Arximed

                   

Arximed

  ARXİMED

 

Qədim Yunan ixtiaçısı və riyaziyyatçı Arximed(e.ə.287-212) Evkliddın sonra həndəsə elminin inkişafında çox böyük rol oynamışdır.Arximedin itiraları hələ onun sağlığında hərb işində istifadə edilmiş,yaşadığı Sirakuz şəhərinin müdafiəsində böyük rol oynamışdır.

 

EVRİKA!

 

Qədim Sirakuz şəhərinin hakimi Hieron Arximedin uzaq qohumu idi.Ədalətli Hieron Arximedlə söhbət etməyi çox xoşlayırdı.O hər bir işdə böyük alimdən məsləhət alırdı.

Bir gün Hieron mahir bir zərgəri yanına çağırıb ona qızıl külçəsi verdi və bu qızıldan tac düzəltməyi əmr etdi.

Bir müddətdən sonra zərgər düzəltdiyi tacla qalib çıxdı.Tac,doğrudan da,çox gözəl idi.Sirakuz hakimi zərgəri işindən çox razı qaldı,ona ənam verib yola saldı.Lakin xəbərçilər Hierona çatdırdılar ki,zərgər qızılın bir hissəsini oğurlayıb,onun yerinə gümüş qatıb.Hieron əmr etdi ki,tacı tərəzidə çəksinlər.Tacın çəkisi hökmdarın zərgərə verdiyi qızılın çəkisinə bərabər idi.Lakin Hieronun məsləhətçiləri dedilər ki,bu hələ tacın təmiz qızıldan olduğunu sübut etmir.

Hieron Arximdi yanına çağırdı.Ona əhvalatı danışdı və bu məsələnin həllini tapmadıqda məsləhət istədi.Arximed hökmdarlardan bir gün möhlət aldı.

  Bütün günü fikirli-fikirli şəhəri gəzib-dolaşan Arximedin ağlına heç nə gəlmədi.Axşam o,hamama gedib vanna qəbul etmək istədi.Vanna azına kimi su ilə dolu idi.Arximed vannaya girən kimi suyun bir hissəsi daşıb yerə tökldü.Tökülən suya baxa-baxa Arximed fikirləşdi ki,görəsən özü ağırlıqda  bir daşı vannaya salsaydı,nə qədər su tökülərdi.Elə bu yerdə tac məsələsi onun yadına düşdü.Arxmed “Evrika!”(yunanca”Tapdım”) deyə el qışqırdı ki,hamadakılar dedilər,görəsən bu adam vannada nə tapıb.Alim vannadan sıçrayıb tez-tələsik əynini geyindi və kəşfini təcrübədən keçirmək üçün evinə qaçdı.

Ertəsi gün Arximed Hieronun ynına gəlib məsələnin həllinin tapdığını ona söylədi.

Arximedin tələbi ilə tacı və həmi ağırlıqda qızıl külçəni gətirdilər.Arximedin bir qabı ağzına kimi su ilə doldurub tacı oraya saldı.Boşqabın qırağından daşıb axan suyu o,başqa bir qaba tökdü.Sonra eyni ağırlıqda olan təmiz qızılı ağzına kimi su ilə dolu qaba saldı.Yenə də tökülən suyu bir qaba yığdı.Hamı gördü ki,birinci qabdan tökülən su ikincisindən daha çoxdur.

Arximed üzünü Hierona tutub dedi:

-Möhtərəm Hieron.Özün gördün ki,tac eyni ağırlıqda olan təmiz qızıldan daha çox suyu sıxışdırıb çıxartdı.Bu o deməkdir ki,tacla qızılın həcmi eyni deyil.Demıli,tacın tərkibində başqa yüngül metal var.Bu da gümüş ola bilər.Eyni çəkini saxlamaq üçün zərgər dəyişdirdiyi qızıla nisbətən daha çox gümüşdən istifadə edib.Ona görə də tacın çəkisi eyni qalsa da,həcmi artıb.

Bunu eşidən Hieron qəzəbindən aşıb-coşdu və fırıldaqçı zərgəri yanına çağırtdırdı...

  Arximed isə evinə qayıdıb öz axtarışlarına davam etdi.O bilirdi ki,böyük bir kəşfin astanasındadır.Doğrudan da,bu hadisədən sonra Arximed indiyə kimi heç bir alimin tapmadığı bir qanunauyğunluğu kəşf etdi:nəyə görə bəzi cisimlər suda batır,digərləri isə batmır?Məsələn,kiçik bir daş parçasını suya atan kimi dibinə gedir,lain ondan yüz dəfə ağır ağac gövdəsi suda batmır.Arximed müəyyən etdi ki,suya düşən istənilən cismə itələyici qüvvə təsir edir.Bu qüvvə həmin cismin sıxışdırdığı suyun çəkisinə bərabər olur.Əgər cisim sıxışdırdığı sudan ağırdırsa,o batır.Yox,əgər sıxışdırılmış su ağırdırsa,onda cisim suda üzür.

Beləliklə,arximed fizikanın əsas qanunlarından biri olan “mayeyə düşmüş cismə sıxılmış mayenin çəkisi qədər itələyici qüvvənin təsir etməsi”qanunu kəşf etdi.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 yanvar 2013 13:00
    Cox maraql isbatd halal olsun

  2. 6 yanvar 2013 13:11
    Arximed oz ixtiralarini torpaq uzerine cekirmis.Bir gun Sirakuza basqin zamani esger Arximedin torpaqa ne ise cekdiyini gorur ve qilincini qaldirib onu oldurur, torpaq qana boyanir. sad recourse

  3. 19 mart 2013 23:29
    cox beyendim

    haminizin cersenbesi mubarek

  4. 21 aprel 2013 18:00
    maraqli idi .Men bu haqda qisaca oxumushdum amma burada cox genishdir ve maraqlidir Thank you

  5. 31 may 2013 23:19
    Bu saytı həqiqətən çox bəyəndim.

  6. 10 noyabr 2013 11:51
    arx imed maraqlidir

  7. 1 mart 2014 15:21
    Arximed ling qanununu kəşf etmiş və 2 dəfə Roma ordusunu məhv etmişdir. Bunu görən Roma sərkərdəsi demişdir: Həndəsə ilə vuruşmaq mənasızdır. Arximedin ölümü: Romalılar Sirakuza basqın edərkən sərkərdə bir əsgərə Arximedi tapmağı əmr edir. Əsgər gəzə-gəzə bir evə çıxır. Görür ki, bir qoca torpağın üstündə nə isə cızır. Əsgər qocanın yanından keçəndə qoca qalxıb ona dedi: - Sən nə cəsarətlə mənim çertyojlarımı tapdalayırsan. Ağılsız əsgər bu sözlərdən qəzəblənib qocanı öldürür. Sonra bəlli olur ki qoca Arximed idi.

  8. 31 dekabr 2014 15:32
    Arximedə halaldı! lol lol lol

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.