim torpaqlara,ancaq talamaq məqsədilə yuruş etdiklərinə görə öz vətənlərində nəsə tarixi abidə tikdirməyi unudublar.Bizim tariximizle özlərinə tarix yaradıblar.Məqalə maraqlı idi.Çox sağ olun

    --------------------

  3. 19 avqust 2014 15:33
    men gurculerin indii siyasetini anliya bilmirem.o zamanlar milli-menevi dəyərlərimizi talıyırdısa indi bizlə dosdluq münasibeti var.anlıya bilmirəm gürcu bizə qardaşdi yoxsa eləcə sərhəd qonşusu.məncə bizim tək qardaşimiz var 10000 qardaşlara dəyən Türkiyəşş vəssalam.. çox sağolun Rəşid Məllim..

    --------------------

  4. 26 noyabr 2014 16:41
    Çox sağ olun!

  5. 28 noyabr 2014 22:59
    tesekkurler

    --------------------

  6. 31 yanvar 2015 15:12
    GENCE XANI CAVAD XAN IDI.....O , QEHREMAN SERKERDE VE MUDRIK DOVLET XADIMI IDI

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.