Firuzə xatın

Firuzə xatın


Şirməmməd müəllimdən ...

SULTAN SÜLEYMANIN HƏRƏMİ OLMUŞ FİRUZƏ KİM İDİ VƏ ONUN QARŞISINDA HANSI VƏZİFƏNİN HƏLLİ QOYULMUŞDU?

Şah Təhmasibin əzəmətli sarayı. Şah öz yaxın adamları ilə plan hazırlayıtr. Şah bir qədər fikirləşəndən sonra deyir:
- Sultan Süleyman bizim üzərimizə böyük yürüşə hazırlaşır. O, çoxminli ordusu ilə torpağımıza hücum edəcək. Şah üzünü bacısının qızı Firuzəyə tutub dedi:
- Firuzə, biz sultanın yanına öz sadiq adamımızı göndərməliyik. Şah elə arxayın danışırdı ki, elə bil ki, planı hazır idi və göndərəcəyi adamı da seçmişdi. Buna görə də, dayısının hərəkətinə heyran qalan Firuzə ondan soruşdu:
-Şahim, görünür , Siz artıq lazım olan adamı tapmısınız, deyə Firuzə şahın cavabını maraqla dinləmək istəyindən ona yaxın əyləşdi.
- Açığını deyim ki, mən çoxdan bir qızı müşahidə edirəm, ona müxtəlif tapşırıqları verirəm, bəzi sirləri etibar edirəm. O, həm gözəldir, həm sadiqdir və həm də çox ağıllıdır. O, çox sərbəst və həm də hiyləgərdir. Sizə deyim ki, o, aramızdadır. Firuzə tələsik soruşdu:
- Deyəsən, mən onu tanıyıram, bu Hümeyradır, deyilmi?- deyə həvəslə gənc Firuzə soruşdu.
- Bəli, Firuzə, mən hiss etdim ki, o sənin xoşuna gəldi və onun çox mühüm tapşırığı olacaq., deyə Şah Təhmasib dedi. Sonra şah qonşu otağa boylanaraq dedi:
- Hümeyra, bura gəl.
- Eşidirəm, şahim- deyə sakitcə Hümeyra dilləndi. Sonra otağa daxil oldu. Şah dedi:
- Bu gün biz çox vacib və fövqəladə bir məsələni həll etməliyik, Hümeyra. Sonra şah məsələnin təfərrüatını açıb izah etməyə başladı.
Mənim şahım, mən həyatımı Sizə qurban etməyə hazıram. Qız elə sakit və səmimi danışırdı ki, onun özünə qarşı inamı aydın hiss olunurdu. Onun arxayınçılığı danışığından hiss olunurdu.
Şah Təhmasib dedi:
- Onda məni diqqətlə dinlə. Sən casusluq edəcəksən. Sənin əsas vəzifən isə, nəyin bahasına olursa-olsun, Sultan Süleymanın qarşıdakı yürüşünün məqsədini, taktika və planını öyrənməlisən. Düzdür, mən belə bir variantı istəmirəm, ancaq son anda onu etməlisən, əgər sultanın pıanları barədə məlumatları əldə edə bilməsən, onu tədricən zəhərləməlisən, bunun necə baş verməsini isə, özün fikirləşəcəksən. Başa düşdünmü?
- Əlbəttə, şahım! Mən hər şeyi anladım, - deyə Hümeyra cəsarətlə cavab verdi. Şah Hümeyraya xəbərdarlıq etdi:
- Unutma ki, planı yerinə yetirdiyin zaman sən Hümeyra yox, bacımın qızı Firuzə olacaqsan. Bu adla səni heç kim casusluqda suçlaya bilməz.
Bu zaman Firuzə söhbətin belə məcraya düşməsini gözləmədiyi üçün dedi:
- Hökmdar, bəs mən necə olacam?
- Mənim əziz bacımın qızı, Sən burada, mənim yanımda olacaqsan. Hümeyra isə sənin adınla İstambula gedib tapşırığı yerənə yetirəcəkdir. Hümeyranı isə mənim xüsusi adamlarım təlimatlandıracaqlar, lazım olan tapşırıqlarla tanış olub bəzi şeyləri öyrənəcəksən, bir həftədən sonra isə İstambula yola düşəcəksən......

A R D I V A R


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 yanvar 2019 19:27
    Maraqlıdı.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.