SALAROĞULLARI SÜLALƏSİ

SALAROĞULLARI SÜLALƏSİ

 

ƏZİZ DOSTLAR. BU GÜNKÜ DƏRSİMİZİN MÖVZUSU DƏYƏRLİ QARDAŞIM, ULU KƏNGƏR SOYUNDAN OLAN AQİL BƏY KƏNGƏRLİNİN İSTƏYİ ÜZƏRİNƏ SALAROĞULLARI SÜLALƏSİ TƏRƏFİNDƏN İDARƏ OLUNAN AZƏRBAYCAN DÖVLƏTİ HAQQINDADIR.
Mənşəcə Kəngərli olan Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd 941-ci ildə Azərbaycan feodal qrupları arasındakı çəkişmələrdən istifadə edərək Sacilər sülaləsindən olan Deysəm Səədlini taxtdan salıb hakimiyyətə gəldi. Salarilər sülaləsinin hakimiyyəti dövründə (941-981) Ərdəbil şəhəri yenə Azərbaycanın paytaxtı olaraq qalırdı. Salarilər sülaləsinin hakimiyyətlərinin ən qüdrətli dövrlərində Azərbaycanın sərhədləri şimalda Dərbənddən, cənubda Dəclə və Fərat çaylarının yuxarı axarlarına, şərqdə Xəzər dənizindən,qərbdə Van gölü və Ərzuruma qədər uzanırdı. Anası Xorasan xatunun dəyərli məsləhətlərilə ilə davranan Məhəmməd ibn Mərzban ölkənin iqtisadi və mədəni inkişafına ticarət əlaqələrinin genişlənməsinə diqqət yetirirdi. O dövrün ərəb mənbələri Mərzban ibn Məhəmmədi "Azərbaycan, Arranın və Ərməniyyənin yeganə padşahı” adlandırırdılar.
Lakin 957-ci ildə Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğlanları və qardaşı Vəhsudan arasındakı çəkişmələr dövləti süqutunu sürətləndirdi. 971-ci ildə Şəddadilər nəslindən olan Dəbil hakimi I Ləşkər Gəncəni ələ keçirdi. 
981-ci ildə Rəvvadi nəslindən olan Təbriz, Marağa və Əhər hakimi, Əbulhica sonuncu Salari hökmdarı İbrahimi taxtdan salıb ölkənin Araz çayından cənubdakı torpaqlarını ələ keçirdi.Paytaxt Ərdəbildən Təbrizə köçürüldü. Təbrizin Şərq ölkələrini Aralıq və Qara dəniz sahilləri ilə, həmçinin Dərbənd keçidi vasitəsilə Volqaboyu və Şərqi Avropa ilə birləşdirən ticarət yollarının qovşağında yerləşməsi onun əhəmiyyətini daha da artırırdı. Salarilər sülaləsinin hakimiyyətdən uzaqlaşdırılmasından istifadə edən Şirvanşahlar yenidən müstəqil olaraq Kür çayından Dərbəndə qədərki əraziləri öz hakimiyyətləri altına aldılar. Azərbaycanın Kür – Araz çayları arasındakı ərazilərdə paytaxtı Gəncə olan Şəddadilər, Arazdan cənubdakı torpaqlarda isə Rəvvadilər nəsli hökmdarlıq etməyə başladılar. 
Azərbaycanın parçalanmış vəziyyətdə olması ölkəyə yadellilərin,xüsusilə də Bizansa arxalanan gürcü və erməni hakimlərinin hücumlarının artmasına səbəb oldu. Bu hücumların qarşısının alınmasında yerli türklərlə yanaşı,oğuzların qınıq tayfasından olan Səlcuqluların böyük rolu olmuşdur. Şəddadilər nəslindən olan 
Fəzl ibn Məhəmməd Rəvvadilərlə və Tiflis müsəlman əmirliyinin başçısı Əbulfəzl Cəfərlə dostluq münasibətləri saxlayırdı. Şəddadi Fəzlin əmrilə 1027-ci ildə Araz çayı üzərindən məşhur Xudafərin körpüsü salındı. O, Şirvanşahlarla da qohumluq əlaqələri yaratmışdı. Şəddadilər oğuzların və yerli türklərin köməyilə 1037-ci ildə Dəbili Bizans-erməni, 1038-ci ildə Tiflisi Bizans-gürcü qüvvələrinin hücumlarından qoruya bildilər. Şəddadilər sülaləsinin hökmranlığı Əbüləsvar Şavurun hakimiyyəti dövründə (1049-1067) daha da gücləndi. O, oğuzların köməyilə abxaz - gürcü hakimi IV Baqratın Tiflisi tutmaq cəhdinin qarşısını aldı . Müdafiə məqsədilə Gəncənin ətrafında hasar və xəndəklər çəkdirildi. 1063-cü ildə şəhərin qala qapıları düzəldildi. Bu məşhur qala qapılarının ustası İbrahim Osmanoğlu olmuşdur. 
1028-ci ildə 2 min oğuz ailəsinin Rəvvadilər nəslinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarında məskunlaşmaları türklərin nüfuzunu və ölkənin müdafiə qabiliyyətini daha da artırdı.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 noyabr 2013 19:50
    Aaaa.hec adamda adminstratorun yazdigo xebere rey vermez?verin.

  2. 19 noyabr 2013 19:27
    buu xeberin admini sizsiiz?????

    --------------------

  3. 25 noyabr 2013 15:29
    marqldir.teskuler

  4. 13 yanvar 2014 15:41
    cox sax olun melumata gore

  5. 18 sentyabr 2014 20:24
    Maraqlidi. Cox sagolun melumata gore)))

  6. 10 noyabr 2014 15:45
    agqoyunlu,qaraqoyunlu ,sefeviler cox maraqlidirlar

  7. 9 yanvar 2015 11:49
    Çox sağ olun...

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.