İrəvan xanlığı

İrəvan xanlığı
XVIII əsrin ortalarında Azərbaycanın şimal torpaqlarında yaranmış dövlət qurumlarından biri də İrəvan xanlığıdır. Ərazisi Ağrı dağı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları əhatə edən bu xanlığın əsasını Mir Mehdi xan qoymuşdur. Xanlığın ərazisi Naxçıvan, Maku, Gəncə və Qarabağ xanlıqları, Osmanlı imperatorluğu, Kartli-Kaxetiya çarlığı, Borçalı və Qazax sultanlıqları ilə həmsərhəd, əhalisinin  hamısı azərbaycan türklərindən ibarət olmuşdur. Xanlığın münasibətlərinə gəlincə, daim Kartli-Kaxetiya çarlığı ilə aralarında ziddiyyət hökm sürmüşdür. Rusiya himayəsinə arxalanan Kartli-Kaxetiya hakimləri müntəzəm olaraq xanlıqda dövlət çevrilişi etməyə, onun daxili işlərinə qarışmağa  cəhdlər göstərmişlər. Onlar bəzən də məqsədlərinə nail olmuşlar. Xanlığın daxili işlərinə qarışmaqda II İrakliyə ruslarla yanaşı əhalinin cüzi hissəsini təşkil edən ermənilər də yardımçı olurlar.  Bu  yardımdan istifadə edən Kartli-Kaxetiya çarlığı daim İrəvan xanlığı üzərinə dağıdıcı yürüşlər edir, qarət və talanla məşğul olur.

 

 

İrəvan xanlığı

1779-cu ildə II İrakli yeni yürüşə cəhd edir, lakin müvəffəqiyyət qazanmayıb geri çəkilir. 1780-ci ildə II İrakli ilə İrəvan xanı Hüseynəli xan arasında bir bağlaşma da imza­lanır. Hüseynəli xan ildə müəyyən məbləğdə pul verməyi, II İrakli isə, öz növbəsində Gürcüstana köçürdüyü əhalini geri qaytarmağı və İrəvan xanlığının bütövlüyünə zərər vurmamağı öhdələrinə götürürlər. Az sonra Azərbaycanın digər xanları ilə əlaqələri möhkəmləndirən Hüseynəli xan xərac verməkdən imtina edir. Bu hadisə yenidən münasibətlərin kəskinləşməsinə səbəb olur. 1785-1786-cı illərdə İrəvan xanlığı Car-Balakən hakimi Ümmə xanın hücumlarına məruz qalır.

 

İrəvan xanlığı inzibati cəhətdən 15 mahala-Qırxbulaq, Zəngibulaq, Gərnibasar, Vedibasar, Şərur, Şirak, Dərək, Saatlı, Tala, Seyidli, Axaclı, Sərdarabad, Gərni, Abaran, Dərəçiçək və Göyçə mahallarına bölünmüşdü. Buradakı yer adlarının Azərbaycan mənşəli olması da İrəvanın yerli xalqının Azərbaycan türkləri olduğunu sübut edir. Xanlığın mərkəzi İrəvan şəhəri olmuşdur. Mahalları xan tərəfindən təyin edilmiş naiblər idarə edirdilər. Xanlıqda hakimiyyət irsi səciyyə  daşıyırdı. Bütün siyasi hakimiyyət hakimi-mütləq olan xanın iradəsinə tabe idi. Xanlıqda fəaliyyət göstərən Məşvərət şurası divan adlanırdı. Divan üzvləri vəzirdən, xanın qohumlarından və yaxın adamlarından ibarət idi. Xanlıq qoşunlarının baş komandanı vəzifəsini xanın özü, yaxud da təyin etdiyi yaxın adamlarından biri –qardaşı və ya oğlu daşıyırdı. Xanlıqda hərbi qüvvələrin sayı 5000 nəfərə çatırdı.

İrəvan xanlığı

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 avqust 2012 20:47
    beeeee ele buuu en heycanli yerinde kesdiler recourse

  2. 20 yanvar 2013 18:24
    yaxsidir pis deyil am wink tongue

  3. 21 iyul 2014 15:29
    Ela maraglidi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.