Abidələr

Abidələr

 

Azərbaycan memarlıq abidələrinin hər biri müxtəlif üslubda tikilişinə görə bir-birindən fərqlənir.Belə fərqli abidələrdən biri Gəncədəki şah Abbas məscidi və "Çökək hamam"dır.Şah Abbas məscidi 1606-cı ildə Şah Abbasın göstərişi ilə tikilib.Məscidin bünövrəsi möhkəm olduğundan 1826,1861,1870,1896,1900,1903,1908,1910,1938-ci illərdə Gəncədə baş vermiş zəlzələlər ona ciddi ziyan vurmamışdır.Məscid məşhur memar Şeyx Məhəmməd Amilinin planı üzrə tikilmişdir.Bu məscidin diqqət çəkən əlamətlərindən biri budur ki,fəsildən asılı olmayaraq günun günorta çağında binanın günbatan divarına düşən kölgə itir ki,bu da günorta namazına başlamağın vaxtını bildirir.Məscidin binasında 12 kiçik hücrə var ki,onlar bir-biri və ibadət zalı ilə tağlı dəhlizlər vasitəsi ilə əlaqələndirilmişdir.1804-cü ildə hücrələrin sayının 47-ə çatdırıldığı xəbər verilir.Məscidin güney tərəfində Xan qəbiristanlığı yerləşir.Cavad xanın qəbri də buradadaır.
Gəncədəki digər maraqlı abidə "Çökək hamam"dır.Şeyx Bahəddinin layihəsi əsasında tikilmiş bina Gəncədə Azadlıq meydanının yaxınlığında yerləşir.1603-cü ildə tikimiş hamamın quruluşu çox maraqlıdır.Belə ki,suyun təzyiqini təmin etmək üçün hamamı çökəkdə inşa ediblər,zirzəmi isə qızdırıcı rolunu oynayır.Orada qızdırılan suyun buxarı ilə hamamın altının və divarlarının qızdırılması təmin edilir.İsti su isə kirəmit borularla divarın içərisindən istifadə nöqtəsinə çatdırılır.Hamamın adı da onun çökəkdə tikilməsi ilə bağlıdır.17-ci yüzillikdə belə texniki quruluşda inşa edilmiş memarlıq nümunələri Azərbaycanın yüksək inkişafını sübut edən tarixi faktlardan biridir.

Abidələr

 

Abidələr

 

Abidələr

 

Abidələr

 

Abidələr

 

Abidələr

 

Abidələr

 






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.