Efesli Artemida

Efesli Artemida

Kiçik Asiyanın qərb sahilində qədim yunan şəhəri Efesdə yerləşən məbəd. Mərmər daşlardan ibarət olan məbəd Xarsifron və Metagen adlı ata-oğul memarlar tərəfindən tikilməyə başlamışdı. Abidənin tikintisinin başa çatması Peonit və Demetri adlı memarlarla bağlıdır. Məbəd e.ə. 550-ci ildə fəaliyyətə başlayıb. Məbədin mərkəzində 15 m hündürlüyündə Artemida ilahəsinin qızıldan heykəli vardı. Məbəd özü 110 m uzunluğuna və 55 m eninə idi. E.ə. 356-cı ildə Herostrat adlı bir Efes sakini tarixə düşmək üçün məbədi yandırmışdı. Sonradan Makedoniyalı İskəndər yanmış məbədi bərpa etdirmişdi. Roma imperatoru I Feodosinin bütpərəstliyə qarşı imzaladığı 383-cü il fərmanı ilə məbəd uçuruldu. Az sonra isə zəlzələ onun izini itirdi. Efesli Artemida məbədi dünyanın «Yeddi möcüzəsi»ndən ÜÇÜNCÜ hesab edilir. 
Efesli Artemida

Efesli Artemida




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 fevral 2012 16:34
    ele o vaxtdan tarixe dusmek ucun menasiz hereket edenlere herostrat deyilir

  2. 30 mart 2013 19:17
    bu haqda ilk defedir ki ewidirem

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.